Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

LONDONDAN XANKƏNDİNƏDƏK UZANAN “BAYRAQ HADİSƏSİ” –Sülhməramlıların “jesti”, səfirliyimizin “fədakarlığı”...

Dünən əsas dövlət atributlarımızdan olan Azərbaycan bayrağı ilə bağlı iki önəmli hadisənin şahidi olduq. Onlardan birincisi, heç kimin gözləmədiyi halda, Londonda baş verdi. Böyük Britaniyadakı səfirliyimizin üzərində ucalan bayrağımız xüsusi xidmət orqanlarına tulalıq edən bir qrup zatı naməlum tərəfindən endirilərək, təhqir olundu. Kifayət qədər müəmmalı şəraitdə və zamanda baş verən bu hadisəyə Britaniya hüquq-mühafizə orqanlarının operativlikdən çox-çox uzaq münasibəti və səfirliyin mühafizəsindəki “səhlənkarlıq” xeyli şübhələrə yol açır. Bu, öz yerində.

Yenixeber.org:  Ancaq bununla yanaşı, “küləyin hansı tərəfdən əsdiyi” demək olar, məlumdir və sözügedən hadisə bir daha göstərdi ki, dini məzhəbçilik ölkəmizə qarşı silah kimi istifadə edilməkdədir. Azərbaycanda dini məzhəbçiliyin yayılmasına, gənclərimizin, uşaqlarımızın beyninin zəhərlənməsinə göz yumulduqca, passiv, biganə münasibət göstərildikcə, bunun cəmiyətimizə, dövlətimizə, təhlükəsizliyimizə ziyanlı təsiri artacaq...

Bu ürək dağlayan görüntülərdə diqqət cəlb edən məqamlardan biri də səfirlik əməkdaşlarının hadisə yerindən sanki qeyb olmasıdır. Videogörüntülərdən aydın olur ki, bu kiçik “etirazçı” çaqqal sürüsü təkcə səfirlik binasının eyvanına çıxaraq, bayrağımızı endirməyib, həm də içəri daxil olublar, əşyaları sındırıb, dağıdıblar. İngilis polisi, mühafizəsi bir tərəfə, bəs, görəsən həmin vaxt - günün günorta çağında, iş vaxtında binada bunların qarşısına çıxa biləcək bircə “başıpapaqlı” səfirlik əməkdaşı olmayıbmı? Heç cür inandırıcı deyil ki, olmasın. Əgər olubsa, deməli, beynəlxalq hüquqa görə Azərbaycan ərazisi sayılan və göz bəbəyi kimi qorumalı olduqları bu məkanı və bayrağı müdafiə etməyə cəhd belə etməyiblər. Tarixdə Türkiyə də daxil olmaqla, ayrı-ayrı ölkə səfirliklərinə bu cür hücumlara aid çoxlu nümunələr və eyni zamanda, diplomatların, səfirlik əməkdaşlarının buna müqavimətinə dair kifayət qədər faktlar var. Ancaq bizim səfirlik əməkdaşları nədənsə seyrçi mövqeyində qalıblar. Bəs, nədən, hardan qaynaqlanır bu biganəlik və qorxaqlıq?



Hər şey bitdikdən sonra bayrağı yerinə asıb, səfirliyin eyvanından video çəkərək, “onlar buna görə cavab verəcəklər” demək heç də qəhrəmanlıq, cəsarət nümunəsi deyil. Belə epizodlarda bir xalqı, dövləti təmsil edən şəxs həmin xalqın xarakterinə, kimliyinə uyğun hərəkət etməli idi və hər kəsə məlumdur ki, normal, qanı təmiz azərbaycanlı bu hadisəyə, xüsusilə bayrağımızın təhqir olunmasına biganə qala bilməzdi. Bu, onu göstərir ki, hər zaman mətbuatın da yazdığı kimi, xaricdəki səfirliklərimiz, diplomatik nümayəndəliklərimiz tərkib etibarilə idealdan çox-çox uzaqdır və zaman-zaman kosmopolit məmur balaları və millətə bağlılığı olmayan digər ünsürlərlə doldurulan diplomatik korpusumuzun ciddi islahatlara ehtiyacı var...

Ötən gün bayrağımızla bağlı digər maraqlı hadisə Xankəndidə baş verib. Qarabağda müvəqqəti yerləşdirilən Rusiya hərbi kontingentinin başçısı Andrey Volkovun bir qrup separatçı ilə rus tarixi şəxsiyyətlərinin portretləri ilə bəzədilən iqamətgahında keçirdiyi növbəti görüşdə masanın üzərinə Rusiya və Ermənistan bayraqları ilə bərabər Azərbaycan bayrağı da qoyulub. Bu, ilk belə haldır ki, “sülhməramlılar” belə görüşlərdə bayrağımıza yer verirlər. Əvvəllər, istər Rüstəm Muradovun, istərsə də digərlərinin dövründəki bəzi görüşlərdə və tədbirlərdə yalnız Rusiya bayrağını və qondarma qurumun əski parçasını görmək olardı. Elə Volkov da eyni yolu gedirdi. Ancaq bu dəfə masada ümumiyyətlə, qondarma qurumun “bayrağı” olmayıb və onu Ermənistan bayrağı ilə əvəz ediblər.


Təbii ki, belə hallar, dəyişikliklər təsadüfi, yəni Moskvanın razılığı və tapşırığı olmadan olmur və bu baxımdan “sülhməramlılar”ın Azərbaycan bayrağı ilə bağlı bu “jesti” kifayət qədər düşündürücüdür. Belə çıxır ki, rus hərbçiləri yalnız iki ildən sonra hansı ölkənin ərazisində olduqlarını anlayıblar...

Məlum məsələdir ki, Kreml Qarabağdakı mövcudluğunu legitimləşdirməkdə maraqlıdır. Ermənistan rəhbərliyi dəfələrlə şikayətlənib ki, Azərbaycan “sülhməramlılar”ın mandatını rəsmiləşdirməyib və bundan imtina edir. Bu isə rus hərbi kontingentinin beynəlxalq hüquq baxımından statusunu şübhə altına alır və qeyri-müəyyən durum yaradır. Həmçinin, bir müddət əvvəl Azərbaycanın dövlət başçısı açıq mətnlə rus hərbi kontingentinin fəaliyyətindən narazılığını bildirərək, qeyd etmişdi ki, rusiyalı hərbçilər iyuna qədər Ermənistan hərbi birləşmələrinin Qarabağdan çıxarılacağına vəd versələr də, bunu yerinə yetirməyiblər.

Nəhayət, iki gün öncə “sülhməramlılar”ın nəzarət etməli olduqları Laçın istiqamətində baş verən erməni təxribatına Azərbaycanın sərt hərbi cavabı rus hərbi kontingentinə də siqnal idi və göstərirdi ki, rusların erməni separatçılarını öz arxalarında gizlədərək, onların Azərbaycana qarşı təxribat törətmələrinə şərait yaratmalarına imkan verilməyəcək.

Odur ki, ola bilsin, bütün bunlardan nəticə çıxaran və özünü indiyə qədər “sülhməramlı” yox, daha çox erməni təəssübkeşi kimi aparan, yerləşdiyi dövlətin suveren hüquqlarına, dövlət atributlarına barmaqarası baxan rus hərbi kontingenti “islah olunduğu” görüntüsünü yaratmağa məcbur qalıb. Ona görə də Volkovun və ona əmr verənlərin bu “jesti” heç də xoş məramın, beynəlxalq hüquqa və ölkəmizin suverenliyinə hörmət qoyulmasının təzahürü deyil və daha çox məlum şərtlərin yaratdığı situasiyadan, yəni məcburiyyətdən irəli gəlir...

“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam