Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Qoçaq pilotun qaçaqlığı –Belenko “MiQ-25”-i ABŞ-a sürüb, qisas və arzusunu reallaşdırıb

 

nBkSUhL2h1MjmM2wPqzJrMCqzJ3z8Zin2XyQ2q2C_2OZcGuaSnvVjCdg4M4S7FjDvM_AtC_QbIk8W7zj1GdwKSGT_w=Rxhru0txdz8rcr9UcQB_dQ.jpg (116 KB)

ABŞ-la SSRİ arasında münasibətlərin çox da isti olmadığı bir vaxtda, 1976-cı ildə sovet hərbi pilotu Viktor Belenkonun “məxfi” statuslu “MiQ-25P” qırıcı təyyarəsi ilə ölkədən qaçması və Amerikadan sığınacaq istəməsi Kremlin reputasiyasına kifayət qədər ağır zərbə vurub.

Yenixeber.org: 29 yaşlı təyyarəçi bu qaçışa bir neçə ay hazırlaşıb. Sonralar verdiyi müsahibələrdə o, bu hərəkətini belə əsaslandırıb: “SSRİ-də inkişaf etmək, karyera qurmaq mənim üçün mümkünsüz iş idi. Neçə illər idi ki, baş leytenant rütbəsində gəzirdim. Xidmət illərimə görə haqqım olan kapitan rütbəsini mənə vermirdilər. Mən akademik təhsil almaq arzusunda idim. Amma akdameyiyaya göndəriş məsələm hər il təxirə salınırdı. Bütün bu problemlərdən qurtulmaq üçün mən çıxış yolunu SSRİ-ni tərk etməkdə gördüm...”

1975-ci ildə Belenkonun xidmət yeri Uzaq Şərqə, 11-ci aviasiya alayına dəyişdirilib. Məhz o, bu xidmət yerində qaçmağı planşaldırıb. Belenko ona yeni “MiQ-25P” qırıcısının veriləcəyini gözləyib.

Russian_Air_Force_MiG-25 (1).jpg (88 KB)

1976-cı ilin may ayında pilota yeni hava maşını verilib. Onun növbəti planında uzun məsafə qət etmək üçün təyyarənin yanacaqla təmin edilməsi dayanıb. Belə ki, təyyarələrə təlim zamanı qət edəcəkləri məsafəyə uyğun yanacaq verilib. 1976-cı ilin sentyabrın 5-də Belenko səhərisi gün üçün planlaşdırılan təlim uçuşlarına hazırlaşarkən uçuş vərəqəsəndəki məsafəni daha çox göstərərk yanacaq çənlərinin tam doldurulmasına nail olub.

Sentyabrın 6-da səhər saat 6.45-də Belenko və daha bir həmkarı Çuquyevka hərbi aerodromundan havaya qalxıblar. Saat 7.40-da Belenko müəyyən olunmuş uçuş zonasından çıxaraq SSRİ-Yaponiya sərhədinə üz tutub. Pilot radarlara düşməmək üçün cəmi 30 metr hündürlükdə uçub. Sərhədi keçdikdə isə o, 6 min metr hündürlüyə qalxıb. Məhz bu hündürlükdə Belenko Yaponiya tərəfinin radarlarına düşüb. Amma təcrübəli Belenko bu çətin vəziyyətdən çıxmağı bacarıb. O, təxminən 1 saatdan artıq müddətdə minimum aşağı hündürlükdə uçub ki, yapon dispetçerlər onu yerini müəyyənləşdirə bilməyiblər. Belenko Yaponiyanın Hokkaydo adasındakı Hakodate aerodromuna eniş edib.

nBkSUhL2h1Mjmca3PqzJrMCqzJ328Z6n2XyQ2q2C_2OZcGuaSnvVjCdg4M4S7FjDvM_AtC_QbIk8W7zj1GdwKSGT_w=BA-JZRxwDHQODsxb23PnFA.jpg (71 KB)

Artıq saat 9.15-də Yaponiya radiosu sovet hərbi təyyarəsinin bu ölkədə eniş etməsi haqqında informasiyalar səsləndirib. SSRİ-də isə hadisə ilə bağlı informasiya 22 gündən sonra, sentyabrın 28-də ictimaiyyətə çatıdırılıb.

Belenkonun Yaponiya hökumətindən ilk xahişi onun ABŞ-a təhvil verilməsi ilə bağlı olub. Bu xahişi qəbul edən yaponlar sovet pilotunu Amerikaya təhvil veriblər.

Qeyd edək ki, mövcud dövrdə kəşfiyyat-qırıcı funksiyasını yerinə yetirən, səsdən 3 dəfə sürətlə hərəkət edən “MiQ-25”-lər ABŞ və NATO üçün ən təhlükəli hava maşını sayılıb. Belenkonun idarə etdiyi, yeni istismara verilmiş qırıcı isə məxfi statuslu olub, bu təyyarə qiyməti milyonlarla ölçülən kəşfiyyat və rabitə qurğuları ilə təchiz edilib. Məhz belə bir qırıcının amerikalıların əlinə düşməsi onlara bu maşının sirrlərini öyrənməyə tam imkan verib. Bütövlükdə bu qırıcının avadanlıqları ilə birlikdə qiyməti isə təxminən 2 milyard rubla yaxın olub.

Amerikalılar sovet pilotunu böyük “hörmətlə” qarşıayıblar. Hadisəyə ABŞ prezidenti Cimmi Karter birbaşa özü müdaxilə edərək Belenkoya ABŞ vətəndaşlığı verilməsi haqqında müvafiq sənəd imzalayıb.
“MiQ-25P” Amerikada son detallarına qədər sökülüb, mütəxəssilər tərəfindən öyrənilib, sonda təyyarə yenidən yığılaraq SSRİ-yə təhvil verilib.

Belenko SSRİ aviasiyası, hərbi hava qüvvələri haqqında bütün bildiklərini amerikalılarla səxavətlə bölüşüb. Bir müddət Belenko xüsusi xidmət orqanları tərəfindən tam öyrənildikdən sonra o, ABŞ-da işləmək hüququ qazanıb. Belenko hərbi məktəblərdə mühazirələr oxuyub, təlim-uçuş məşqlərinə rəhbərlik edib. Belenko üçün Amerikada bütün şərait yaradılıb. Sovet pilotu iş, istirahət, müalicə, mənzil hüquqlarının nə olduğunu ilk dəfə bu ölkədə hiss edib.

belenko-777x437.jpg (85 KB)

Belenko SSRİ-dən digər qaçanlar kimi sovet səfirliyinə gedib ailəsini tələb etməyib. Ümumiyyətlə, o, SSRİ-dən heç nə istəməyib. Qısa müddətdən sonra isə pilot Amerikada ailə həyatı qurub.

SSRİ-də isə Belenko haqqında ictimaiyyətə fərqli fikirlər “yeridiblər”. Belə ki, mətbuatda Belenkonun anlaşılmazlıq ucbatından səhvən sərhədi keçdiyi, Yaponiyada məcburi eniş etməsi, daha sonra ABŞ xüsusi xidmət orqanları tərəfindən ələ keçirilməsi fikirləri yer alıb. Hətta pilotun həyat yoldaşı və anasının iştirakı ilə mətbuat konfransı da keçirilib. Həmin konfransda Belenkonun doğmaları onun vətənpərvər olduğunu, işindən razı qaldığını bildiriblər. Onlar qeyd ediblər ki, Belenko ABŞ xüsusi xidmət orqanlarının tələsinə düşüb.

1024px-Former_Soviet_Pilot_Viktor_Belenko’s_Military_Identity_Document.jpg (169 KB)

Sovet idelogiyası Belenko ilə bağlı tez-tez feyk xəbərlər də dövriyyəyə buraxıb ki, guya pilot Amerikada öldürülüb. Bu informasiyalardan hər dəfə xəbər tutan Belenko isə ABŞ-ın ən populyar mətbu orqanlarında növbəti müsahibəsini verərək Kremli məyus edib.

Qeyd edək ki, Viktor Belenko 1947-ci ildə Nalçikdə anadan olub. Orta məktəbi gümüş medalla bitirib. Armavir Ali Hərbi Aviasiya Məktəbində təhsil alıb. Bir müddət Stavropol Ali Hərbi Aviasiya Məktəbində instruktor kimi xidmət etdikdən sonra Uzaq Şərq hərbi dairəsində xidmətə göndərilib. Bu onun SSRİ-dəki sonuncu xidmət yeri olub.

Hazırda Belenkonun 75 yaşı var və müsahibələrində söylədiyi kimi, o, Amerikada öz xoşbəxt həyatını yaşayır ki, heç vaxt bu həyata SSRİ-də nail ola bilməzdi.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam