Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə 30 il evli olduğu Lyudmila Putina (Şkrebnyova) ilə ayrılıb. Bu nikahdan Rusiya prezidentinin Mariya Vorontsova və Katerina Tixonova adlı iki qızı var. Mütəxlif mənbələrə görə, Rusiya liderinin nikahdan kənar bir neçə övladı da var.
Yenixeber.org: Jurnalistlərə müsahibəsində Rusiya prezidenti Mariya və Katerinanı aşağılayıcı tonda “bu qadınlar” adlandırıb.
Mariya 1985-ci aprelin 28-də Leninqradda (indiki Sankt Peterburq) doğulub. Katerina isə bir il sonra avqustun 31-də Drezdendə anadan olub.
Qızlar "Petershule" elit özəl gimnaziyasında alman dilini dərindən öyrənməklə təhsil alıblar. 1996-cı ildə Putin Moskvaya işləməyə dəvət olunduğu üçün bütün ailə onunla birlikdə köçüb. Qızlarını yenidən elit özəl məktəbə göndərib. Onun seçimi Almaniyanın Rusiya Federasiyasındakı səfirliyindəki doktor Haas adına məktəb olub.
Mariya və Katerinanın sinif yoldaşları diplomatik elitanın övladları idi. Bu təhsil müəssisəsində bir il təhsil o zaman iki uşaq üçün 14 min markadan baha başa gəlirdi. Və 1998-ci ilin kursu ilə dollara çevrildikdə, demək olar ki, 9 min dollar idi.
Boris Yeltsin Putini özünə xələf təyin edəndə qızlar “radardan” itdilər. Onlar evdə təhsilə keçdilər.
Mariya Vorontsova Sankt-Peterburq Dövlət Universitetində biologiya fakültəsinə daxil oldu və 2006-cı ildə artıq Vorontsova adı ilə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsində təhsil almağa başladı. Sinif yoldaşları şagirdin valideynlərinin kim olduğunu bilmirdilər. Lakin o, özünü təvazökar aparmayıb. Həmin vaxt Mariya mütəmadi olaraq xaricdə, xüsusən NATO ölkələrində dincəlib.
Hollandiyaya belə səfərlərin birində Mariya gələcək əri Jorrit Faassen ilə tanış olub. O, həyat yoldaşının ardınca Rusiyaya gedib.Burada Putinin qızının əri bir neçə il ərzində uğurlu karyera qurub. Hətta toydan əvvəl o, “Stroytransgaz” şirkətinin vitse-prezidenti olub və 60 metrlik dəbdəbəli ofis və Lexus alıb.
2011-ci ildə Mariya Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Endokrinoloji Araşdırmalar Mərkəzində aspiranturaya daxil olub. Dərhal qurumun maliyyəsi sürətlə artmağa başlayıb. Putinin qızı əri ilə Hollandiyada yaşayır. Orada 700 min avroya dəbdəbəli malikanə alıblar.
2014-cü ildə Rusiya raketi Hollandiyadan Malayziyaya uçan sərnişin Boeing 777-ni Donetsk vilayəti üzərindən vuranda, Hollandiya sakinləri kütləvi şəkildə Mariyanın ölkədən deportasiya edilməsini tələb etməyə başladılar. Və belə də oldu. Putinin qızı və əri Moskvaya köçdü.
Mariya Vorontsova Jorrita Faassendən bir uşaq dünüyaya gətirib. Lakin sonradan ailə dağıldı.
2017-ci ildə Putinin daha bir nəvəsi dünyaya gəlib. Uşağın atası isə Yevgeni Naqornı idi. O, adi menecerdir, əlavə olaraq Putin rejiminin tərəfdarı deyil. Sosial şəbəkələrdə tez-tez Putin rejiminə qarşı müxalif yazılar dərc edən adamdır.
Vorontsova ilə münasibətə başlayandan sonra Naqornının həyatı dəyişib. Artıq 2016-cı ildə onun maaşı ayda 760 min rubl oldu və o, Moskvanın elit rayonunda 850 milyon rubla dəbdəbəli mənzil aldı.
Mariya özü 2019-cu ildə 40 milyard rubl dəyərində tibb mərkəzinin tikintisi layihəsinin iştirakçısı olub.
Katerina Tixonova isə, Sankt-Peterburq Dövlət Universitetinin Şərq fakültəsində Yaponiya tarixçisi kimi oxuyub. Lakin tələbə heç vaxt universitetə gəlməyib. Onun evinə müəllimlər şəxsən gəlib.
Qız akrobatik rok-n-rollu sevirdi və hətta müxtəlif yarışlara da gedirdi. Putinin qızında belə hobbinin olması Rusiya xalqına milyonlarla dollara başa gəlib.
Belə ki, 2016-cı ildə “Larks” akrobatik rok-n-roll məşq mərkəzinin tikintisi barədə məlumat yayılıb. Onun tikintisinə 2,5 milyard rubl xərclənib.
2016-cı ildə isə Rusiya akrobatik rok-n-rollunun 30 illiyi bütün Rusiyada geniş miqyasda qeyd olunub. Təbliğatçılar bu idman növü haqqında hekayələr hazırlayır, tərifli məqalələr yazır, dayanacaqlarda “parlaq bayramı” tərənnüm edən bannerlər asırdılar.
2011-ci ildə Katerina magistraturanı bitirdi və Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin qırmızı diplomunu aldı. Universitetin rektoru Viktor Sadovniçi isə tələbə dissertasiyasının rəhbəri oldu. Bu, universitetin 250 illik tarixində ilk və görünməmiş hal idi.
Məzun olduqdan cəmi bir neçə il sonra 28 yaşlı Tixonova akademiklər və elmlər doktorları ilə birlikdə Moskva Dövlət Universitetinin Elmi Şurasına daxil oldu. 2015-ci ildə qız həmin Sadovniçinin rəhbərliyi altında namizədlik işini müdafiə etdi.
2020-ci ildə artıq fizika-riyaziyyat elmləri namizədi statusunda olan Kreml liderinin varisi Moskva Dövlət Universitetinin Süni İntellekt İnstitutuna rəhbərlik edib.
Tixonovanın elmi karyerası və çoxmilyardlı biznesi ilə yanaşı, şəxsi həyatı da var. 2013-cü ildə Kirill Şamalovun oğlu ilə evlənib. 2014-cü ildə cütlük Rublyovkada malikanə alıb. Onların malikanəsi 15-17 milyon avro qiymətləndirilir.
Bundan əlavə, cütlüyün Fransada 4,5 milyon avro dəyərində evi var.
2017-ci ildə cütlük ayrıldı və bir neçə ay sonra Tixonova rəqqas İqor Zelenski ilə münasibət quraraq bir qız övladı dünayaya gətirdi.
Bu ilin yazında Tixonova ABŞ sanksiyalarına məruz qalıb. Və yalnız belə bir jest sayəsində Kreml nəhayət, ilk dəfə Katerinanın Putinin qızı olduğunu, etiraf edib.
2021-ci ildə araşdırmaçı jurnalistlər Putinin Luiza Rozova adlı daha bir qızı olduğunu öyrəniblər. Qızın anası Svetlana Krivonoqikdir. 90-cı illərdə sadə təmizlikçi idi və Putinlə tanış olduqdan sonra birdən multimilyonçu oldu və Rusiyanın ən varlı qadınlarından birinə çevrildi.
2003-cü ildə o, Rusiya Federasiyasının prezidentinə inanılmaz dərəcədə bənzəyən bir qız dünyaya gətirdi, lakin Putin uşağa münasibətini heç vaxt şərh etmədi və onun mühitində bu cür şayiələr müxalifət jurnalistləri tərəfindən təxribat adlandırıldı.
Luizanın indi 19 yaşı var. Anasının sərvəti 7,7 milyard rubl qiymətləndirilir.
Xatırladaq ki, Vladimir Putinin gizli sevgilisi kimi tanınan rusiyalı gimnast və Dövlət Dumasının keçmiş deputatı Alina Kabayevanın ailəsi ümumi dəyəri milyardlarla rubl olan dəbdəbəli daşınmaz əmlaka sahibdir.(bizimyol.info)
İlahin