Ukraynanı “azad edən” cəsur səfərbər edilmişlərin rüsvayçı halı: özləri də gördüklərindən dəhşətə gəlirlər
Yenixeber.org: Rusiyanın Ukraynada başladığı müharibə rus ordusunda elə çatışmazlıqları üzə çıxardı ki, şübhəsiz, rusların özləri də bundan xəbərsiz idilər. Əlbəttə ki, Rusiya komandanlığının zirvəsi istisna olmaqla - hansıların ki, sayəsində illər boyu "dünyanın ikinci ordusu" haqqında mif dağıldı.
Moskvanın hədsiz imperiya ambisiyalarını həyata keçirmək üçün Ukrayna ərazisinə soxulan Rusiya silahlı qüvvələrinin uğursuzluğu və səriştəsizliyi haqqında çox yazılıb, çox deyilib. Üstəlik, söhbət təkcə Ukrayna və Qərb mediasındakı bəyanatlardan, nəşrlərdən getmir. Bəzən "denazifikatorlar" üçün yaranan tutqun mənzərəni hətta ən quduz rus təbliğatçıları da etiraf edirlər.
Amma bu yazıda biz orta səviyyəli hərbi əməliyyatlardan deyil, Rusiya ordusunun təchizatında yaranmış acınacaqlı vəziyyətdən danışacağıq. Rusiya telekanallarında əsgərlərin yüksək kalorili yeməklərlə, müxtəlif çeşiddə, az qala, qara kürü formasında delikates olan quru yeməklərini həvəslə göstərir və danışırlar, əslində isə hər şey yumşaq desək, bir az fərqlidir.
Çox güman ki, siçan tələsində pulsuz pendir rolunu oynayan "kral rasionu”nun təbliğat effektini deyə bilmərik, lakin təchizat məsələsində hərbi komandanlıq açıq şəkildə palçığa batıb. Üstəlik, o qədər dərindən ki, hətta müharibənin, qanın və dinc ukraynalıların qətlinin qızğın tərəfdarı olan teleaparıcı Vladimir Solovyov da gördüklərindən məyusluğunu gizlədə bilməyib.
Və o (təkcə o deyil), Ukraynanı “azad edən” cəsur səfərbər edilmişlərin rüsvayçı geyimini gördü və dəhşətə gəldi.
Beləliklə, tanınmış rus təbliğatçısı, noyabrın 29-da müəllifin səhər proqramı olan "Polnıy kontakt" buraxılışında Volqoqradda və Volqoqrad vilayətində səfərbər olunanların necə təchiz olunduğuna qəzəbləndi. Vladimir Solovyov Volqoqrad poliqonlarından birində səfərbər edilmiş bir adamın diz qoruyucularından dəhşətə gəlib. Onun göstərdiyi şəkildə, səfərbər olanlar, dizliyi olmaması səbəbindən onların yerinə... kəsilmiş plastik şüşə uyğunlaşdırmağa məcbur olublar.
"Bu, nədir? Birinin diz qoruyucuları yoxdur, digəri isə boş plastik butulkalar götürdü, dizlik kəsdi və döyüşür – hələ ki, döyüşmür, təlim meydançasında məşq edir", - deyə Solovyev hiddətlə bildirir.
Daha sonra aparıcı, dilənçiyə bir köynək üçün kifayət etməsi üçün dünyada hərədən bir sap almaq tipində xeyriyyəçilik çağırışı etdi: “Uşaqlar, belə olmaz. Bu, səhvdir. Zəhmət olmasa, öz pulunuz çatmırsa, bizə deyin. Biz SVR fondunda (Solovyevin şəxsi fondu - red.) pul yığacağıq, kömək edəcəyik”.
Yeri gəlmişkən, bu, səfərbər edilmiş “top yemləri”nə göstərilən ilk dövlət “qayğısı” halı deyil.
Oktyabrın sonunda Volqoqraddan səfərbər olunanlar təminatla bağlı hərbi jurnalist Maryana Naumovaya şikayət ediblər. Onların heç rezin çəkmələri də yox idi.
Və belə bir şərait heç bir halda Ukraynada qardaş qırğını başlayan Kreml döyüşçülərinin xeyrinə deyil. Gec-tez reallıq səfərbər olanları (təkcə onları yox) ya təslim olmağa, ya da dezertirliyə məcbur edəcək.
Bu arada, təbliğat düşərgəsinin digər nümayəndəsi Marqarita Simonyan təxribat xarakterli çağırışları ilə rus hərbçilərini ölümə sövq etməkdə davam edir. Rus işğalçıları soyuq mövsümdə təminatdan şikayətlənsələr də, təbliğatçı hesab edir ki, hər şey belə də olmalıdır.
"Sonunda bu, müharibədir. Siz kişisiniz. Nəyəsə dözməlisiniz. Sərt olmağa alışın", - deyə o hayqırıb.
Simonyan rus ordusu üçün ibrətamiz hekayə də danışıb. O, bir dəfə Antarktida ekspedisiyasında "əsl rus kişisi Roqozov"un öz kor bağırsağını (appendiks) kəsdiyini söyləyib. Başqa həkimlər olmadığı üçün, o, buna qərar vermişdi.
“Ağlamaq istəyəndə bu həkimi xatırlamalıyıq. Bütün hisslərinizi filtrdən keçirin və soyuqda skalpellə öz apendiksini kəsən bu cərrahı xatırlayın”, - deyə təbliğatçı əlavə edib.
Həqiqətən də, cəsarət və əzmkarlıq haqqında maraqlı və ibrətamiz hekayədir. Amma problem başqadır. Erməni əsilli rus “vətənpərvər” bu əhvalatı nə üçün ondan heç də az “vətənpərvər” olmayan əri Tiqran Keosayana danışmır? Axı Tiqran vətənini təhlükəsiz məsafədən və isti yataqda sevməyi üstün tutur.
Keosayan “Beynəlxalq Panorama” adlı verilişində mənasız olaraq, havanı silkələməkdənsə, könüllü kimi qeydiyyatdan keçib cəbhədə “faşistləri qıra” bilərdi. Marqo isə ərinə məktublar yazıb, onun müharibədən qayıtmasını gözləyərdi. Ancaq danışmaq, bildiyiniz kimi, yük daşımaq deyil.
Bu arada, Rusiya hərbçiləri soyuqdan şikayət etməyə davam edirlər. Simonyanın hekayələri, Solovyovun vətənpərvərlik çağırışları, Keosayanın axmaqlığı və s. onları xüsusi olaraq isitmir. Ancaq əsl qış hələ qabaqdadır.
Rusiyadakı sərt qış işğalçı müharibələri zamanı Napoleon və Hitlerin axırına çıxdı. Və tarixin, bildiyiniz kimi, təkrarlanmaq kimi xüsusiyyəti var. Kim bilir, bəlkə də, yenə tarix təkrar olunacaq - amma Rusiyada yox, bu dəfə Ukraynada.(AYNA)