Elmi-Tədqiqat Pediatriya İnstitutunun tender müəmması-FOTOFAKT
"K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu" Publik Hüquqi Şəxs “MEDSOL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 226540 manatlıq müqavilə bağlayıb
Yenixeber.org: "K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu" Publik Hüquqi Şəxsin 13.09.2022-ci il tarixdə start götürən tender müsabiqəsinə bir həhftə sonra-19.09.2022-ci il tarixdə yekun vurulub...(Bu səhiyyə müəssisəsi ictimai arenada daha çox "OMD" xəstəxanası kimi tanınır. Red.)
Müsabiqənin qalibi “MEDSOL” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. Bu müqavilə ilə “MEDSOL” MMC “K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu” Publik Hüquqi Şəxsdənmaşın və avadanlıqlarla təminatı qarışılığında 226540 manat alacaq.
Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... “K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu” Publik Hüquqi Şəxs bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)
“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender sorğusu baş tutmadan, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də alınacaq mallar barədə məlumat verilmədən...(?) “K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu” Publik Hüquqi Şəxs “MEDSOL” MMC ilə 226540 manatlıq müqavilə bağlayıb!
“K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu” Publik Hüquqi Şəxs həm də əməkdaşlığın təfərrüatını açıqlamır(?) Maraqlıdır ki, dövlət satınalma portalında da, müqavilənin predmeti, gerçəkləşdiriləcək əməkdaşlıqla bağlı heç bir məlumat yoxdur(?) Baxmayaraq ki, dövlət qurumu olaraq şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək “K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu” Publik Hüquqi Şəxsində, vəzifə borclarından biridir...
Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır. Həm də, nə az, nə çox söhbət dövlətin 226540 manatına hansısa avadanlıqların alınmasından gedir...
Məlum olduğu kimi, cənab prezident də vaxtaşırı büdcə vəsaitinə qənaət edilməsinin vacibliyini bildirir. Bu istiqamətdə irad və tövsiyələrini də səsləndirir...
***
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...
Elə isə sual olunur: “K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu” Publik Hüquqi Şəxs nədən bu qanunu “unudub” və müvafiq tender sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlayıb? Hansı malların alınacağı haqqında da, heç bir məlumat açıqlamadan(?) Niyə nəzərdə tutulan əməkdaşlığın detalları açıqlanmır? Burada hansı bir istisna mümkündür ki? Və s.
Amma suallar bununla da bitmir...Biz Yenixeber.org olaraq bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə hər iki tərəflə əlaqə yaratmağa çalışdıq.
“K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu” Publik Hüquqi Şəxsin direktoru hörmətli Allahverdi Musayevə ötən ayın 21-də online sorğu ünvanladıq. Mühasib xanım sorğumuzu cavablandıracaqlarına söz versə də, olmadı. Bugünədək heç bir cavab yoxdur(?)
Digər tərəflə-“MEDSOL” MMC ilə də telefon əlaqəsi yaratdıq... Ən qısa zamanda bizimlə əlaqə yaradıb, suallarımıza aydınlıq gətirəcəklərini desələr də, cavab olmadı(?)
Yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.