Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Direktorun islahatı Tədris Cərrahiyyə Klinikasını “batırır” -RƏZALƏT

Yenixeber.org: Məlum olduğu kimi, Türkiyənin Adnan Menderes Universitetinin Tibb fakültəsinin təcili-tibbi yardım kafedrasının dosenti Mücahit Avcil, xeyli müddətdir ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına rəhbərlik edir. Türkiyəli “mütəxəssis” ötən ilin oktyabr ayının 11-də kollektivə təqdim olunub, amma bu təyinat sosial şəbəkələrdə heç də birmənalı qarşılanmadı. Qeyd edək ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru Mücahit Avcilın adının Türkiyə mediasında neqativ işlərdə hallanması, eyni zamanda bu şəxsin qardaş ölkədə daşıdığı vəzifəsindən qalmaqallı şəkildə istefa verməsi, məhz geniş ictimai müzakirələrə səbəb olmuşdur. Ötən il mətbuatda daha çox müzakirə olunan məsələlərdən biri də, Tədris Cərrahiyyə Klinikasına direktor təyin olunan Mücahit Avcilın, keçirilən təqdimat tədbiri zamanı stol üstündən su butulkasını götürərək başına çəkməsi və kollektiv qarşısında gülməli vəziyyətə düşməsi olur. Qeyd edək ki, bu şəxsin kadr siyasəti də birmənalı qarşılanmır, Yenixeber.org-a daxil olan məlumata görə Mücahit Avcil Türkiyədən olan yaxın dostu İlhan bəyi, bir müddət bundan əvvəl heç bir əmr-filan olmadan Tədris Cərrahiyyə Klinikasına qeyri-rəsmi nəzarətçi təyin edir. Gülməli olsa da qeyd edək ki, heç bir vəzifə daşımayan İlhan bəy Tibb Universitetinin professoruna “əmr” verir. Bu da universitetdə normal qarşılanmır və hansı ki, həmin professor Tədris Cərrahiyyə Klinikasının ilk yaradıcılarından olan Sədrəddin müəllimdir. Bu şəxsin Sədrəddin müəllimə “əmr” verməsinə səbəb, Tədris Cərrahiyyə Klinikasının dəhlizlərində gəzən pişiyi, professorun protokollaşdıraraq bayıra çıxartdırması olur. Bu səbəbdən də, İlhan bəy Sədrəddin müəllimə “əmr” verir(?) Qeyd edək ki, bu Klinikada baş verən qeyri-adi hadisələr heç də bununla yekunlaşmır…

 











Mücahit Avcil laboratoriya müdirini işdən çıxarır və həmin şəxsin yerinə iş bacarığı olmayan Elxan adlı birisini təyin edir. Daha utandırıcı hal ondan ibarətdir ki, bu gün Tədris Cərrahiyyə Klinikasında idarəçilik elə bərbad formada həyata keçirilir ki, burada çalışan professorlar, dosentlər və həkimlər özəl klinikalara üz tuturlar və onlar xüsusi ilə ağır cərrahiyə əməliyyatlarını həmin səhiyyə müəssisələrində həyata keçirirlər. Yalnız iki şöbənin müdiri- trovmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli və oftamotologiya şöbəsinin müdiri Qurban İsmayılov, həm xəstələrin müayinə və müalicə işlərini, həm də cərrahiyə əməliyyatlarını Tədris Cərrahiyyə Klinikasında həyata keçirirlər. Bu da onu söyləməyə əsas verir ki, Mücahit Avcilın “nataraz idarəçiliyi” bu Klinikanın “bel sütunu”nu məhv edir.

Bundan əlavə, Yenixeber.org-a daxil olan məlumata görə Tədris Cərrahiyyə Klinikasında təcrübəsizlik halları o qədər genişlənib ki, hətta laboratoriya müayinələrinin nəticələrindən həkimlər də narazılıq edirlər. Bu Klinikanın təsərüfat işləri üzrə müavini də “başını götürüb qaçıb”, Razik adlı maliyyə şöbəsinin müdiri isə, daşıdığı vəzifəsindən istefa verib.

Daha bir narahatedici məlumat odur ki, İlhan bəy Klinikada rəsmi vəzifə sahibi olmasa da, birinci mərtəbədəki kassada və qeydiyyat şöbəsində çalışan gənc xanımlarla lətifə danışmaqla günlərini belə keçirir…

Redaksiyadan: Yazıda yer alan iddialarla bağlı adları hallanan tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. Hər kəsin cavab haqqını tanıyırıq.

Mövzunun davamı olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam