Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Hitlerin gözündən düşən feldmarşal –Manşteyn 8 illik həbsdən sonra AFR kanslerinin müşaviri olub

Onun yüksək peşəkarlığı, sərkərdəlik talantı Georgi Jukovla, Duayt Eyzenhauerlə müqayisə edilib. Hətta Amerika və Britaniya tarixçiləri də öz araşdırma yazılarında general-feldmarşal Erik fon Manşteyni nəhəng sərkərdə kimi təqdim ediblər. I və II dünya müharibələrində ayrı-ayrı hərbi birləşmələrə rəhbərlik edən Manşteyn Hitlerin hakimiyyəti illərində qeyri-rəsmi olaraq fürerin generallarının lideri statusunu da daşıyıb.

Yenixeber.org: Manşteyn 1887-ci ildə Berlində zəngin bir ailədə anadan olub. Atası Edvard Levinski general rütbəsi daşıyıb. Valideynləri tez vəfat etdiyindən övladı olmayan xalası Manşteyni öz himayəsinə götürüb, onun həyat yoldaşı da general olub.

Orta təhsil aldıqdan sonra Manşteyn atasının və atalığının yolunu davam etdirib, öz gələcəyini hərbi sahəyə bağlayıb, ali hərbi təhsil alıb.

Erich-von-Manstein-01.jpg (43 KB)

I dünya müharibəsində əvvəlcə qərb, daha sonra şərq cəbhələrində xidmət edən Manşteyn müharibədən sonrakı dövrdə Almaniyada ordu quruculuğu işində fəal iştirak edib.

Feldmarşalın fəaliyyəti ilə bağlı maraqlı faktlardan biri odur ki, artıq 1930-cu illərdə nüfuzlu hərbçi kimi tanınan Manşteyn nasistlərin hakimiyyətə gəlməsindən sonra nasist partiyasının üzvü olmayıb. Buna baxmayaraq, Hitler ona böyük etimad göstərib, onu ən çox güvəndiyi hərbçilərdən biri sayıb və Manşteynə general-feldmarşal rütbəsi verib.

II dünya müharibəsi başlananda Manşteyn “Cənub” ordu qrupunun qərargah rəisi vəzifəsinə təyin olunub. O, ilk uğurunu Polşanın işğalı zamanı qazanıb.

Erich-von-Manstein-02.jpg (70 KB)

Fransanın işğal olunması ilə bağlı əməliyyat planının ideyası və nəzəriyyəsi də Manşteynə məxsus olub. Əməliyyat müşavirəsində onun dəqiq hesablamaları Vermaxt generallarını təəcübləndirib, məhz həmin müşavirədə fürer Manşteynin hərbi istedadını yüksək qiymətləndirib.

SSRİ-yə hücum zamanı Manşteyn Krım, Xarkov, Belarusiya cəbhələrində uğurlu hərbi əməliyyatlara imza atıb.

Manşteyn ordu və korpus komandiri vəzifəsində olmaqla vəzifə ranqına görə birbaşa fürerlə rabitə əlaqəsi yaratmağa səlahiyyəli olmayıb. Ancaq fürer bu səlahiyyəti ona verib. Manşteyn istənilən zaman, istənilən məkandan əməliyyatların gedişi ilə bağlı birbaşa Hitlerə məruzələr edib.

Erich-von-Manstein-04.jpg (70 KB)

III Reyx və ordu rəhbərliyində Manşteynə qarşı münasibət birmənalı olmayıb. Yüksək çinli məmurların feldmarşala qısqanclığı açıq şəkildə özünü biruzə verib. Ordunun şəxs heyətində kifayət qədər böyük nüfuz qazanan Manşteynin populyarlığı Hitleri də narahat edib. Fürer nə vaxtsa bütövlükdə ordunun Manşteynin arxasınca gedəcəyini, onun hər bir əmrini yerinə yetirəcəyini düşünüb və belə olan halda siyasi hakimiyyətə təsir göstərə biləcəyini də ehtimal edib.

1944-cü ildə Hitlerə qarşı sui-qəsd cəhdindən sonra fürer öz hakimiyyət mövqelərini və təhlükəsizliyini qorumaq üçün kadr islahatları aparanda Manşteyni vəzifəsindən uzaqlaşdırmağa qərar verib. Amma o, bu işi çox ehtiyatla görüb, əvvəlcə onu “Dəmir xaç” ordeni ilə təltif edib, bir gündən sonra isə tutduğu 1-ci ordu komandiri vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb. Rəsmi olaraq Manşteyn Almaniya silahlı qüvvələrinin sərəncamına göndərilib. 1945-ci ilin may ayına qədər feldmarşal heç bir hərbi müşavirədə iştirak etməyib, əməliyyat müşavirələrinə dəvət almayıb. May ayında isə o, Britaniya qoşunları tərəfindən həbs edilib.

Erich-von-Manstein-03.jpg (87 KB)

Manşteynin məhkəməsi Britaniya tribunalında keçirilib. Hərbi cinayətdə ittiham olunan feldmarşal 18 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Səkkiz illik məhbus həyatından sonra Manşteyn səhhətində yarandığı problemlərə görə azadlığa buraxılıb.

Azadlığa cıxdıqdan sonra Almaniya (AFR) kansleri Konrad Adenauer Manşteyni özünə müdafiə məsələləri üzrə ştatdankənar müşavir təyin edib.

Manşteyn ömrünün son illərini memuarlarını yazmağa sərf edib, onun bir neçə kitabı işıq üzü görüb. Müəllifi oıduğu “İtirilmiş qələbələr” kitabı isə daha böyük populyarlıq qazanıb. Məhz həmin kitabda feldmarşal rəqib həmkarı, marşal Georgi Jukovun sərkərdəlik fəaliyyətinə yüksək qiymət verib:

2-2_973.jpg (110 KB)

“II dünya müharibəsində marşal Jukov siyasi qətiyyət göstərə bilsəydi və buna səlahiyyətli olsaydı, Almaniya 1942-1943-cü illərdə tamamilə məhv edilə bilərdi. Jukov yüksək peşəkar hərbçi, nəhəng sərkərdə, hücum əməliyyatlarının böyük ustası idi. Kəşfiyyat məlumatlarından bilirdim ki, Jukov məni hədəf seçib, amma onun hədəfi daha böyük oldu – Almaniya...”

Manşteyn 1973-cü ildə 85 yaşında vəfat edib. O, hərbi şərəflə Dorfmark qəbirstanlığında dəfn olunub. Feldmarşalın vəfatı ilə bağlı “Times” qəzeti geniş nekroloq dərc edib.

ruoff (1).jpg (77 KB)

Qeyd edək ki, feldmarşalın oğlu leytenant Gero Manşteyn 1942-ci ildə şərq cəbhəsində hərbi əməliyyatlar zamanı həlak olub.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam