Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Stalini üzünə söyən və otağından sağ çıxan general –o, hərbi əməliyyatlar zamanı ölən dörd generaldan biri olub...

“Deyəsən, siz unutmusunuz ki, müşavirə keçirilən bu akt zalı ikinci mərtəbədə yerləşir. Əgər indi siz çörək zavodlarına bölgü zamanı çörəklərin ilk növbədə hərbi hissələrə verilməsinə göstəriş verməsəniz, mən sizi ikinci mərtəbədən atmaq məcburiyyətində qalacam...”

Yenixeber.org: General İosif Apanasenkonun Uzaq Şərq ordusuna komandan təyin olunduqdan üç gün sonra Xabarovsk diyar Partiya Komitəsinin birinci katibi Gennadi Borkovla ilk konflikti məhz belə başlayıb. Sovet-alman müharibəsinin ilk ilində, artıq çörək qıtlığı yarananda general öz əsgərlərinin təminatı üçün birinci katibə qarşı ikinci “cəbhə”ni açıb...

Müharibə illərində Apanasenko öz general kabinetində heç vaxt bir saatdan artıq əyləşməyib. Müdafiə Komissarlığının (nazirliyinin) rəhbərləri də onu heç vaxt kabinetində axtarmayıblar. Generalla yalnız səhra telefonları ilə əlaqə yaratmaq mümkün olub. Apanasenko öz müharibə xatirələrində bu haqda yazıb:

“Həm öz döyüşçün, həm də düşmənin döyüşçüsü səngərdən daha yaxşı görünür. Əsl sərkərdələr müharibəni kabinetdən deyil, səngərlərdən idarə edirlər...”

Qeyd edək ki, 1890-cı ildə Stavropolda anadan olan Apanasenko ibtidai təhsil aldıqdan sonra yeniyətməlik illərində kənddə çobanlıq edib. Orduya çağrılan Apanasenko Birinci Dünya müharibəsinin və vətəndaş savaşının iştirakçısı olub. Daha sonra o, Frunze adına Hərbi Akademiyanı bitirib. Almaniyanın hücumuna qədər SSRİ-nin müxtəlif bölgələrində hərbi komissar, hərbi hissə və hərbi birləşmə komandiri vəzifələrində xidmət edib. 1941-ci ildə Uzaq Şərq ordusunun komandanı vəzifəsinə təyin edilib.

İosif Stalin Apanasenkonu şəxsən tanıyıb, onun sərkərdəlik bacarığına bələd olub. Apanasenkonu Uzaq Şərq ordusunda komandan təyin etmək də Stalinin təşəbbüsü ilə olub. Belə ki, müharibə başlananda Uzaq Şərqdə də gərginlik hökm sürüb. Yaponiya SSRİ ilə neytrallıq paktı imzalasa da, hər dəqiqə vəziyyətin dəyişilməsi də gözlənilib. Bütün bu təhlükələrin qarşısını almaq üçün Stalin Apanasenkonu bacarıqlı sərkərdə kimi Uzaq Şərqə göndərib. Ancaq çox keçməmiş Stalinlə generalın arasında ciddi anlaşılmazlıq yaranıb.

Xabarovsk diyar Partiya Komitəsinin birinci katibi Gennadi Borkov bir neçə dəfə Apanasenko ilə bağlı birbaşa Stalinə müraciət edib, onun tutduğu vəzifədən kənarlaşdırılmasını vacib sayıb. Amma Stalin birinci katibin müraciətlərini cavabsız qoyub. Sonuncu müraciətindən sonra isə Stalin telefonda Borkova generalla bağlı konkret münasibətini bildirib:

“İosif Apanasenko Silahlı Qüvvələrimiz üçün dəyərli bir hərbçidir. Onun fəaliyyətinin müzakirəsini məqsədəuyğun saymıram...”

Bəli, Stalin üçün Apanasenko dəyərli bir kadr sayılıb. Hətta general onun üzünə ana söyüşü söyəndə də Stalin güzəştə gedib. Belə ki, 1941-ci ilin oktyabrın 1-də Stalin Gennadi Borkova zəng vurub. Təcili olaraq komandan Apanasenko ilə birlikdə Moskvaya gəlmələrini əmr edib. Borkov elə düşünüb ki, onları Moskvaya münasibətlərini araşdırmaq üçün dəvət edirlər. Amma Kremldə tamam başqa bir məsələ müzakirə olunub. Oktyabrın 2-si gecə Borkov və Apanasenkonu aeroportda qarşılayıb elə gecə ikən Kremlə aparıblar. Stalin dərhal onları qəbul edib. Kabinetdə Müdafiə Komitəsinin üzvlərindən də olub. Stalin birbaşa mətləbə keçərək bildirib ki, almanlar Moskvaya geniş miqyaslı hücum hazırlayırlar, bu hücumun qarşısını almaq, paytaxtı müdafiə etmək üçün hərbi qüvvələrimiz yetərincə deyil və buna görə də belə qərara gəldik ki, Uzaq Şərq ordusunun diviziyalarını Moskva ətrafında yerləşdirək. Bu qısa girişdən sonra Stalin bir-bir diviziyaların nömrələrini sayıb, Apanasenko isə sakitcə onları dəftərçəsində qeyd edib. Bu minvalla görüş çox sakit bir şəraitdə davam edib. Stalin qonaqlara çay gətizdirib. Sonda o, Uzaq Şərq ordusunda olan tank əleyhinə topların da Moskva ətrafına gətirilməsini təklif edib. Bu təklifdən sonra Ali Baş Komandanın kabinetində sanki bomba “partlayıb”. Apanasenko əyləşdiyi stuldan elə qalxıb ki, stul aşıb və general onsuz da qalın olan səsini son həddə qədər ucaldıb və o, Stalinə birbaşa sən deyə müraciət edərək qışqırıb:

  • Sən nə danışdığını bilirsən? Ümumiyyətlə, sən nə etmək istədiyini anlayırsan? Bəs yaponlar hücum etsə mən Uzaq Şərqi nə ilə müdafiə edəcəm? Mən topları Moskvaya gətirə bilmərəm. İstəyirsiniz, güllələyin məni, həbs edin, amma topları sizə verməyəcəm.

General kiçik “nitq”inin sonunda Stalinə ana söyüşü də edib, qarşısındakı çay stəkanını da zərblə yerə çırpıb. Kabinetdəkilər bu hadisənin nə ilə nəticələnəcəyini yaxşı biliblər - ən yaxşı halda generalı həbsxana kamerası gözləyib. Amma Stalin güvəndiyin generalın sözlərinə fərqli  reaksiya verib:

  • Yoldaş Apanasenko, sakitləşin, əsəblərinizi cilovlayın. Bir topa görə niyə belə əsəbləşirsiniz. Yaxşı, topları saxlayın özünüzə. Bəlkə də siz haqlı yerə bu qədər narahat olusunuz.

Beləliklə, Stalinə ana söyüşü söyən general onun kabinetindən sağ-salamat çıxaraq yenidən öz xidməti yerinə, Sibirə yollanıb.

Bir ildən sonra, sovet-alman müharibəsinin ən gərgin dövründə Apanasenko  Stalinə müraciət edərək cəbhə bölgəsinə göndərilməsini xahiş edib. Stalin onun müraciətini qəbul edərək Apanasenkonu Voronej cəbhəsinə komandan müavini təyin edib.

1943-cü ilin avqustun 5-də Belqorod ətrafında gedən döyüşlərdə Apanasenko hərbi əməliyyatlarda iştirakı zamanı qəhrəmancasına həlak olub. 53 yaşlı Apanasenkonun adı sovet-alman müharibəsi illərində döyüş əməliyyatları zamanı həlak olan 4 generaldan biri kimi müharibə tarixinə düşüb.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam