Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

  İranın “Dərayi" Şirkəti Azərbaycan genetikasını araşdırır -insan sümüklərindən narkotik maddələr hazırlanır

dashnak-ideologiyasi-ermeni-vandalizmi-etnik-temizleme-siyaseti

Yenixeber.org: Araşdırma materiallarına görə,  baş verən münaqişə və müharibə zonalarında son iki ildə “Beynəlxalq missiyaları” yerinə yetirmək məqsədilə 11 dərman fabriki qurulub. Söhbət Qarabağ torpaqlarından gedir. Məqsəd və məramı bilinməyən, əslində genetik məsələləri araşdıran, öyrənən, onu elmi laboratoriyalaradək aparan bu fabriklər sırf genetik araşdırmalar aparır, baş verən epidemiyalara, öldürücü xəstəliklərə qarşı, çətinliklə məhv edilib, sıradan çıxan viruslara qarşı… vaksinlər, həb dərmanları hazırlayır. 
 Bəzi mənbələr göstərir ki, qeyd olunan hər bir dərman fabrikinin özünə məxsus təcrübə, genetik – elmi araşdırmalar aparan laboratoriyaları, mövcud texniki avadanlıqları… nəhayət zona-əraziləri var. 
Əlimizin altında bilavasitə Azərbaycan ərazisində yaşayan xalqların və millətlərin genetikasını, gen kodlarını, onların qan qruplarını və bütövlükdə bioloji varlıqlarını öyrənən, tədqiq edən xüsusi mikrobioloqlar, virusoloqlar, kimyaçılar… qrupu olan əczaxana – dərman fabrikləri var.

Məlumata görə Bütöv Qarabağ ərazisi geniş imkanlara malik “Dərman fabrikidir”. Ərazidə uzun illər gedən müharibələr biri-birini əvəz edib. Terror edilmiş Qarabağ ərazisinin genosid və ekosid cəhəddən sıradan çıxmış təbii sərvətləri, hələ də sarsıntılar içərisində qalan insanları Dünyanın Klinik Xəstəxanalarından biridir. Azərbaycan genetikasına ölümcül zərbəni məhz bu ərazidə vurdular. Müəyyən məsələlər var ki, onlar haqqında hələlik susmaq lazımdır. Həm xarici ölkələrdə və həm də keçmiş ittifaq miqyasında yaradılmış erməni cəmiyyətləri, təşkilatlar artıq hiss edirlər ki, bu eybəcərliklərlə, xəstəliklərlə dolu olan bu müharibədə onlar itirdilər, həm də uduzdular… Onlar geri qayıtmaq, təzədən öz həyatlarını qurmaq istəyirlər, yaşamaq istəyirlər… amma necə? Geriyə yol yoxdur. Məlumata görə 25 nəfər hamilə erməni qadınlarının BMT-yə xüsusi məktubları olub. 
Araşdırmalara görə qonşu İran dövlətinin Səhiyyə sistemi kəşfiyyat sənədlərində Qarabağ ərazilərinə məqsədli şəkildə yönəldilmiş bir qurum olaraq qalır. İlkin məlumatlara görə bir il ərzində İranın genetik alimləri öz immunitetlərini artırmaq, ölümcül viruslara qalib gəlmək üçün 18 dəfə təcrübə keçiriblər. Ermənilər tərəfindən öldürülmüş azərbaycanlıların əzaları ilə bağlı apardıqları təcrübələr daha amansız olub. Məsələn İrana məxsus “Dərayi” şirkətinin genetik – alimləri bir gündə ərazidə qətlə yetirilmiş, yandırılmış azərbaycanlıların sümüklərini üyüdərək toz halına salmış və dünya bazarında satmışlar. Min nəfər həkim kontingenti olan bu şirkət ancaq insan sümüklərindən hazırladıqları narkotik maddələrlə tanınır. Narkotik maddələr istehsal edən “Dərayi” şirkəti ərazidə qəbirlərimizi altını üstünə çevirərək insan sümüklərini bir yerə toplayaraq narkotik maddələr hazırlamaq üçün Fransaya, Almaniyaya və digər ölkələrə… xammal kimi istehsalata göndərirlər. Ərazilərimizdə terror olunmuş azərbaycanlıların böyük bir qismi bu gün “Axtarışda”dır. Şübhəsiz bundan böyük cinayət yoxdur. Məlumata görə Qarabağ ərazilərində dərman fabrikləri quran… Tehrana məxsus “Sübhan Dərayi KO.”, “Dərayi Pəxş”… kimi dərman şirkətləri müharibədən qabaq ən ciddi preparatlarını əldə etmək üçün müasir texniki avadanlıqlardan geniş istifadə ediblər. (Avropanın da bir neçə dərman şirkətləri qarabağ ərazilərində insan sümükləri üzərində öz çirkin bizneslərini qurub uzun müddət fəaliyyətdə olublar.) Həmçinin Tehranda ofisi olan və Qarabağ ərazisindən istifadə edərək 700 adda dərman preparatlarının böyük bir qismi ancaq genetic məqsədlər üçün nəzərdə tutulub. 
Araşdırmalar göstərir ki, erməni terrorçuları tərəfindən əsir götürülmüş azərbaycanlı hamilə qadınları “Sübhan oncology Co.” şirkətinə satılırmış. 
Genetik araşdırmaların və təcrübələrin nəticələri hələki tərəfimizdən öyrənilir. Məlumata görə müharibə illəri ərzində Qarabağda 110 nəslin kökünə “balta çalınıb”.
Şübhəsiz, bu istiqamətdə apardığımız genetic araşdırmalarımız hələ bitməyib.

Milli təhlükəsizlik məsələləri üzrə ekspert, Rövşən Novruzoğlu: xüsusi olaraq Yenixeber.org üçün.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam