Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

41-45-də sanitar idi, 80-86-da nazir oldu –Qorbaçov-Çazov cütlüyü Burenkovu istefaya yollayıb

Yenixeber.org: O, orta məktəbi 1941-ci ildə, sovet-alman münaribəsi başlananda bitirib. Müharibəyə bir neçə həftə qalmış Sergey Burenkov qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Leninqrad Hərbi Dəniz Tibb Akademiyasına daxil olub. Amma təhsilini davam etdirmək, normal tələbə həyatı yaşamaq digər həmyaşıdları kimi ona da qismət olmayıb. Birinci kursu bitirməmiş onları cəbhəyə göndəriblər. Burenkov döyüş bölgələrində sanitar-təlimatçı kimi xidmət edib və onun müharibə illərində əsas xidməti yeri Stalinqrad cəbhəsi olub. Nəhayət, 1944-cü ilin sonlarında onları Leninqrada qaytarıblar, kursantlar yenidən öz təhsillərini davam etdiriblər. Burenkovun oxuduğu qrup akademiyada “Stalinqrad kursantları” adlandırılıb...

1923-cü ildə Sankt-Peterburqda anadan olan Burenkov məktəb illərindən həkim olmağı arzulayıb və arzusuna müharibədən keçərək 1947-ci ildə nail olub. Həmin il Leninqradda akademiyanı bitirdikdən sonra o, həkim kimi ilk əmək fəaliyyətinə Kareliya Muxtar Respublikasında mərkəzi xəstəxanada başlayıb. Bir müddət sıravi həkim, daha sonra şöbə müdiri işləyən Burenkov Kareliyada bacarıqlı səhiyyə təşkilatçısı kimi tanınıb. Hətta onun səhiyyə işinin təşkili ilə bağlı təcrübə və təklifləri SSRİ-nin digər bölgələrində də tətbiq edilib.

BurenkovSP.jpg (43 KB)

1958-ci ildən Burenkov fəaliyyətini Leninqradda davam etdirib. O, şəhər vərəm xəstəxanasının baş həkimi təyin edilib.

Burenkov təkcə səhiyyə sistemində deyil, o cümlədən Leninqrad şəhər və vilayətinin ictimai həyatında da olduqca fəallıq nümayiş etdirib. Məhz bu fəallıq vilayət rəhbərliyinin diqqətindən yayınmayıb. Rəhbərlik Burenkovun bacarığından təkcə səhiyyə sistemində deyil, partiya işində də istifadə etməyə qərara gəlib. Beləliklə, 1961-ci ildə Burenkov Leninqradın Sestroretsk rayonuna katib seçilib. İki ildən sonra isə o, həmin rayonun birinci katibi olub.

Burenkovun səhiyyə sistemindən partiya orqanlarına keçirilməsi SSRİ Səhiyyə Nazirliyində heç də alqışla qarşılanmayıb. Müharibə dövründə məşhur və qəhrəman cərrah kimi tanınan Boris Petrovski 1965-ci ildə SSRİ səhiyyə naziri təyin ediləndə bu məsələyə ən yüksək müstəvidə reaksiya verib. O, baş katib Leonid Brejnevə rəsmi məktub ünvanlayıb. Məktubda aşağıdakı sətirlər də yer alıb:
“Partiyaya xidmət etmək etmək hər bir kommunistin borcudur. Amma səhiyyə kadrlarının partiya orqanlarına təyinatı sahəmizdə mütəxəssislərin çatışmazlığı problemi yaradır. Xahiş edirəm, göstərişinizlə bu məsələ diqqətdə saxlanılsın...”

photo_493601.jpg (71 KB)

                                                        Kosıgin

Nazirin baş katibə məktubuna reaksiya verilib. Petrovskinin təqdimatı ilə Burenkov Leninqrad şəhər səhiyyə idarəsinə rəis təyin edilib. Qeyd edək ki, nazir Burenkovu hələ o kursant olduğu illərdən, Stalinqrad cəbhəsindən tanıyıb, sonrakı fəaliyyəti haqqında da məlumatlı olub. Petrovskinin Burenkov haqqında fikirləri yüksək olub və onun karyerası haqqında da düşünüb.

Burenkov Leninqrad şəhər səhiyyə idarəsində işləyəndə ən yüksək göstəricilərə nail olub, nazirliyin kollegiya iclaslarında onun iş təcrübəsi nümunə kimi göstərilib.

1971-ci ildə Burenkov nazirliyə gələrək Petrovski ilə görüşüb, növbəti məziniyyətə çıxmağı haqqında nazirdən icazə istəyib. Nazir bu icazəyə bir az “müəammalı” cavab verib:
- Mən sizin məzuniyyətə çıxmağınıza icazə verirəm. Amma bir şərtlə ki, məzuniyyət dövründə Leninqradı tərk etməyəsiniz.

Məzuniyyətinin beşinci günündə iş yerindən Burenkovun evinə zəng vurab bildiriblər ki, o, təçili nazirlə əlaqə saxlamalıdır. Burenkov idarəyə gələrək Petrovski ilə telefon əlaqəsi yaradıb. Nazir kiçik girişdən sonra birbaşa mətləbə keçib:

483366.jpg (82 KB)

                                                                 Çazov

- Sergey Petroviç, sizin üç gün vaxtınız var. İşlərinizi müavinə həvalə edin və Moskvaya gəlin. Siz səhiyyə nazirinin birinci müavini təyin edilmisiniz. Artıq Kosıginin bununla bağlı sərəncamı var.
Beləliklə, Burenkov 1971-ci ildə SSRİ səhiyyə nazirinin birinci müavini vəzifəsinə təyinat alıb.
1970-ci illər sovet səhiyyəsinin ən inkişaf etmiş dövrü sayılır. Məhz bu illərdə ölkədə çoxprofilli 800, 1000, 1500 yerlik xəstəxanalar inşa edilib, xüsusilə kənd və qəsəbələrdə yeni təcili tibbi yardım stansiyaları fəaliyyətə başlayıb, ən ucqar ərazilərdə belə tibb xidmətinin keyfiyyəti yaxşılaşdırılıb, səhiyyə ocaqlarının maddi-texniki bazası zənginləşdirilib, SSRİ-də 82 tibb institutu, universitetlərdə 9 tibb fakültəsi fəaliyyət göstərib, həkimlərin təkmilləşdirilməsi sahəsində ciddi addımlar atılıb. Bütün bu işlərin görülməsində Burenkovun yorulmaz fəaliyyəti olub. Burenkov SSRİ-də ən bacarıqlı səhiyyə təşkilatçısı sayılıb.

Sözsüz ki, bütün bu xidmətlər ölkə rəhbərliyinin diqqətindən yayınmayıb. SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin Burenkovun fəaliyyətindən xüsusilə razı qalıb.

1980-ci ildə Burenkov SSRİ-nin səhiyyə naziri vəzifəsinə təyin olunub. Bu vəzifəyə namizədlərdən biri də Kremlin baş həkimi (Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi), Brejnevlə yaxın dostluq münasibətində olan Yevgeni Çazov olsa da, Siyasi Büro Burenkovun nazir olmasını daha məqbul sayıb.
Burenkov Çazovdan fərqli olaraq siyasi məsələlərə müdaxilə etməyib, Kreml məmurlarının kabinetlərinə girməyə cəhd göstərməyib. O, nazir olduğu altı il ərzində işgüzar, bacarıqlı, qalmaqalsız bir məmur kimi yadda qalıb.

qorbacov.jpg (112 KB)

1986-cı ildə Mixail Qorbaçov Burenkova nazir kürsüsündən getməyi “məsləhət” görüb. Burenkov bu “məsləhət”in Çazov tərəfindən gəldiyini yaxşı bilib və o, iyrənc siyasi oyunlara qoşulmayaraq könüllü olaraq ərizəsini yazıb.

Nazir vəzifəsindən çıxdıqdan sonra Burenkov SSRİ Tibb Elmlər Akademiyasının “Tibb ensiklopediyası”nın elmi redaktoru olub.

burenkov_sp-768x515.jpg (208 KB)

Sergey Burenkov 2004-cü ildə, 80 yaşında vəfat edib. Sabiq nazir Moskvada, Trokurovsk qəbirstanlığında dəfn edilib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam