Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Aqrar Universitetində kolxoz qaydaları-PREZİDENTƏ MÜRACİƏT/YENİLƏNDİ

 Azərbaycan Dövlət Aqrar Universitetində saxta tədris- “Nəğmə” müəllimi “Tarix” fənnindən dərs deyir

Yenixeber.org: Azərbaycan Dövlət Aqrar Universitetinin "Mühəndislik" fakültəsinin bir qrup bakalavr və magistr tələbələri adından 4-cü kurs tələbəsi Mahir Akif oğlu Aslanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciəti həm də redaksiyamızın elektron poçtuna göndərib. Müraciətdə Azərbaycan Dövlət Aqrar Universitetində yaşanan müxtəlif qanunazidd əməllərdən bəhs olunur. Xatırladaq ki, zaman-zaman redaksiyamıza bu tipli müraciətlər daxil olub...Biz Yenixeber.org olaraq dəfələrlə bu müraciətlərdə yer alan iddialarla bğlı universitet rəhbərliyinin mövqeyini öyrənmək istəsək də, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz olub-nə sorğularımıza, nə də telefon zənglərimizə cavab olmayıb(?)

Aktuallığını nəzərə alıb, bu müraciəti olduğu kimi dərc edirik.   
"Cənab Prezident, biz Sizin Azərbaycan Dövlət Aqrar Universitetinə qayğınıza və diqqətinizə daim sevinir və heyranıq. Çünki bu Universitet qədim aqrar sahə üzrə yaşı bir əsrə yaxın, qocaman təhsil ocağıdır. Biz burada təhsil almaq üçün ilk əvvəldə gələndə sevinirdik. Lakin bu gün burada nə sevindirici təhsil, nə də mənəvi dəyərlərə söykənən ziyalı tələbə-müəllim rəftarını görmədik. Belə ki, buradakı idarəetmə bizə kitablarda oxuduğumuz XX əsrin ortalarındakı kolxoz idarəetməsini xatırladır.
Dünya təhsil müəssisələrində təhsil alan tələbələrlə maraqlandıqda buradakı təhsili müasir peşə litseylərinin təhsili ilə müqayisə belə etmək olmaz. Çünki burada dərs deyən bir qrup müəllimlər, kafedra müdirləri bu deyilən yenilik və innovasiyalardan xəbərsizdir. Elə bil bunlar kolxoz bazarındakı kimi burada nəyisə satmaq üçün gəliblər. Bunlar üçün nə elm, nə təhsil, nə də peşəkar kadr hazırlığı maraqlı deyil. Burada mətbuatda dəfələrlə deyilən kimi aqrar sahə üzrə mütəxəssis yox, peşəkar rüşvətxor -alverçi gənclər yetişdirilir. Bu rüşvətin başında isə əlbəttə ki, (məsəl var deyərlər ki, “balıq başından iylənər”) universitetin rəhbəri, rektor durur. Onun bir amalı var, o da puldur. İmtahan sessiyasında pul, magistlərin imtahan sessiyasında pul, magistrlərin qayıbını sayaraq imtahana buraxmaq üçün pul, köhnə kursavoyları sataraq pul. Çünki, burada olan kafedra müdirini fakt olaraq qeyd edirik ki, V sinif qədər savadı olmayan, ayaqqabı alveri edən Aydın İsayev kafedra müdiridir və kartof alveri edən, heç bir dünyagörüşü olmayan təhsildən, elmdən və mədəniyyətdən kənar olan Ayaz Həsənov da kafedra müdiri seçilmək istəyir. Hansı ki, bu şəxslərin informasiya texnologiyalarından başı çıxmayır, elektron yazışmanı belə dərk edə bilmir, heç bir tədris metodiki işlə məşğul olmurlar. Əgər elekton kitabxanaya girə bilmirlərsə, elektron resurslardan istifadə etməyi bacarmırsa, adi belə məktubu göndərə bilmirlərsə Universitetdə hansı kadr hazırlığından danışmaq olar???
Biz ADAU-nun strukturuna baxanda gördük ki, Kənd təsərrüfatı texnikası kafedrası 1931-ci ildən Kənd təsərrüfatı maşınları kafedrası kimi fəaliyyətə başlamışdır. Bu kafedraya təcrübəsi, elmi, təhsili və pedaqoji fəaliyyəti ilə tanınan elmlər doktoru, professorlar və ya qabiliyyətli müəllimlər rəhbərlik etmişlər. Bu gün isə bu kafedraya orta məktəb səviyyəsində savadı olmayan saytda yerləşdirilmiş CV-dən də göründüyü kimi başqa kafedranın fənlərini tədris etmiş Aydın İsayev rəhbərlik edir. Onun CV-dən də göründüyü kimi, əvvəllər bu şəxs "Traktor və avtomobillər", "Texniki serviz müəssisələrinin layihələndirilməsi" fənlərini tədris etmişdir. Doğrudur bizə də keçən tədris ilində "Traktor və avtomobillər" fənnindən dərs deyirdi, amma heç onu da normal bilmirdi. Maraqlandıq ki, Aydın İsayev indiyənə kimi Kənd təsərrüfatı maşınları dərsi deyibmi, dedilər xeyir. O, bu kafedranın müəllimi deyil, onun dərs dediyi fənnlər indi “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasında tədris edilir.
Belə çıxır ki, “nəğmə” müəllimi “Tarix”dən dərs demək istəyir. Maraqlıdır, bu necə ola bilər? Deyirlər alverdən qazandığı pulun hesabına və Gəncə şəhər Maliyyə idarəsinin rəisinin hesabına. Axı ayıbdır. Bu gün isə Aydın İsayev Kənd təsərrüfatı maşınları fənnindən Modul-2 ni tədris edir. Bu günə kimi III kurs tələbələrinin başını qatıb dərs deməyib. İndi də hardansa test suallarını ələ keçirib, heç özü də bu testlərin cavabını bilmir, tələbələrə paylayıb, testlərin cavabları belə yoxdur, ancaq satmaq istəyir.
Yaxşı olar ki, bu fənn qalsın gələn ilə, normal müəllim və ixtisas sahibləri desin, ondan sonra imtahan verək. Yoxsa bu saxtakarlıq və yola verməkdir. Bunları hər yerdə bildirsək də nə təhsil şöbəsi, nə də Universitetin rektoru bunu aradan qaldırmaq istəmir. Aydın İsayev kafedra müdiri olmaq üçün kifayət qədər pul verdiyi üçün istəyir ki, bir ildə verdiyi pulu çıxartsın (kursavoy satır, magistrlərdən pul yığır, kafedrada deyirlər “ölü can” saxlayıb pulunu alır, Oqtay Mərdəliyev kimi təhsildən uzaq savadsız müəllimə əlavə dərs yazıb aylıq pul alır). Ona görə də onun öhdəsindən gəlmək istəyən yoxdur, rəhbərlik onun qarşısında gözü kölgəlidir.
Aydın İsayev hətta magistr tələbələrini belə pul almaq üçün narahat edir. Bəzi müəllimlərin bal yazmaq hüququna girir. Tələbələrdən aylıq bal üçün pul alır. Onları ya bal yazmayacam, ya da aşağı bal yazacam deməklə hədələyir. Bu barədə Kənt Təsərrüfatı Nazirliyinə və rektora da məlumat bildirilmişdir. Lakin öhdəsindən belə gələ bilmirlər. Elə bil bu imtahanlar Aydın İsayevin şəxsi yarmarkasındakı obyektidir.
Bu gün Aydın İsayevin və onun özü kimi savadsız məsləhətçisinin (kartof satan Ayaz Həsənovun) biz bakalavr və magistr tələbələrə dərs deməyini biz özümüzə təhqir bilirik. Hətta Dövlət imtahanı adı ilə rüşvətlə seçilən kafedra müdirləri hər bir tələbədən 500 manat almağa hazırlaşıblar. Bu pul bütün buraxılış tələbələrinin hər birinə tapşırılıbdır. Burada hansı ədalətdən və kadr hazırlığından danışmaq olar. 2022/2023-cü tədris ili üçün tələbə qəbuluna biz qohum və tanışlarımızı bu kimi tanıtım əməllərləmi cəlb edəcəyik. Əlbəttə yox.
Biz Ölkə Rəhbəri kimi Hörmətli Prezidentimiz Sizdən, Kənd Təsərrüfatı Nazirimizdən xahiş edirik təcili tədbir görəsiniz, Dövlət İmtahanına nəzarəti gücləndirəsiniz, tədrisdə dərs deyən müəllimlər arasında dərsin ixtisas sahiblərinə verilməsinin təmin olunmasına tapşırıq verəsiniz.
Aqrar Universitetdə bütün məsələlər ancaq pulla həll olunur. Xahiş edirik biz bakalavr və magistr tələbələrinin xahişini nəzərə alaraq təcili tədbir görəsiniz və bizə köməklik göstərəsiniz".

               ***

Bu gün -25.05.2022-də-redaksiyamızın elektron poçtuna yazıda yer alan iddialarla bağlı Azərbaycan Dövlət Aqrar Universitetinin açıqlaması daxil olub. Bəlli qayda və prinsiplərə uyğun olaraq qarşı tərəfin mövqeyini olduğu kimi yazıya əlavə edirik:

"24 may 2022-ci il tarixində saytınızda paylaşılan “Aqrar Universitetində kolxoz qaydaları-PREZİDENTƏ MÜRACİƏT” başlıqlı xəbərdə qeyd olunan iddiaların əsassız və həqiqətə uyğun olmadığı tərəfimizdən araşdırılıb və diqqətinizə çatdırırıq.
Bildiririk ki, məktubun tərəfindən göndərildiyi qeyd olunan ADAU tələbəsi Mahir Akif oğlu Aslanov adında ali təhsil müəssisəsində tələbə təhsil almır.
Nəzərinizə çatdırırıq ki, bu cür əsassız məlumatlar Azərbaycan Dövlət Aqrar Universitetinin işgüzar nüfuzuna kölgə salır, ictimaiyyət arasında çaşqınlıq yaradır. Azərbaycan aliminin və ölkəmizin yeganə aqrar təhsil verən ali təhsil müəssisəsinin professor-müəllim heyətinin imicini ləkələmək cəhdləri daşıyır.
Sizdən xahiş edirik ki, bu cür süni ajiotaja səbəb ola biləcək məlumatların yayılmaması üçün əsası olmayan məlumatların paylaşılmamasında Azərbaycan Respublikası Baş Prokurorluğunun xəbərdarlıqlarını və “Media haqqında” Azərbaycan Respublikası qanununun tələblərini nəzərə alasınız.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam