Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Kreml qarışır, rus hərbi-siyasi elitası Putindən üz çevirir:Rusiya lideri İrəvanda həbs ediləcək

Bəzi yüksək rütbəli məmurlar Qərblə gizli sövdələşmə imkanları axtarırlar, Kremldə çatlar böyüyüb, mərkəzdənqaçma prosesi sürətlənib... Hətta Rusiya generalitetində belə, prezident Vladimir Putinə sədaqət məsələsində tərəddüdlərin artdığı iddia olunur, hər kəs öz gələcək taleyi barədə düşünür...

Yenixeber.org: ABŞ və Qərb Rusiyaya qarşı təzyiqləri artırmaqda davam edir. İndi Kreml sözün əsl mənasında, Rusiyanın sərhədləri içərisinə sıxışdırılmış vəziyyətdədir. Rusiya dünyadan tamamilə təcrid edilmək üzrədir. Və bu, yaxın gələcəkdə Rusiyanın gələcək taleyini birbaşa müəyyən edə biləcək önəmli bir məqamdır.

Son məlumatlara görə, Rusiyaya qarşı sanksiyaların tətbiq olunması prosesində yeni mərhələ start verilib. Belə ki, indiyə qədər beynəlxalq sanksiyalar birbaşa Rusiyaya qarşı tətbiq olunurdu. Ancaq artıq məlum olub ki, Kremli hədəf alacaq sanksiya növləri demək olar ki, tükənib. Və bu səbəbdən də "sanksiya üzərindən sanksiya" modelinə keçid barədə qərar verilib.

Məsələ ondadır ki, Avropa Birliyi Rusiyaya yönəlik 11-ci sanksiya paketini hazırlayır. Bu paketdə Rusiyaya beynəlxalq sanksiyalardan yayınmağa imkan yaradanlar hədəfə alınacaq. Yəni, Rusiyanın indiyə qədər istifadə etdiyi bütün "nəfəslik"ləri qapadılmasına başlanılır. Və bundan sonra Rusiyaya sanksiyalardan yayınmağa yardım etmiş ölkələr hədəfə alınacaq.

2c2875f4-f235-40ec-8e6e-a865a74540ec.jpg (119 KB)

Maraqlıdır ki, Rusiyaya sanksiyalardan yayınmağa yardım etmiş ölkələrin arasında Ermənistan ilk sırada yer alır. Bu reallıq hətta Ermənistan cəmiyyətində belə, geniş şəkildə müzakirə edilir. Paşinyan hakimiyyətinin siyasətini tənqid edən bəzi erməni politoloqlar Ermənistandan Rusiyaya yükdaşımaların son bir ildə 14-15 dəfə artmasını xüsusi olaraq, qabardırlar.

Onların fikrincə, Ermənistan iqtisadiyyatında istehsal artmayıb. Bu səbəbdən də, bu yükdaşımaların Ermənistanda istehsal olunan malların Rusiyaya ixracı ilə bağlı ola biləcəyi qətiyyən inandırıcı görünmür. Bu, o deməkdir ki, Ermənistan xarici ölkələrdən Kremlə lazım olan, üstəlik hərbi sənaye üçün əhəmiyyətli elektrotexnika avadanlıqlarını idxal edib, Rusiyaya göndərir. Nəticədə Ermənistan Rusiyanın sanksiyalardan yayınmaq məqsədilə istifadə etdiyi marşrutlardan birinə çevrilmiş olur.

Təbii ki, ABŞ-da və Avropa Birliyində Paşinyan hakimiyyətinin bu iqtisadi-ticari fırıldağını bilməmiş deyillər. Baş nazir Nikol Paşinyan da daxil olmaqla, Ermənistan rəsmilərinin xarici səfərlərində bu məsələ onların diqqətinə çatdırılır və üstüörtülü xəbərdarlıqlar edilir. Hətta erməni baş nazirin Almaniya səfəri zamanı bu mövzuda ona açıq mesajlar verildi, Avropa Birliyinin Ermənistanı müşahidə etdiyi vurğulandı. Və bu baxımdan, rəsmi İrəvanın bu çirkli qazanc qaynağının qapadılmaq üzrə olduğunu, hətta belə davam edərsə, Ermənistana qarşı da sanksiyaların tətbiq edilə biləcəyini düşünmək olar.

Təbii ki, bu, yalnız Ermənistan deyil, Rusiya üçün də arzuolunmaz sanksiya paketidir. Çünki Kreml Rusiyaya qarşı sanksiyalardan müxtəlif marşrutlar sayəsində yayına bilirdi. İndisə, həmin marşrutlar bir-birinin ardınca qapadılacaq. Rusiya ehtiyac duyduğu avadanlıqların əldə olunmasında daha ağır situasiya ilə üzləşməyə başlayacaq. Hətta tezliklə Rusiyanın məmnun olduğunu "Asiya nəfəsliyi"nin də qapadılma ehtimalı var. Çünki bəzi Asiya ölkələri Rusiyanın sayəsində əlavə qazanca həvəs göstərsələr də, ABŞ və Qərblə qarşıdurmaya girərək, daha böyük iqtisadi itkilərə məruz qalmaq da istəmirlər.

8a58cf850e2f54017df0c43a618889fb.jpg (240 KB)

Belə anlaşılır ki, Rusiyanı öz sərhədləri içərisində "boğmaq" planının növbəti mərhələsinə start verilib. Bəzi ehtimallara görə, Rusiyaya qarşı sanksiyaların real effekti əslində, bu yeni mərhələ üzrə atılacaq addımların prinsipiallığından asılıdır. Yəni, ABŞ və Qərb nə qədər qətiyyətli davranarsa, Rusiyanın çöküşü bir o qədər sürətlənə bilər.

Bu baxımdan, yaxın vaxtlarda Rusiyada ölkədaxili narazılıq dalğasının baş qaldıra biləcəyini də ehtimal etmək olar. Rusiyanın "nəfəslik"ləri qapadıldıqca Kremlə qarşı daxili etirazlar da artmış olacaq. Üstəlik, Ukrayna savaşında Rusiya ordusunun uğursuzluğu dərinləşdikcə, daxili narazılıqlar iğtişaşlar və hətta qiyam mərhələsinə qədər də inkişaf edə bilər.

Əslində, Rusiyada hazırda narazılığın artan xətt üzrə genişləndiyi barədə müxtəlif məlumatlar mövcuddur. Həmin məlumatlarda Kremlin Rusiya cəmiyyətində narazılığı və etirazları hələlik nəzarətdə saxlamağa nail olduğu bildirilir. Ancaq prezident Vladimir Putin üçün əsas təhlükənin Kremlin divarları içərisində olduğu da iddia olunur. Çünki son vaxtlar Kremldə ciddi parçalanmaların olduğu, hakimiyyət təmsilçilərinin xırda qruplaşmalara ayrıldığı barədə məlumatlar var.

İndi Kremldə hər kəs öz gələcək taleyi barədə düşünmək məcburiyyətində olduğu dövrün yaxınlaşdığını hiss edir. Keçirilən ictimai rəy sorğularında prezident Vladimir Putinin reytinqinin ciddi şəkildə aşağı düşdüyü, Rusiya liderinə etimadın sarsıldığı təsdiqlənir. Ona görə də, Rusiyanın siyasi və iqtisadi sektorunda bir çoxları həm daxili, həm də xarici qəzəbin birbaşa hədəfinə çevrilməkdən ehtiyatlanırlar.

1642861390_ukrayna_rusya_savasinin_baslamsi_an_meselesi_1642669925_7948.jpg (32 KB)

Maraqlıdır ki, bəzi yüksək rütbəli məmurların Qərblə gizli sövdələşmə imkanları axtardıqları bildirilir. Xüsusilə də, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Rusiya prezidenti Vladimir Putinə qarşı həbs qərarı verilməsindən sonra Kremldə çatların böyüdüyü, mərkəzdənqaçma prosesinin sürətləndiyi vurğulanır. Hətta Rusiya generalitetində belə, Kreml sahibinə sədaqət məsələsində tərəddüdlərin artdığı iddia olunur.

Məsələ ondadır ki, Kreml sahibi son vaxtlar ardıcıl siyasi-diplomatik uğursuzluğa məruz qaldığından Rusiyanın hərbi-siyasi elitasında mövqelərini itirməyə başlayıb. Ən son olaraq, Çin lideri Ci Tszinpinin Moskvaya səfəri zamanı prezident Vladimir Putinin ondan hərbi dəstək təminatı ala bilməməsi Kremldə ciddi məyusluq doğurub. Eyni zamanda, İran və Şimali Koreya da Rusiyanın hərbi ehtiyaclarını ödəyə bilmir. Ona görə də, Rusiyanın hərbi-siyasi elitasında bir çoxları Ukrayna savaşında məğlubiyyətdən sonra prezident Vladimir Putin kimi, BCM-nin birbaşa hədəfinə çevrilə biləcəklərindən narahatdırlar.

Nə qədər qəribə də olsa, Rusiyanın hərbi müttəfiqi Ermənistan bu məsələ ilə bağlı Kreml sahibinə xəyanət edən ilk tərəfdaş kimi diqqəti çəkir. Belə ki, Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunda təsbit edilmiş öhdəlikləri konstitusiyaya uyğun olaraq, təsdiqləyib. Bu, o deməkdir ki, prezident Vladimir Putin Ermənistana səfər edəcəyi təqdirdə, rəsmi İrəvan Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarını icra etməli olacaq.

Təbii ki, rəsmi İrəvan BCM-nin prezident Vladimir Putinin həbs edilməsi üçün order verdiyini bilməmiş deyil. Üstəlik, Ermənistanın məhz Kreml sahibi barədə həmin həbs orderinin verilməsindən qısa müddət sonra BCM-nin öhdəliklərini qəbul etməsi də kifayət qədər düşündürücü məqamdır. Rəsmi İrəvan bununla ABŞ və Qərbə Rusiya prezidenti Vladimir Putini İrəvana gələcəyi təqdirdə, həbs etməyə hazır olduğunun mesajını vermiş olur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam