Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

       QƏTƏR -Şərqin  qara incisi 


       

                  Giriş yerinə 

Yenixeber.org: Qətər  və ya rəsmi adı ilə Qətər Dövləti Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin ölkəsidir.

                    Yaranması

Qətərin əsası 1870-ci ildə qoyulmuşdur. Paytaxtı  və ən iri şəhəri Dohadır. Ölkə konustitusiyalı monraxiya şəklində idarə edilir.Dövlətin başçısı Əmirdir.


                                Dövlətin  hazırki başçısı; 
Əmir Təmim bin Həməd Al Sani [ 25.VI.2013 ];
Baş nazir    Əbdüllah bin Nasir bin Xəlifə Al Sani [26.VI.2013 ]dir.

Rəsmi dili ərəb dilidir.

18 dekabr 1878-ci ildən günümüzə kimi Qətərdə Milli Gün qeyd olunur. 3 sentyabr tarixi ölkədə Müstəqillik Günü kimi tanınır. Çünki Qətər 1971-ci ildə ingilis müstəmləkəçiliyindən xilas olaraq, özünün müstəqilliyini elan etməyə nail ola bilmişdir.

Qətərin ümumi ərazisi 11,581 km²dir.

Əhalisi  2017-ci ilin  siyahıya alınmasına  görə təxmin 2,641,000 (143-cü yer)
Sıxlıq18/km2 (46.6/kv. mil)dir.

Qətər rialı (QAR) dövlətin pul vahidi hesab edilir.



                                              Al Sani sülaləsii

Beləki,XVIII əsrdə  Bəni Təmim ərəb qəbiləsinə məxsus Al Saninin sülaləsi Bəhreyn şeyxlərinin hakimiyyəti zamanı Nəcddən Qətərə köçərək, Doha şəhərində məskunlaşırlar.

 1850-ci ildə  isə Şeyx Al Sani hakimiyyətini Dohada və ətraf qəbilələr üzərinə genişləndirməyə müvəffəq olur. Az keçmir Al Sani sülaləsi bütün Qətərdə hakimiyyəti ələ keçirir.

Beləcə.  1868-ci ildə Bəhreyndən başqa bütün ölkələr Məhəmməd bin Sani Al Saninin müstəqil Qətər Əmirliyini tanıyır. Hakimiyyətini daha da möhkəmləndirmək üçün elə həmin il, Şeyx Məhəmməd bin Sani Al Sani Böyük Britaniya ilə müqavilə imzalamağa razılq verir.

Çünki həmin ərəfələrdə ingilislərin bu ərazilərdə olduqca böyük nüfuz üstünlüyü höküm sürürdü. Bu üzdən də yerli varlı ərəb qəbilələri i ərazi iddiaları məsələsində ingilislərlə razlıq əldə etmək zorunda idilər. 

Al Sani sülaləsi də bu qəbildən olan və gələcəkdə öz hakimiyyət iddialarını möhkəmləndirmək üçün  yerli qəbilələrdən hesab eilirdi.

Bu minvalla. Al Sani sülaləsi ingilislərlə sülh müqaviləsinə imza atmaqla, xarici siyasət məslələrində Böyük Britaniyadan asılı vəziyyətə düşməsinə gətirib çıxarır.

1871-ci ildə isə  Şeyx Məhəmməd bin Sani Osmanlı imperiyasından və Doha bəylərbəyliyindən titul alır. Məhəmməd bin Saninin oğlu və vəliəhdi Casim bin Məhəmməd (1878-1913) ingilislərə əks siyasət yürütməsi ilə yadda qalır.

Lakin Casim bin Məhəmməddən sonra hakimiyyətə gələn Abdullah bin Casim (1913-1949), ingilislərlə münasibətlərdə loyallığı ilə seçildiyindən, ingilislər Qətərə muxtariyyət verməyə razılaşır.

Ancaq, bütün bunlara baxmayaraq kəşfiyyat və neft hasitalı ingilislərin əlində qalırdı.

 Əli bin Abdullah Al Sani (1949-1960) öz israfçılığı ilə məşhur idi.

 1960-cı ilin oktyabr ayında sülalədaxili ziddiyyətlər nəticəsində Əli bin Abdullah oğlu Əhmədin xeyrinə taxt-tacdan imtina edir.

Yeni şeyx Əhməd bin Əli (1960-1972) demək olar ki, ölkədə tapılmırdı. O, daima  məşhur olan Livana və Monte-Karloy əyləncə məkanlarına gedirdi.

Dövlətin faktiki rəhbəri şeyxin varisi şahzadə Xəlifə bin Həməd Al Sani idi.

Şahzadə Xəlifə bin Həməd maliyyə, məhkəmə icraatı, dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatları uğurla həyata keçirdir.

1971-ci il konstitusiyasına əsasən ölkə müstəqil Qətər əmirliyi elan edilir.

 

               Həməd bin Xəlifə Al Sani, Həməd bin Xəlifə Al Tani 


1952 –ci ildə Doha şəhərində anadan olmuşdur. İbtidai, orta və ali təhsilini Qətərdə almış, Böyük Britaniyanın Sent Herst hərbi akademiyasında təhsilini davam etdirmişdir. 

1971 –ci ildə isə  Birləşmiş Krallığın Sent Herst hərbi akademiyasını bitirərək, 1971 – ci ildə Qətər Silahlı Qüvvələrində kapitan rütbəsində İlk Qətər polkunun komandiri təyin edilmişdir.Sonradan mayor rütbəsinə qədər yüksəlmiş, Qətər ümumsilahlı Qüvvələrinin komandanı olmuşdur. 

1977-ci iiin 31 may tarixində Müdafiə Naziri vəzifəsinə təyin edilən Həməd bin Xəlifə Al Sani , eyni zamanda vəliəhd taxtına qədər yüksəlir. 

Həmçinin o, Ali Məclisin Planlaşdırma işləri üzrə rəisi təyin edilir. 1979-1991 – ci illərdə Ali Məclisin Gənclər üzrə şöbəsinin fəaliyyətinə, həmçinin müxtəlif idman və gənclər klublarının fəaliyyətinə də  himayədarlıq edir.

Eyni zamanda hərbi idman birliyi yardır və sonradan Beynəlxalq İdman Hərbi Birliyinə üzv olur. Müxtəlif sahələrdə Körfəz Ərəb Dövlətlərinin konfranslarının keçirilməsinə  də təşəbbüs göstərir və bir neçə ərəb dövlətinə səfər edir. 

27 iyun 1995 –ci ildən Qətərin Əmiri olmuşdur.

 

Şeyx Təmin bin Həməd Al Sani –Qətər dövlətinimn hazırki Əmiri

Al Sani sülaləsinin 7-ci əmiri. keçmiş əmir Şeyx Həməd bin Xəlifə Al Saninin dördüncü, ikinci arvadı Moza bint Nasir əl-Misnəddən olan ikinci oğludur.

          Gənclik illəri 


Təmim bin Həməd 3 iyun 1980-cı ildə Qətər əmirliyinin paytaxtı Doha şəhərində anadan olmuşdur. Şeyx Təmin  Şeyx Həməd bin Xəlifə Al Saninin dördüncü oğlu, ikinci arvadı Şeyxa Moza bint Nasir əl-Misnəddən olan ikinci oğludur.

Təmim bin Həməd Al Sani, Böyük Britaniyanın Dorset şəhərindəki Şerborn Beynəlxalq Kollecində və Harrov məktəbində təhsil alıb. 1997-ci ildə Qətərdəki  təhsilini başa çatdıraraq. Böyük Britaniyada Kral Hərbi Akademiyasına daxil olur və 1998-ci ildə zabit kimi həmin bitirir.


                             Karyera pilləsi


Şeyx Təmin  Qətər Silahlı Qüvvələrininin  ikinci leytenant kimi hərbi sahədəki fəaliyyətini başa çatdırır.

2003-cü ilin avqustun 5-ində  isə onun böyük qardaşı Şeyx Casimin vəliəhdlikdən imtina etməsi ilə o, Qətər taxt-tacına varis olur.

Həmin vaxtdan etibarən o öz üzərinə çalışmaya başlayır, təhlükəsizlik və iqtisadiyyatla bağlı mövzuları daha dərindən öyrənməyə çalışır. 

2009-cu ildə Qətər Silahlı Qüvvələri baş komandanının müavini təyin olunur. O, Qətərin beynəlxalq aləmdə nüfuzunu qaldırmaq üçün çox səy göstərir və  çalışır. 

2005-ci ildə Qətər İdman İnvestisiyaları İdarəsini təsis edir və Pari Sen-Jermen FK-a yatırımlar edir. 

2006-cı ildə Dohada keçirilən 15-ci Asiya Oyunlarının təşkilati komitəsinə sədrlik edir. 

Onun sədrliyi ilə bütün üzv ölkələr ilk dəfə bu tədbirdə iştirak edir.

Həmin il Misirin Əl-Ahram qəzetində Təmim, "Ərəb dünyasının ən yaxşı idman şəxsiyyəti" adına layiq görülür. 

Onun rəhbərliyi ilə Qətər, 2014 FİNA Üzgüçülük üzrə Dünya Çempionatına və 2022 FİFA Dünya Çempionatına ev sahibliyi etmək hüququ qazanır Şeyx Təmin  həmçinin  Beynəlxalq Olimpiya Komitəsinin və Qətər Milli Olimpiya Komitəsinin üzvüdür.
Şeyx Təmim,  həm də Qətər İnvestisiya Qrupu Direktorlar Şurasına rəhbərlik edir. Əmrin  rəhbərliyi altında təşkilatdakı ingilis investorlar xeyli sayda investisiya yatırırlar.

        Şeyx Təmimin digər vəzifələri aşağıdakılardır:
Ekologiya və Təbii qoruqlar Baş Şurasının rəhbəri;
Ətraf mühit və Təbii ehtiyatlar üzrə Ali Şurasının sədri;
Ali Təhsil Şurasının sədri;
İnformasiya-Kommunikasiya Texnologiyaları Ali Şurasını sədri
İctimai İşlər İdarəsi və Şəhər Planlaşdırma və İnkişaf İdarəsinin direktorlar şurasının sədri;
Qətər Universiteti idarə heyətinin sədri;
Hakim Ailə Şurasının sədr müavini;
İqtisadi məsələlərvə investisiya üzrə ALi Şurasının vitse-prezidenti;
 Koordinasiya üçün Ali Komitənin sədr müavini;
 
                                     Ailəsi

8 yanvar 2005-ci ildə Şeyx Təmim əmisinin ikinci qızı Şeyx Cəvahir bin Həməd bin Suheym Al Sani ilə evlənir.

Bu evliliyindən iki oğlu və iki qızı dünyaya gəlir:

Şeyxa Almayasa bint Təmim Al Sani (2006)
Şeyx Həməd bin Təmim Al Sani (2008)
Şeyxa Ayişə bint Təmim Al Sani (2010)
Şeyx Casim bin Təmim Al Sani (2012)

Şeyx Təmim 2009-cu ilin martın 3-də isə  Hacri ailəsindən Şeyxa Anoud bint Mana ilə evlənir. Onun atası Mana bin Əbdül Hadı Al Hacrı Qətərin İordaniyadakı səfiri olmuşdur. 

Bu  evliliyindən 1 oğlu və iki qızı dünyaya gəlir:
Şeyxa Nayla bint Təmim Al Sani (2010)
Şeyx Abdullah bin Təmim Al Sani (29 sentyabr 2012)
Şeyxa Rodha bint Təmim Al Sani (2014)

2014-cü ilin martındaŞryx Təmin  Şeyxa Nura bint Hathal Al Dosari ilə  ailə həyatı qurur.
Bu evlilkidən bir oğlu dünyaya gəlib:
Şeyx Cohan bin Təmim Al Sani (2015)


                                                  Tarixi

Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır. Regionda aparılan arxeoloji qazıntılar göstərir ki, bu torpaqlar bizim eradan əvvəl 4–2-ci minilliklərdə paytaxtı Bəhreyn olan Dilmun və təxminən indiki Omanın ərazisində mövcud olmuş Maqan krallıqlarının nəzarəti altında olub. Burada əhali dənli bitkilər becərmək, mis əritməklə məşğul olur və Şumer, Akkad, Babilistan, Assuriya ilə intensiv ticarət aparırdı. B.e. əvvəl 6-cı əsrdə Qətər və onun ətraf əraziləri Fars dövləti tərəfindən zəbt olundu.

Ərəb yarımadasının digər xanlıqları kimi, Qətər dövləti də VII əsrdə Ərəb xilafətinin tərkibinə daxil oldu. XIII əsrdən etibarən Bəhreyn əmirlərinin, XVI əsrdən başlayaraq isə Portuqaliyanın nəzarəti altına keçən Qətər 1871–1916-cı illərdə Osmanlı imperiyasının tərkibində olmasına baxmayaraq, ölkədə real hakimiyyəti yerli şeyxlər idarə etmişlər. Osmanlı Dövləti Qətər üzərindəki haqqlarından 29 İyul 1913-cü ildə imtina etdi. Son Türk əsgəri Qətərdan Avqust 1915də çəkildi. I Dünya Müharibəsinin başlamasından dərhal sonra 3 Noyabr 1916-cı ildə Qətər İngilislər tərəfindən işğal edildi. 1916-cı ildə ölkədə Britaniya protektoratı qurulub. 1971-ci il sentyabrın 1-dən etibarən Qətər müstəqil dövlətdir. 2022-ci ildə FIFA Dünya Kuboku Çempionatının burada təşkil edilməsinə qərar verdi.

 

                                               İqtisadiyyatı

Bu gün Qətər iqtisadiyyatının əsasını neft və qaz hasilatı təşkil edir. Bu sahə ümumdaxili məhsulun 55%-dən çox hissəsini, ixrac gəlirlərinin təxminən 85%-ini, dövlət gəlirlərinin isə 70%-ni təmin edir. Neft-qaz sənayesindən əldə olunan gəlirlər sayəsində Qətər müasir, yaxşı inkişaf etmiş iqtisadi infrastruktur və adambaşına düşən gəlir səviyyəsi baxımından Qərbi Avropadan geri qalmayan zəngin bir ölkəyə çevrilmişdir.

Qətərin aşkar edilmiş neft ehtiyatları təxminən 2.3 milyard ton, təbii qaz ehtiyatları isə 17.9 trilyon kub metr təşkil edir. Bu isə o deməkdir ki, ölkə dünyada qaz ehtiyatlarının həcminə görə 3-cü yeri tutur. Qətər ildə stabil olaraq 100 milyard kubmetrdən çox təbii qaz hasil edir. 2011-ci ildə isə təbii qaz hasilatı 110 milyard kubmetrdən də çox olmuşdur. 2030-cu ilə bu göstəricinin 255 milyard kubmetrə çatacağı gözlənilir. Öz iqtisadiyyatının diversifikasiyasını təmin etmək və xammal ixracından asılılığı aradan qaldırmaq üçün Qətər dövləti iqtisadiyyata iri həcmli xarici investisiyalar cəlb edərək, ölkə infrastrukturunun inkişafına və tikinti sahələrinə böyük sərmayələr qoyur.

Neft ehtiyatlarının kəşf edilməsindən əvvəl Qətər əhalisinin əksəriyyəti balıqçılıq və ovçuluqla məşğul idi. Amma 1940-cı ildə neft ehtiyatlarının kəşfiylə ölkənin bütün iqtisadiyyatı dəyişməyə başladı. Bu dəyişmə yüksək həyat standartları və böyük ölkələrin vətəndaşlarına təqdim etdiyi ictimai xidmətləri də özü ilə gətirdi. Ölkə, dünyadakı ən böyük qaz ehtiyatlarına sahib ölkələr arasındadır. Bu böyük faktor ölkə vətəndaşlarının rifah səviyyəsini ən üst pillələrə daşımışdır. 1 dənəsi quruda 6-sı açıq dənizdə olmaq üzrə cəmi 7 ədəd təbii qaz istehsal nöqtəsi vardır. Ölkənin körfəzə baxan hissəsində Ras Laffan adlı sənaye şəhəri qurulmuşdur. Neftin varlığı ölkədə gübrə və sement sənayesinin inkişafına də iştirak etmişdir. Son illərdə ölkədə metallurgiya sənayesi sürətlə inkişaf edir. Qətər alüminium istehsalına görə dünyada qabaqcıl yerlərdən birini tutur.

Qətərin ümumdaxili məhsul (ÜDM) strukturunda sənaye sahəsi əsas yer tutur (75%). Xidmət sektoru 25%, kənd təsərrüfatı isə 0,1% təşkil edir. Neft gəlirlərinin böyük qismi səmərəli şəkildə sosial sahəyə xərclənir. Lakin bu mənfəətdən yalnız Qətər vətəndaşları istifadə edə bilərlər. Paytaxt Dohanın hüdudlarından kənarda, demək olar, heç nə yoxdur. Buna görə də, mahiyyət etibarı ilə Qətər elə Dohadan ibarətdir. Şəhər çoxlu sayda 2–3 mərtəbə evlərdən ibarət seyrək məhəllələrdən və ya çoxlu yeni tikililərdən – göydələnlərdən ibarətdir.

               Demoqrafik tendensiya

Demək olar ki, bütün Qətər vətəndaşları İslam dininə mənsubdur. Etnik ərəblərdən başqa çoxu vətəndaş müxtəlif ölkələrdən neft sektorunda çalışmaq üçün gəlmişdir. Ərəb dili dövlət dildir. Onlarla fərqli millətdən insanların olması İngilis dilini ikinci bir milli dil halına gətirmişdir. Qətər ərəblərinin ümumiyyətlə üst səviyyə idarəçi, bürokrat ya da mal sahibi olduğu ölkədə digər ölkə ərəbləri banklarda, təbii qaz emalı zavodları ya da dövlətin təşkilatlarında məmur olaraq çalışarlar. Ölkənin demoqrafik quruluşu immiqrasiya sisteminə əsaslanır. Ölkədə xarici ölkələrdən təxminən 1,5 milyona yaxın işçi çalışmaqdadır. 
Ümumiyyətlə Filippin, Nepal, Hindistan kimi ölkələrdən insanlar bu ölkəyə tikinti, səhiyyə, xidmət, enerji sektorlarında çalışmaq üçün gəlirlər. Qətərdə hər 100 qadına 309,8 kişi vardır; bu kişilərin lehinə olan dünyanın ən yüksək cinsiyyət nisbətidir.

XX əsrin 30-cu illərinin sonlarında iri neft yataqlarının kəşf edilməsi ənənəvi Qətər cəmiyyətinin bütün strukturunu kökündən dəyişdi. Qətərlilərin ənənəvi məşğuliyyətləri – mirvari hasilatı, balıqçılıq, dəvəçilik və qoyunçuluq, qismən də əkinçilik praktik olaraq keçmişdə qaldı. Bu, həm bədəvilərə, həm də "ucqar" yerlərdə – oazis və xırda qəsəbələrdə yaşayan oturaq sakinlərə aiddir. XX əsrin sonlarında Qətərin demək olar ki, bütün əhalisi şəhərlərdə məskunlaşdı.

                       Qətərdə təhsil

Yaxın tarixdə Qətərdə təhsilə böyük əhəmiyyət verilməyə başlandı. Tələbə sayı az olduğundan daha yaxşı təhsil imkanları təmin edilməyə başladı. Hər kəsə pulsuz olaraq verilən sağlamlıq xidmətlərinin yanında orta məktəbdən universitetə ​​qədər təhsil bütün Qətər vətəndaşları üçün pulsuz hala gətirildi. Ölkənin Qətər Universiteti adında bir universiteti və bir çox yüksək təhsil təşkilatı vardır. Paytaxt Dohada istehsalı davam edən təhsil qəsəbəsi ölkənin bütün ortadoğunun ən böyük təhsil yeri olmasını təmin etməkdə və bütün bölgədən şagirdlərin burada toplanmasını hədəfləməkdədir.

                       Coğrafiyası
Qətər yarımadası Fars körfəzinə doğru Səudiyyə Ərəbistanından çıxmış 160 km-lik bir uzantıya bənzəyir. Ümumiyyətlə alçaq düzlüklərdən ibarət olan ölkə qumla örtülüdür. Ölkənin cənubu isə çöllərlə örtülüdür.


                             Qətərdə iqlim

İqlimi tropikdən subtropikə keçid xarakterlidir. İl boyu yüksək tempratur və rütubətlilik xarakterikdir. Orta tempratur 44 °C dərəcə olsa da Ərəbistan və İran yaylalarının səhra və yarımsəhralarından gələn hava axını tempraturun 50 °C dərəcəyədək yüksəlməsinə səbəb olur. Qışda tempratur aşağı düşür, hava ilıq və yağışlı, yay quraq keçir. Burada ilin on ayı şimal-qərb küləkləri əsir.Bu küləklər qışda yağıntı, yayda isə toz və qum gətirir. Yağıntı mövsümü noyabrdan başlayır və marta qədər davam edir. Digər aylarda demək olar ki, yağıntı düşmür.

                        İdarəetmə vahidi
Qətər ən böyük idarəetmə vahid olan 7 ayrı bələdiyyə bölünmüşdür. Bunlar: Ad Doha, Al Rayyan, Umm Salal, Al Khor, Al Wakrah, AlDaayen və Al Shamal bələdiyyələridir.

                         Dini vəziyyəti 
2004-cü ilin rəsmi hesablamalarına görə ölkə əhalisinin 77,5 %-i müsəlman, 8,5 %-i xristian, 14 %-i digər dinlərin nümayəndələridir.

                    Dünyanın ən isti ölkəsi
Asiyanın Cənub-Qərbində yerləşən Qətər dünyanın ən isti ölkəsidir. Orta tempratur 44°C olsa da, Ərəbistan və İran yaylalarının səhra və yarımsəhralarından gələn hava axını tempraturun 50 dərəcəyədək yüksəlməsinə səbəb olur. Qışda tempratur aşağı düşür, hava ilıq və yağışlı, yay quraq keçir. Burada ilin on ayı ərzində şimal-qərb küləkləri əsir. Bu küləklər qışda yağıntı, yayda isə toz və qum gətirir. Yağntı mövsümü noyabrdan başlayır və marta qədər davam edir. Digər aylarda demək olar ki, yağıntı düşmür. Buradan belə nəticəyə gəlmək olar ki, Qətər dünyada kondisionerlərin ən çox istifadə edildiyi dövlətlər arasında liderdir.

           Yerli sakinləri ötüb keçən mühacir axını

Qətər ya da rəsmi adıyla Qətər Əmirliyi Ərəb yarımadasının şərqində olan Fars körfəzinə uzanan ölkədir. Şimal-qərbdən Bəhreyn, qərb və cənubda Səudiyyə Ərəbistanı, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Tək quru sərhəd qonşusu Səudiyyə Ərəbistanı olub digər tərəfləri Fars körfəzi ilə əhatələnib. Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Yerli sakinlərin təxminən qırx faizi ərəblərdir. Lakin İran, Pakistan və Hindistandan gələnlər də var. Baxmayaraq ki, Qətərdə rəsmi dil - ərəb dilidir, demək olar ki, sakinlərin əksəriyyəti ingilis dilini mükəmməl bilir.
Hazırda Qətərdə iki milyondan bir qədər artıq adam yaşayır. Özü də əhalənin 70 faizi kişilərdir. Son illərdə Qətərdə əhalinin sayı çox sürətlə artıb. Bu, ölkəyə işləmək üçün kütləvi şəkildə gələn mühacirlərin hesabına baş verib. 2004-cu il əhalinin siyahıyaalınması zamanı əldə edilən məlumata görə, ölkənin 80 faizini müsəlmanlar, təxminən 9 faizini xristianlar, yerdə qalanı isə digər dinlərin nümayəndələri təşkil edir. Bütün ölkə əhalisinin 90 faizi Qətərin paytaxtı Dohada yaşayır. Yeri gəlmişkən, dövlətdə mütləq monarxiya inkişaf edib. Yəni hakimiyyət monarxın əlində cəmləşib.
                        Neft və milyonlar səltənəti

Ərəb dövləti sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin ölkələrindən biridir. Dövlət büdcəsinin yarıdan çoxu bu faydalı qazıntıların hesabına artır. Ölkə əhalisinin hər adam başına düşən ÜDM payına görə Qətər dünyada birincidir, təbii qaz ehtiyatlarına görə isə dünyada üçüncü yerdə dayanır. 2016-cı ildə həmin göstərici Qətərdə 129,700 dollar olub. Lakin Qətər əhalisi arasında sərvət bərabər paylaşılmayıb. 2015-ci ildə BBC-ə danışan miqrantlar isə ayda 350 dollar qazandıqlarını bildiriblər. Sabiq əmir Şeyx Həməd bin Xəlifə əl-Thani 2.4 milyard dollar dəyəri olan sərvətə malikdir.
Ölkədə metallurgiya sənayesi də inkişaf edib. Kənd təsərrüfatı isə ürəkaçan vəziyyətdə deyil. Yerli məhsul əhalinin ən az 10 faizinin tələbatını ödəməyə qadirdir. Amma bu, təəccüblü deyil, çünki, demək olar, bütün dövlətin ərazisi səhralıqdır. Nadir sahələrə yalnız Qətərin şimalında rast gəlinir. Bununla yanaşı, iqlimi qurudur, axar çaylar yoxdur, ona görə də su qıtlığı hökm sürür. Yalnız dəniz suyunu şirinləşdirmək yolu ilə istifadə etmək olar. Yeraltı mənbələrsə azdır və şimalda yerləşir. Nəticədə, Qətərdə heyvanlar aləmi də kasıbdır.
                                     Doha


Qətərin paytaxtının əsası 1867-ci ildə Fars Körfəzi sahillərində qoyulub. Doha şəhəri tozdan, qumdan inşa edilib, amma zibil çox nəzərə çarpmır. Qətərin paytaxtı Doha gözəlliyi, ultramüasir göydələnləri ilə Fars körfəzinin ən cəlbedici şəhərlərindən biridir. Bu ölkədə həyat sakit, insanlar olduqca xoşbəxt və firavan görünür. Yerli əhali qara işlərdə demək olar ki, çalışmır. Əhalinin böyük əksəriyyəti yalnız günorta saatlarına kimi işləyir. Günün ikinci yarısı küçədə insanlar gözə dəymir, ona görə də rəsmi görüşlər səhər saatlarına planlaşdırılır. İnsan əllərinin yaratdığı cənnətə yeganə kölgə salan mənfi cəhət şiddətli istilərin olmasıdır. 
Ölkənin əsas kurort şəhəri hələlik Dohadır. Onun gözəl çimərlikləri saflığı ilə seçilir, mehmanxanalarda isə rahatlıq və sakit ab-hava hökm sürür. Hətta iki ulduzlu hotelləri də əlverişli olması ilə seçilir. Axı Qətər dünyanın ən zəngin ölkəsidir və burada ən ucuz məkanlar da diqqətəlayiqdir. Dubay və Əbu-Dabi ilə müqayisədə Doha çimərliklərinin görünüşü sadədir, ticarət mərkəzlərini gəzib dolaşan şoppinq həvəskarları ordusuna da rast gəlinmir. Buna baxmayaraq qeyd etməliyik ki, “Doha Ticarət Mərkəzi”ndə sərfəli şopinq ilə əyləncəni birləşdirmək də olar. Mərkəzdə aquapark, boilinq zalları, buz meydançası və spa salonları fəaliyyət göstərir.
Paytaxt Dohada hotellərin qiymətləri aşağı olsa da, yerli sakinlər qonaqların istirahətini yüksək səviyyədə təşkil etmək üçün əlindən gələni edir. Qətərdə çimərlik seçərkən siz artıq pul xərcləmədən istirahət keyfiyyətinizi təmin edirsiniz. 

 
                                  Köhnə və təzə Doha

Doha köhnə və təzə şəhərdən ibarətdir. Köhnə şəhər mühafizəkardır. Mümkün qədər qədimliyini qoruyub saxlamağa çalışır. Təzə şəhər isə hər gün, hər saat yeniliyə can atır. Müasir, son dərəcə gözəl göydələnlər, piramida formalı binalar, geniş, səliqəli küçələri ilə göz oxşayır. Küçələrdə ən çox Amerika və Yaponiya istehsalı olan maşınlara rast gəlinir. Dohanın yolları qibtəolunacaq dərəcədə geniş və rahatdır. İşıqforlar yollarda elə qurulub ki, maşınlar dayanmadan hərəkət edir. Bu da Doha küçələrində tıxac probleminə birdəfəlik son qoyur. Gündüz saatlarında olduğu kimi, Dohanın nağılvari, əsrarəngiz, füsunkar gecə mənzərələri də insana zövq verir. 

 
                                    Kurort əyləncələri

Qətərdə əyləncə üçün də vaxt saxlamağı unutmayın. Turistlərin ən çox sevdiyi attraksionlar “Ələddin Krallığı” parkında yerləşir. Burada süni laquna və teatrları tikilib. Balacalar dəniz faunasının bir çox növlərinin yaşadığı zooparkla tanışlıqdan heyran qalacaq.
Fəal səyyahlara isə ciplərdə ənənəvi safari turuna çıxmaq təklif olunur. Dünyanın ən qızmar ölkəsində futbol çempionatı

Qeyd etmək lazımdır ki, futbol üzrə dünya çempionatı 2022-ci ildə Qətərdə keçiriləcək. Ölkədə ekstremal istilər hökm sürdüyü üçün hakimiyyət indidən stadionların kondisionerlə təchiz olunması məsələsini həll etməyə başlayıb. Bununla belə, oyunların qış mövsümündə keçirilməsi istisna deyil.

                       Sarsılmaz çimərlik qanunu

Qətərdə turizm mövsümü sentyabr ayından etibarən başlayır. Bu, görməli yerlərdən zövq almaq üçün ən yaxşı zamandır. Qətər müsəlman ölkələrin siyahısına daxildir, bu səbəbdən də çimərliklərində müəyyən davranış qaydalarına əməl olunmalıdır. Üst çimərlik geyimi olmadan günəş vannası qəbul etmək və ya həddən artıq seksual geyimlər ictimai yerlərdə yolverilməzdir. Kafe və ya restorandan kənarda alkoqollu içkilər qəbul etmək qadağandır. Habelə qətərlilərin icazəsiz onların fotosunu çəkmək də tövsiyə edilmir.
                         Əl-Xor şəhəri

Qətərdən bir saatlıq məsafədə açıq səma altında Əl-Xor şəhəri yerləşir. Bu kiçik və müasir şəhər qədim şərqin bütün abidələrini özündə toplayıb: koloritli məscid və ənənəvi ərəb məhəllələri, nadir rast gəlinən neft buruqları, bərpa olunmuş əzəməti, dəniz limanı və s.
Qətərin Milli Etnoqrafiya Muzeyi də Əl-Xorun ən məşhur diqqətəlayiq binalarından biridir. Burada gəmi ilə balıq ovunun tarixini əks etdirən eksponatlar sərgilənir. Tarixlə maraqlanan şəxslər oranı ziyarət etməkdən özünü saxlaya bilməyəcək. Ekspozisiyanın əsas qüruru - Fars Körfəzinin sualtı faunasının parlaq nümayəndələrinin toplandığı ikimərhələli akvariumdır. Etnoqrafiya muzeyində silahlar və Qətər şeyxinin şəxsi 
kolleksiyaları da nümayiş etdirilir.
Bu şəhər ölkədə ən yaxşı kurort məntəqələrindən biri kimi gözəl panorama görünüşü ilə deyil, təmiz çimərlikləri, ucsuz-bucaqsız okean və dənizi ilə turistlərin diqqətini çəkir.
                       Şaxani cıdır meydanı

Uzaq keçmişdə beduin tayfaları Ərəbistan ərazisinə köçdükdən sonra quş ovu və dəvə yarışları təşkil edərək öz bacarıq və qabiliyyətlərini Şaxani cıdır meydanında nümayiş etidirirdilər. Qətər dünyanın ən inkişaf etmiş ölkələri siyahısına qoşulsa da, orada köhnə ənənələr bu günədək qorunub saxlanalır. Şaxani cıdır yarışları üçün dəvə fermalarının yaradılması ölkədə ən nüfuzlu biznes-layihələrdən hesab olunur. Yeri gəlmişkən qeyd edək ki, Qətər əmirinin ailəsinin himayəsi altında keçirilən yarışlara dünyanın hər yerindən çoxlu sayda qonaqlar gəlir. Yarışlar qumar həvəskarları olan turistlərin xususi diqqətini çəkir. Onlar Fars Körfəzi dövlətləri arasında məşhur olan dəvə yarışlarına böyük məmnuniyyətlə külli miqdarda pul qoyurlar. Al-Dosaru heyvanxanasında isə dəvəquşu və eşşək yarışları keçirilir.
                                 Dayvinq

Qətərin Daxili dəniz mənzələrinə dünyanın heç bir yerində rast gələ bilməzsiniz. Ağappaq əhəngdaşılar və sarı qum təpələri qeyri-adi dərin su hövzəsini vurğulayırlar. Sonsuz sayda mərcanlar Fars Körfəzində gizlənir, eləcə də nadir dəniz dyoqonları burada yaşayır. Əl Yudeiyə getmək heç də asan deyil, lakin uzun yolu misilsiz gözəlliyi ilə seçilən qürub kompensasiya edir. Günəş şüaları üfüq xəttinə düşəndə daxili dənizi əhatə edən qumlu dağlar qızıl, çəhrayı, bənövşəyi və yasəmən rənginə boyanır.
                        Dühan şəhəri
 

Dühanın rolu Qətər tarixində danılmazdır. 1937-ci ildə burada, ölkənin qərbində, bütün regionun gələcək inkişafını müəyyən etmiş ilk neft quyuları qazılıb. Bu gün Dühan xoşbəxt sənaye şəhəridir. Onun sahil zonası dayvinq və sörfinq həvəskarları arasında populyarlıq qazanıb. Rahat və qumlu çimərlikləri, süni sualtı rif və delfin məskənləri var. 
Zekrit kəndində beduinlər qədim adətləri üzrə yaşayır. Hilli qəhvə və arpa qəhəvəsi də ilk dəfə bu kənddə hazırlanıb. Yerili sakinlər qonaqları qəhvədən başqa xurma və təmiz dəvə südünə də qonaq edir.
                            Mətbəxi

Qətər mətbəxi onunla səciyyələnir ki, burada hər kəs istənilən zövqə uyğun yemək tapa bilər. Ölkədə Avropa və dünyanın digər mətbəx nümunələrinin hazırlandığı restoranlar fəaliyyət göstərir.
Xarici turistlər Qətərin milli mətbəxi ilə tanış deyil, çünki qida ehtiyatları kasaddır. Ümumiyyətlə, yerli sakinlər uzun müddət cəmi 3 məhsul - dəvə südü, yağ və xurmadan ibarət olan yeməklər hazırlayıb. Odur ki, Qətər mətbəxinə Şimali Afrika, İran və Hindistan qastronomiya ənənələri öz təsirini göstərib.
Müasir qətərlilərin qida rasionuna tərəvəz, meyvə, ədviyyat, (soğan, zeytun, qara və qırmızı istiot, sarımsaq, ətirli otlar) paxla, düyü, balıq, (tuna və xanı balığı) dəniz məhsulları (krevetlər, krablar, omarlar) daxildir. Ət azlığına baxmayaraq, restoranlarda və beduin səhralarında ət yeməkləri sifariş verə bilərsiniz.

           Qətər haqqında maraqlı faktlar

Neftdən gələn gəlirlər sosial sahələrə xərclənir. Bundan yalnız Qətər vətəndaşları istifadə edə bilərlər.
Qətərlilər ənənəvi ağ (kişilər) və qara (qadınlar) geyimdə gəzirlər. Bütün qadınlar üzü bağlı gəzir.

Yağ-bal içində üzən qətərli kişilərin çoxu artıq çəkidən əziyyət çəkir. Qətərdə cütlüklərin hoteldə gecələməsi üçün nikah haqqında şəhadətnamə tələb olunur.
Dizdən yuxarı, çiyni açıq geyimlərdə gəzmək ədəbsizlik hesab olunur, amma klublarada belə geyimlərə icazə verilir.
Şou-biznes yoxdur. Qətərdə dünya ulduzları ilə yanaşı, misir və livan artistləri populyardır. Əl-Cəzirə Qətərin ən məşhur və hörmətli ərəb telekanalıdır.
Neft quyuları tapılana qədər Qətər dünyanın ən böyük mirvari istehsalçısı kimi məhşur idi. “Qatar Airways” dünyanın ən təhlükəsiz avia şirkətinlərindən biridir, eyni zamanda Barselona futbol klubunun rəsmi sponsorudur.

 

              Qətər-Azərbaycan: İki tərəfli qarşılqlı əlaqələr


Qətər Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 14 sentyabr 1994-cü il tarixində yaradılmışdır. 2007-ci ildə Azərbaycan Respublikasının Dohada, Qətər Dövlətinin isə Bakıda səfirliyi fəaliyyətə başlamışdır.
 
      Yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər:
 
Dövlət başçıları:
2004-cü il 30 noyabr - 1 dekabr - Prezident cənab İlham Əliyevin rəsmi səfəri
2007-ci il 28 avqust - Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin rəsmi səfəri
2012-ci il 2-3 mart - Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin şəxsi səfəri
2014-cü il 6 fevral - Prezident cənab İlham Əliyevlə Qətər Əmiri Təmim bin Həməd Al Taninin Rusiya 
Federasiyasının Soçi şəhərində görüşü
2016-ci il 8-9 mart - Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taninin rəsmi səfəri
2017-ci il 26 - 27 fevral - Prezident cənab İlham Əliyevin rəsmi səfəri
 
Digər səfərlər:
2000-ci il 12-14 noyabr - Azərbaycan Respublikasının xarici işlər naziri V.Quliyevin səfəri
2002-ci il 28-30 oktyabr - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri N.Abbasovun səfəri
2005-ci il 26-28 aprel - Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin rəsmi səfəri
2005-ci il 25-26 iyul - Qətər Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həməd bin Əli Əl-Atiyyənin rəsmi 
səfəri
2006-cı il 18-20 fevral - Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarovun səfəri
2006-cı il 19-21 iyun - Qətərin xarici işlər üzrə dövlət nazirinin səfəri
2007-ci il 12-13 mart - Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Qətərə səfəri
2007-ci il 28 oktyabr-2 noyabr - Qətərin 1-ci xanımı, Qətər Fondunun Prezidenti Şeyxa Muza bint 
Naser Əl-Misnedin səfəri
2007-ci il 6-7 dekabr - Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərovun səfəri
2008-ci il 9-11 fevral - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Diplomatik 
Akademiyanın rektoru H.Paşayevin səfəri
2008-ci il 2-3 dekabr - Qətər mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kuvarinin səfəri
2009-cu il 16-18 fevral - Azərbaycan Respublikasının maliyyə naziri S.Şərifovun rəsmi səfəri
2009-cu il 29-31 mart - Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin rəsmi səfəri
2009-cu il 8-12 iyun - Qətərin Mədəniyyət, İncəsənət və İrs üzrə Milli Şurasının Baş katibi Mubarak 
bin Nasir Əl-Xəlifənin səfəri
2009-cu il 13-15 oktyabr - Qətər mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kuvarinin səfəri
2009-cu il 3-5 noyabr - Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərovun səfəri
2010-cu il 11-12 yanvar - Azərbaycan Respublikasının xarici İşlər naziri E.Məmmədyarovun rəsmi 
səfəri
2010-cu il 14-16 fevral - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini 
Ə.Vəliyevin səfəri
2010-cu il 28-31 mart - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-
leytenant Elçin Quliyevin rəsmi səfəri
2010-cu il 11-12 aprel - Azərbaycan Respublikası xarici İşlər nazirinin müavini Araz Əzimovun rəsmi 
səfəri
2010-cu il 1-4 iyun - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Ə.Qarayevin səfəri
2010-cu il 29-30 sentyabr - Qətərin ekologiya naziri Abdullah bin Mubarak bin Abud Əl-Madadinin 
səfəri
2011-ci il 25-27 aprel - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri H.Bağırovun 
səfəri
2011-ci il 28-30 noyabr - Azərbaycan Respublikasının nəqliyyat naziri Z.Məmmədovun səfəri
2011-ci il 28-30 noyabr - Qətər Xəbərlər Agentliyinin direktoru Əhməd Əl-Buayneynin səfəri
2012-ci il 12-14 fevral - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət 
Komitəsinin sədri H.Hüseynovanın səfəri
2012-ci il 23-24 fevral - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri E.Mahmudovun rəsmi 
səfəri
2012-ci il 5-7 mart - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri 
Ə.Abbasovun işgüzar səfəri
2012-ci il 20-24 aprel - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Ş.Mustafayevin səfəri
2012-ci il 4-6 may - Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri R.Rzayevin səfəri
2012-ci il 29-30 may - Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərovun rəsmi 
səfəri
2012-ci il 25-26 iyun - Qətərin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Ali Şurasının Baş 
katibi Hessa Əl-Caberin səfəri
2012-ci il 17-19 noyabr - Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin səfəri
2013-cü il 17-18 mart - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Ş.Mustafayevin rəsmi 
səfəri
2013-cü il 11 iyun - Qətər xarici işlər nazirinin müavini Şeyx Əhməd bin Cəbr Al Taninin səfəri
2013-cü il 16-18 iyun - Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentləri T.Qəhrəmanov və 
B.Bədəlovun səfəri
2013-cü il 11 noyabr - Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 
işgüzar səfəri
2014-cü il 11-13 sentyabr -  Qətərin müdafiə məsələləri üzrə dövlət naziri general Həməd bin Əli Əl-
Atiyyənin səfəri 
2014-cü il 19-21 oktyabr - Azərbaycan Respublikasının daxili İşlər naziri Ramil Usubov və fövqəladə 
hallar naziri Kəmaləddin Heydərovun rəsmi səfəri
2014-cü il 7-10 dekabr - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar  naziri  
Ə.Abbasovun səfəri
2015-ci il 16 - 17 Mart - Qətərin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitinin səfəri
2015-ci il 12-19 aprel - Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun səfəri
2015-ci il 8-9 iyun - Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun səfəri
2015-ci il 12 iyun - Qətər Olimpiya Komitəsinin Prezidenti Şeyx Cuan bin Hamad Al Taninin səfəri
2015-ci il 23-27 noyabr  - Qətərin maarif və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-
Hammadinin səfəri.
2015-ci il 7-9 dekabr - Azərbaycan Respublikasının Hesablama Palatasının Sədri Vüqar 
Gülməmmədovun səfəri
2016-cı il 4-5 aprel - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 
səfəri
2016-cı il 17 aprel - Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin səfəri
2016-cı il 27 aprel - Qətər Dövlətinin Baş nazirinin müavini Ahmed bin Abdullah Al Mahmudun səfəri
2016-cı il 21-23 may - Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun səfəri
2016-cı il 23 may - Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun səfəri
2016-ci il 31 oktyabr - 1 noyabr - Azərbaycan Respublikası fövqəladə hallar naziri Kəmaləddin 
Heydərov və daxili işlər nazirinin müavini İsmət Əliyevin səfəri  
2016-cı il 12-18 noyabr - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti 
Çingiz Hüseynzadənin səfəri
2016-cı il 16-18 noyabr - Qətər İnformasiya Agentliyinin (QNA) baş direktoru Ahmed Saad Al 
Buainainin səfəri
2016-cı il 13 dekabr - Qətər Mülki Aviasiya Administrasiyasının sədri  Abdulla Nasser Turki Al-
Subayın səfəri
2017-ci il 30-31 yanvar Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al 
Tanin rəsmi səfəri
2017-ci il 20 fevral - Qətərin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin 
səfəri
2017-ci il 30 aprel - Qətər Dövlətinin sabiq Baş naziri, sabiq XİN başçısı Şeyx Həməd bin Casim bin 
Cabir Al Taninin səfəri
2017-ci il 5 sentyabr - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri 
Ramin Quluzadənin səfəri
2018-ci il 5-6 aprel - Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Səid Əl-Mureyxinin 
səfəri
2018-ci il 15 aprel - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin 1-ci müavini Vaqif 
Əliyevin səfəri 
2018-ci il 18 aprel - Qətərin mədəniyyət və idman naziri Salah bin Ğanim
Əl-Əlinin səfəri
20 fevral 2019-cu il tarixində Doha şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti 
Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclası keçirilmiş və iclasın 
sonunda komissiyanın protokolu imzalanmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri 
cənab Kəmaləddin Heydərov Azərbaycan tərəfindən Komissiyaya rəhbərlik etmişdir.
11 aprel 2019-cu il tarixində Qətər Əmirinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Məhəmməd 
bin Əhməd Əl Misnədin səfəri.
19-20 iyul 2019-cu il tarixində Qətər Dövlətinin Bələdiyyə və Ətraf mühit naziri cənab Abdullah bin 
Abduləziz Əl Subainin səfəri
20-23 oktyabr 2019-cu il tarixində Bakı şəhərində təşkil edilən Qoşulmama Hərəkatının 18-ci zirvə 
görüşündə Qətər Dövlətinin Xarici İşlər üzrə Dövlət naziri cənab Sultan bin Saad Əl Mureyxinin 
iştirakı.
04 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar 
Məmmədyarovun səfəri.
01 dekabr 2019-cu il tarixində Doha şəhərində Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında 
siyasi məsləhətləşmələrin ilk iclası təşkil edilmişdir. İclasa Azərbaycan Respublikasının xarici işlər 
nazirinin müavini Ramiz Həsənov və Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad 
Əl Mureyxi həmsədrlik etmişdir.
10 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin 
sədri cənab Fuad Muradovun səfəri.
               Parlamentlərarası əlaqələr:
Milli Məclisdə təsdiq edilmiş Azərbaycan - Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun 
rəhbəri millət vəkili Tahir Rzayevdir.
         İqtisadi əməkdaşlıq
Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında diplomatik əlaqələrin yaradılmasından sonra bir çox sahələrdə olduğu kimi iqtisadi sahədə də əməkdaşlığın əsası qoyulmuş və inkişaf etməyə başlamışdır.
2016-cı ildə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya yaradılmışdır. Komissiyanın birinci iclası 31 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasında keçirilmişdir. 20 fevral 2019-cu il tarixində Doha şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclası keçirilmişdir.
Hökumətlərarası birgə komissiyaya Azərbaycan tərəfindən fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Qətər tərəfindən isə Baş nazirin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani rəhbərlik edir.
Ölkələr arasında “Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu”, Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”, Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş” və iqtisadi əməkdaşlıqla bağlı imzalanmış digər sənədlər ikitərəfli iqtisadi əlaqələrin əsas istiqamətlərini müəyyənləşdirmişdir.

20 fevral 2019-cu il tarixində Azərbaycan Respublikası və Qətər Dövləti arasında Sərmayə üzrə İşçi Qrupu yaradılmışdır. 16 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilmişdir
              Mədəniyyət sahəsində əməkdaşlıq
30 noyabr 2004-cü il tarixində Doha şəhərində “Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında Saziş”, 27 fevral 2017-ci il tarixində isə “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır.

6-11 iyun 2009-cu il tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasında Qətər Mədəniyyət Günləri keçirilmişdir. Mədəniyyət, İncəsənət və İrs üzrə Qətər Milli Şurasının Baş katibi Mubarak bin Nasir Al Xəlifənin rəhbərliyi ilə mədəniyyət xadimləri və incəsənət təmsilçilərindən ibarət 58 nəfərlik Qətər nümayəndə heyəti qeyd edilən tədbirdə iştirak etmişdir.
1-4 iyun 2010-cu il tarixində Qətər Dövlətində ilk Azərbaycan Mədəniyyət Günləri təşkil edilmişdir. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi təqribən 150 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti Azərbaycan Mədəniyyət Günlərində iştirak etmək məqsədilə Qətərə səfər etmişdir.
Mədəniyyət Günləri çərçivəsində tamaşaçılara Azərbaycan Dövlət Xalq İnstrumental Musiqi və Rəqs Ansambllarının ifaları və Dövlət Akademik Opera və Balet Teatrı artistlərinin ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun“ operası təqdim edilmişdir.
4-5 aprel 2016-cı il tarixlərində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Qətər Dövlətində səfərdə olmuşdur.

27 aprel 2016-cı il tarixində Qətər Dövlətinin Baş nazirinin müavini Ahmed bin Abdullah Al Mahmud BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir. Ahmed bin Abdullah Al Mahmud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir.
     Diaspora:

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin konsulluq bölməsində qeydiyyatda duran Azərbaycan Respublikası vətəndaşlarının sayı 81 nəfərdir. Qətər Dövlətində yaşayan həmvətənlərimiz əsasən neft və qaz, tibb, turizm və digər biznes sahələrində fəaliyyət göstərirlər. AR vətəndaşları əsasən paytaxt Doha şəhərində yaşayırlar.

Qətərdə azərbaycanlıların diaspora təşkilatı fəaliyyət göstərmir, lakin həmvətənlərimiz il ərzində Səfirlik tərəfindən təşkil edilən bütün tədbirlərdə (Azərbaycanın Müstəqilliyi Günü, Xocalı soyqırımı, Dünya Azərbaycanlıların Həmrəylik Günü, Respublika Günü və s.) fəal iştirak edirlər 
          Müqavilə-hüququ bazası:
Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında 32 sənəd imzalanmışdır.

(Yenixeber.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam