Xəritələrdə gizlədilmiş həqiqətlər...-Beynəlxalq hüququn bütün normaları pozulur
Yenixeber.org: Araşdırma materiallarına görə hələ də Rusiya Federasiyasının tarix institutlarından “Tarixi sənədlər qovluqları” oğurlanmaqda davam edir. Artıq “İzvestiya” qəzetinin məlumatına görə Rusiyanın tarixi sənədlər arxivindən Azərbaycan sərhədlərilə bağlı 13 qovluq oğurlanıb.
Bu qovluqlar 1914, 1918, 1920, 1974-cü illəri əhatə edir.
Demək, əgər sərhədərimizin Delimitasiyası və Demarkasiyası ilə bağlı gedən söhbətlərdə əlimizdə elə bil təhlilə gələn fakt yoxdur. Moskva bu istiqamətdə istədiyi sənədləri müzakirəyə çıxaracaq. Okeanın o tayında isə “Qafqaz” adlı xəritə hazırlanaraq, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin generalları arasında paylanılıb. Artıq məlumata görə, məsələn, Pentaqon generalları üçün ərazisi, sərhədləri olan Azərbayan yoxdur. Eləcə də Gürcüstan yoxudur, Ermənistan yoxdur. Sadəcə bu üç respublikanı əks etdirən “Qafqaz” xətitəsi var. Bu xəritədə Azərbaycan, Gürcüstan, Ermənistan quberniyalar kimi təsvir olunur. Amerikada nəşr olunan “Difens” jurnalı (MN-nin jurnalı) yazır ki, bir azdan Vaşinqtonla Moskva keçmiş ittifaqın sərhədləri çərçivəsində kəllə-kəlləyə gələcək. Məsələn siyasi ədəbiyyatda ilk mərhələ mənasını verən Delimitasiya sözünü təhlil edərkən görürük ki, bu sözün mənası Müstəqil Azərbaycan ərazilərində dəyərdən düşüb və indiki şəraitdə beynəlxalq hüququn bütün normaları pozulur. Beynəlxalq hüququn şərtlərinə görə Delimitasiya ərazidən (yəni Azərbaycan ərazisindən) hərb məqsədlər üçün istifadə etməyi, hər cür terror və təxribatı qadağan hesab edir. Məntiqə görə “Sülhməramlı rus əsgərləri”nin Azərbaycan ərazisində məskunlaşması qeyri-qanuni məskunlaşmadır. Məlumata görə sülhməramlıların sayının (həriri sayının) neçə nəfər olması haqqında dəqiq məlumat yoxdur. Ruslar çalışırlar ki, 1974-cü il sərhədləri bərpa olunsun. Faktiki olaraq sərhədlərin bərpası üçün nəzərdə tutulan qoşun kontingenti artıq Azərbaycandadır. Günün birində rus sülhməramlılar 18 dəqiqə ərzində Cənub sərhədlərimizdə, Naxçıvan-İran zolaqlarında görünəcəklər. Bu da təhlillərimizə görə yeni ziddiyyətlərin, qarşıdurmaların, yanğınların, terror və təxribatların başlanğıcı ola bilər.
Sual olunur: Azərbaycan tərəf bütün bunlara qarşı hansı mexanizmi hazırlayır?
Biz susuruq. Qonşu Tehrana gəlincə o da öz sərhəd qoşun kontingenti üçün məlumata görə 100 nəfərdən çox milliyyətcə erməni olanları cəlb edib. Demək gələcəkdə İran Azərbaycan sərhədlərində ermənilər dayanacaq? Hər şey ola bilər. Hətta əfqanları da dəvət etmək mümkün olacaq.
Xəritələr bizim şərəfimiz, şöhrətimizdir. Fikrimcə heç olmasa bir damcı ana südü əmənlər şəhid oldular. Sərdələrimizi kimlərə həvalə edəcəyik? Narkobaronlara, yoxsa silah alverçilərinə, qadın alverçilərinə?.. İtirilmiş, oğurlanmış xəritələri qaytarın. Görək biz kimik, hardan gəlmişik. Genetik kodlarımız hardan başlanır. İddialı olmağa dəyərmi? Yoxsa başıqapazlı olmaq daha yaxşıdır?
Təhlillərimiz göstərir ki, sərhədlər məsələsi həll edildikdən sonra ərazilərimizdə mövcud sabitlik yenidən pozula bilər. Məsələn Pentaqon (ABŞ) iddia edir ki, “Ukrayna dərsləri”ndən sonra, hansı tərəfin qalib çıxmasından asılı olmayaraq, dünyada yeni 95 kiçik dövlət yaranacaq. Maraqlıdır. Demək Müstəqil Azərbaycanın ziddinə olaraq Talış Muğan Respublikasının, Ləzgistan Ləzgi Respublikasının... yeni ərazilər meydana çıxacaq. Moskvanın bu istiqamətdə planları da mövcuddur... Məhz bu proseslərin çərçivəsində Tehran-bakı münasibətləri yenidən pozula bilər. Bütün çətinliklər Azərbaycanın çiyinlərinə düşəcək. Bu yükün altından çıxmaq üçün biz nə edə bilərik, cənablar? Cənab Prezident üçün hansı təkliflərimiz var? Varmı?.. Məsələn mənə bir parlament üzvü və yaxud nazir, akademik göstərin ki, onun cənab prezident üçün təkliflər paketi olsun. Amma hamı yenidən deputat olmaq istəyir. Fikrimcə əgər əziyyətli günlərimizə son qoyulmayıbsa, günah parlament üzvlərindədir. Əgər elm, təhsil, səhiyyə... iflic vəziyyətdədirsə, günah parlament üzvlərindədir. Alim acındçan ölürsə... tələbə dilənirsə, küçə süpürürsə... yenə günah parlament üzvlərindədir. Parlament üzvləri həvəslə gözləyirlər ki, sərhəd məsələlərini ratiıfikasiya etsinlər.
Xəritələrimizdə çox mətləblər gizlədilib. Mənə elə gəlir ki, RF-nın sərhədlərimizlə bağlı Delimitasiya və demarkasiya məsələlərinə həssaslıqla yanaşmaq lazımdır... Yoxsa biz ölüm hökmünü imzalamış olarıq. Yadınızdadırsa ötən əsrin 90-cı illərində hərə əlində bir xəritə tutmuşdu. Hər kəs öz xəritəsilə mitinqə çıxmışdı. Hətta bəzi qrup və dəstələr öz şəcərələrini nişan verən xəritələrlə mitinqə çıxmışdı. Məqsəd Azərbaycanı dağıtmaq, viran qoymaq idi. Məlumata görə bütün bu aksiyalar üçün 350 min ABŞ dolları xərclənmişdi. Məlumata görə eyni ssenari üçün yenə pullar ayrılıb. Bu dəfə bu aksiyalarda bəzi oliqarxlarımız “qabağa düşəcək”. Bəs deyilmi, cənablar? Rəhmətlik Heydər Əliyev o xəritələri yağıb, yandırdı, məhv etdi. Bu böyük strategiyanın başlanğıcı idi. Prezident İlham Əliyevin strategiyası isə o strategiyanın davamı idi. Təəssüf edirəm ki, biz bu strategiyanı təbliğ edə bilmirik, heç öyrənmək də istəmirik...
Təbliğat maşınlarımız hamam və şampun təbliğ etməkdən əl çəkmirlər. Politologiyamız isə hələ də reanimasiyadan çıxa bilmir.(Yenixeber.org)
Rövşən Novruzoğlu,
Milli Təhlükəsizlik problemləri üzrə ekspert, professor, politoloq.