Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Dini həssaslıq -Toplumlar... seçim etməlidir

 
Yenixeber.org: 11 mart 2011-ci ildə Yaponiyanın Hönsü adasının şərq sahillərində 9.1 bal gücündə zəlzələ baş vermişdi və yeraltı təkanlar dənizdə sunami yaratmışdı. Sunami nəticəsində yaranan 36 metr hündürlükdə nəhəng dalğalar 9 metr hndürlükdə dalğaların qarşısını almaq üçün düşünülmüş səddləri aşaraq sahilyanı yaşayış məntələrində dağıntılara səbəb olmuşdu. Nəticədə 19 759 nəfər həlak olmuş, “Fukusima-1” Atom Elektrik Stansiyasında qəza baş vermişdi.
“Fukusima-1” AES-də baş verən qəza Bavariya ilə yanaşı Almaniyanın iki dindar əyalətindən biri olan Baden-Vürtemberqdə Xristian Demokrat partiyasının məğlubiyyətinə, Yaşılların qələbəsinə səbəb oldu. Baden-Vürtemberqin dinadar seçiciləri Xristian Demokrat partiyasının enerji mənbəyi kimi nüvə proqramının genişləndirilməsi planına etiraz edən Yaşılların mövqeyini dəstəkləyərək onları iqtidara gətirdi.
Bütün bunlar dünya avtomobil sənayesinin beşiyi hesab olunan, nəhəng maşınqayırma sənayesinə malik əyalətdə baş verdi. “BMW”, “Porsche”, “Daimler-Benz”, “Bosch”, “IBM”, “Sony”, “Mitsubishi” kimi firmaların zavodların yerləşdiyi, nefti emalı, təyyarələr, avtomobillər və avtobusların istehsal olunduğu, poliqrafiya sənayesinin 40 faizinin yerləşdiyi əyalətdə iqtisadiyyat enerjidən asılı olsa da, seçicilər nüvə enerjisindən imtinanı təbliğ edən Yaşıllara səs verdi.
Son yüz ildə yalnız 7 baldan yuxarı 20-dən artıq dəhşətli zəlzələnin olduğu Türkiyə başına gələn faciələrdən təəssüf ki, dərs çıxarmır. Bütün çağdaş cəmiyyətlərin təbii fəlakətlərə qarşı hazır olmaq istədiyi bir zamanda Türkiyə toplumunun böyük bir hissəsi başına gələn faciəyə “kader” deyib, dözməyə çalışır. Bu kimi halları tənqid edənləri isə Türkiyənin dini həssaslığını nəzərə almaqdan bəhs edirlər.
Toplumlar dini həssaslıqları ilə ağıllarının göstərdiyi yol arasında seçim etməlidir. Doğru seçim edənlər almanlar və yaponlar kimi irəli gedəcəklər. Səhv seçim edən toplumlar Türkiyə kimi ağır itkilər verməyə məhkumdurlar.
İlahiyyatçı Hacı Şahin Həsənlinin aşağıdakı fikirləri də alman və yaponların seçiminin ən doğru yol olduğunu təsdiqləyir: “İnsan üçün öncədən müəyyən olunmuş həyat yolu yoxdur: Əks halda iradə azadlığının, imtahanın, peyğəmbərlərin göndərilməsinin mənası qalmazdı. İnsan öz taleyini əməlləri ilə formalaşdırır”.
Təəssüf ki, nə başqa xalqların keçdikləri inkişaf yolu, nə də Hacı Şahin Həsənli kimi ilahiyyatçıların fikirləri düşüncələri bədəvi ərəb zehniyyəti ilə daşlaşmışları dəyişməyə qadir deyil.
Xaqani Cəfərli, politoloq

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam