Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Dövlət Su Ehtiyatları Agentliyində vəzifə uğrunda mübarizə -KİMLƏR DAHA ŞANSLIDIR?

Rafiq Aslanovun “kitab” şantajı...- Rafiq Aslanov meliorasiyanın son 30  illik tarixini öz adına bağlayır... » XalqXeber.Az | Son xeberler  Azerbaycan xeberleri

Yenixeber.org: Ötən həftənin bu günü (07.12.2023) “Azərsu” ASC-də yaşananların bir qismindən bəhs olunan yazımızdan sonra bu istiqamətdə redaksiyamıza yeni məlumatlar daxil olmaqdadır. Xatırladaq ki, ““Azərsu” ASC qohumbazlıq girovluğunda necə “batır”?!: Köçərli Həsənovun “hər saatda bir saatlılı prinsipi” –Zaur Mikayılovun menyusuna” sərlövhəli yazımızda bu dövlət qurumunda qohumbazlıq, mənəmmənəmlik tendensiyasına və mənimsəmə faktlarına toxunmuşduq... (Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/160193-%E2%80%9Caz%C9%99rsu%E2%80%9D-asc-qohumbazl%C4%B1q-burul%C4%9Fan%C4%B1nda-nec%C9%99-%E2%80%9Cbat%C4%B1r%E2%80%9D-k%C3%B6%C3%A7%C9%99rli-h%C9%99s%C9%99novun-%E2%80%9Ch%C9%99r-saatda-bir-saatl%C4%B1l%C4%B1%E2%80%9D-prinsipi-%E2%80%93.html )

Bu yazının sonunda verdiyimiz anonslarla bağlı qarşıdakı günlərdə geniş yazımız olacaq. Hələlik isə Dövlət Su Ehtiyatları Agentliyində hələ elan olunmayan vəzifələr uğrunda mübarizələr haqqında...

                            İdarə rəisləri toqquşur...

Məlum olduğu kimi, Prezident İlham Əliyev 17 noyabr 2023-cü il tarixdə “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilir.... İdarə və təşkilatların ləğvi və birləşdirilməsi ilə yeni Xidmətlər-Publik Hüquqi Şəxslər(PHŞ), yeni ştat vahidləri və s. yaradılır.

Fərmanın 5.1 – ci maddəsinə uyğun olaraq Regional Su Meliorasiya Xidmətləri, 5.2 – ci maddəyə görə də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətləri yaradılacaq.

Eyni gündə imzalanmış “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 5. 4-cü maddəsində göstərildiyi kimi sədrin Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin edəcəyi və vəzifədən azad edəcəyi birinci müavini və 3 (üç) müavini olacaq.   

Bu arada Yenixeber.org-a daxil olan məlumatda deyilir ki, yeni formalaşan strukturda yeni olacaq vəzifələr uğrunda çarpışmalar günlərdir ki, başlayıb. Sədrin birinci müavini postu uğrunda Zaur Mikayılovun hazırkı müavini Rafiq Aslanovun, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun və bu sistemdə məşhur olmayan daha bir şəxsin adı hallanır.

İddialıların hər biri özünəməxsus şansları ilə dəyərləndirilir: Rafiq Aslanov Meliorasiya sahəsində yetərincə təcrübəyə, nüfuza və böyük kapitala malik şəxs kimi tanınır. Təəssüf ki, eyni zamanda onun adı müxtəlif media orqanlarında korrupsiyaya bulaşmış məmur kimi hallanır...

Etibar Məmmədov “Azərsu" ASC-yə sədr gətirilir? Pravda.az
           Etibar Məmmədov

Etibar Məmmədov da təmsil olunduğu strukturda təcrübəli sima kimi tanınır. İndiyədək adı hansısa qalmaqalda, mənimsəmə faktlarında yer almır, həm də geniş şəxsi əlaqələrə sahib olduğu bildirilir.

Digər-üçüncü namizəd haqqında bir o qədər də, məlumatımız olmadığından hələlik adının hallandırılmasını uyğun bilmirik...

Azərsu” ASC Köçərli Həsənova həvalə edildi | KONKRET

          Köçərli Həsənov

"Azərsu" ASC-nin rəhbəri vəzifəsini icra edən sədr müavini Köçərli Həsənovun isə üç müavin postundan birini arzuladığı, bu alınmayacağı halda isə Agentliyin Bakı şəhərindəki ən çəkili bir idarəsini də "B" variantı kimi hədəflədiyi bildirilir... 

Yuxarıda qeyd etdiyimiz kimi, bu Fərmanla Regional Su Meliorasiya Xidmətləri də yaradılacaq. Yenixeber.org-a daxil olan məlumata görə bu Xidmətlərdən biri də Abşeron, Xızı, Siyəzən və Qobustan rayonlarını əhatə edəcək. Ki, bu Regional Su Meliorasiya Xidmətinin rəisi postu uğrunda da, hazırda Agentliyin iki müxtəlif idarələrinə rəhbərlik edən şəxslər mübarizə aparır. Hələlik bu detalla da bağlı məlumatımızın azlığı səbəbindən geniş yaza bilmirik.

Bildiyimiz odur ki, hər iki şəxs “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin idarə rəisləri postunda “saç ağardıblar”. Tərəflərdən birini hazırda fəaliyyət göstərən birləşmə ilə bağlı komissiyanın sədri, Zaur Mikayılovun müavini Rafiq Aslanovun stavka etdiyi deyilir.

Digər iddialının isə daha şanslı olduğu deyilir. Səbəb isə daha da yüksək çinli məmurla bağlılığı göstərilir...

Mövzunun davamı olacaq.

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam