Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

DEFOLT, İNFLYASİYA, DƏYƏRDƏN DÜŞƏN RUBL... –“Putin bu müharibə ilə ölkəsinin gələcəyini məhv edir”

Məlum olduğu kimi, Qərb tərəfindən Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edilməklə yanaşı, onun qızl-valyuta ehtiyatının böyük bir hissəsinə də həbs qoyulub. Ona görə də yaranmış valyuta çatışmazlığı üzündən Rusiya demək olar ki, xarici borclarını qaytarmaq iqtidarında deyil.

Yenixeber.org: Ekspertlərin bildirdiyinə görə, Rusiya yaxın zamanlarda rəsmi şəkildə defolt elan etmək məcburiyyətində qalacaq. Artıq ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya Federasiyasının sanksiya altına düşmüş hüquqi və fiziki şəxslərinin aktivlərinin müsadirə olunması barədə qanun layihəsini qəbul edib. Həmin aktivlərdən əldə ediləcək gəlirlərin Ukraynanın maliyyə ehtiyaclarının ödənilməsinə yönəldilməsi nəzərdə tutulur.

Ukraynanın “Unian.net” portalının dərc etdiyi ”Rusiya defoltun astanasında” başlıqlı məqalədə sözügedən məsələyə toxunulur. Həmin məqalənin tərcüməsini təqdim edirik:

”Təcavüzkar Putin Rusiyası artıq iki aydır ki, Ukraynanın dinc əhalisinə qarşı geniş miqyaslı müharibə aparır. Mədəni dünyanın Ukraynaya silah və maliyyə yardımı göstərməsi ilə yanaşı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar işğalçını böyük gəlirlərdən məhrum edir və onun iqtisadiyyatını çökdürür.

Bu istiqamətdəki mühüm mərhələ Rusiyanın defolt olmasıdır. Rusiya 4 aprel tarixinə kimi 600 milyon dollar dəyərindəki Avropa istiqrazları üzrə növbəti ödəməni həyata keçirə bilməyib. Beynəlxalq hüquqa əsasən borcun ödənilməsi üçün güzəşt müddəti 1 aydır. Əks təqdirdə 4 may tarixində Rusiya rəsmi surətdə defolt elan etməlidir.

Hazırda beynəlxalq bankirlər, maliyyəçilər və həm də sivil dünyanın rəsmi nümayəndələri Rusiyanın ödəmə qabiliyyətinin olmamasından danışırlar. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bu barədə deyib: ”Həftələr ötdükcə sanksiyalar Rusiya iqtisadiyyatına daha güclü təsir göstərir. Rusiyanın suveren defoltu sadəcə zaman məsələsidir. Bu müharibə ilə Putin öz ölkəsinin və xalqının gələcəyini məhv edir”.

Təcavüzkar valyuta qıtlığı ilə üzləşib

 

 

Rusiyanın defolta məruz qalacağı barədə söhbətlər işğalçı ölkənin qızıl-valyuta ehtiyatının böyük bir hissəsinə embarqo qoyulmasından sonra başlayıb. Belə ki, Avropa Birliyi və ABŞ təcavüzə görə Rusiyanın 650 milyard dollar həcmindəki qızıl-valyuta ehtiyatının 325 milyard dollarını dondurub. Ukrayna Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenkonun sözlərinə görə, yerdə qalan 300 milyard dolların yarısı qızıldır. Oleq Ustenko əlavə olaraq deyib: ”Artıq Rusiyanın qızılına da sanksiya qoyulub. Ona görə də Rusiya öz qızılını yalnız daxili bazarda sata bilər. Daxili bazarda isə tələbat yoxdur”. Elə bu səbəbdən də Rusiyanın ciddi valyuta çatışmazlığı problemi yaranıb.

Bəs, ruslar bu problemi necə həll edirlər? Onlar adət etdikləri üsullardan istifadəyə baş vururlar. Daxili bazarda faktiki olaraq vətəndaşlara dollar və avro satılmasına qadağa qoyulub, ixracatçılar isə əldə etdikləri valyutanın 80 faizini satmağa məcbur edilirlər. Amma xarici kreditorlar qarşısında götürülən öhdəliyin qapadılması lazımdır, Rusiyanın isə borcu çoxdur. Buna görə də Rusiya rəhbərliyi valyuta borclarını rublla ödəmək istəyir ki, bu da qiymətli kağızların buraxılması şərtlərinin pozulmasıdır.

Bütün bunların hamısı beynəlxalq reytinq agentlikləri tərəfindən defolt öncəsi vəziyyət kimi qiymətləndirilir. ”S&P” reytinq agentliyi Rusiyanın suveren kredit reytinqini “SD” səviyyəsinə endirib. Bu səviyyə ölkənin defolta yaxın olduğunun göstəricisi hesab olunur.

Bundan başqa, artıq Rusiyanın müxtəlif şirkətlərinin defoltu baş verib. Öncəki illərdə bu şirkətlər aktiv şəkildə kreditlər alıblar və öz səhmlərini xarici bazarlarda yerləşdiriblər. Rusiya şirkətlərinin xarici borclarının ümumi məbləği 500 milyard dollar həcmindədir. Sanksiyalar və defolt onların kredit resurslarına girişinin qarşısını alır. Ona görə də Rusiya şirkətləri maliyyə problemləri ilə üzləşiblər.

Təbii ki, Rusiya bankları onlara rublla kredit verə bilər, amma faiz dərəcəsi çox yüksək olduğundan, bu, həmin şirkətlərin maliyyə vəziyyətini pişlədirəcək. İqtisadçı Aleksandr Xmelovski deyir: ”İndi Rusiya embarqo qoyulmamış valyuta ehtiyatlarından və ya neft və qazdan əldə etdiyi gəlirlərdən borclarını ödəyə bilər. Amma Rusiya prinsipə düşərək borcunu xarici valyutada ödəməkdən imtina edir, bu isə onun mürəkkəb maliyyə-iqtisadi vəziyyətini bir qədər də çətinləşdirir”.

Beynəlxalq məhkəmələr və izolyasiyanın dərinləşməsi

 

“Yuneks Bank”ın idarə heyətinin rəhbəri İvan Svitek yaranmış vəziyyəti belə şərh edib: ”Rusiyanın rəsmi formada defolt elan etməsi bu ölkənin dünya maliyyə sistemindən təcridini daha da artıracaq. Kreditorlar bütün yollarla Rusiya Federasiyasına məxsus aktivləri axtaracaqlar. Onların sayını və harada yerləşməsini demək çətindir, lakin onlar var. Rusiya Maliyyə Nazirliyinin dəyərləndirməsinə görə, 2019-cu ildə ümumi iqtisadiyyatda dövlətin payı üçdə bir qədərdir. Düşünmürəm ki, o vaxtdan indiyədək bu göstərici azalsın. Bu, abstrakt rəqəm deyil və dövlətin payı konkret şirkətlər və müəssisələrdədir. Məsələn, “Qazprom”un 50 faizi dövlətə məxsusdur. Bu, o deməkdir ki, “Qazprom”un payına daxil olan Avropadakı yeraltı qaz anbarlarına həbs qoyula bilər. Bu istiqamətdə tezliklə nəticə əldə olunacağını söyləmək olmaz, amma kreditorlar Rusiyaya məxsus müəssisələrə tədricən əl qoyacaqlar. Rusiya vətəndaşları olan fiziki şəxslərə tətbiq edilən sanksiyaları da unutmayaq. Onların Avropadakı və dünyanın digər yerlərindəki aktivlərinin axtarışı davam etdirilir”.

 

İnflyasıya və rublun dəyər itirməsi

Sivil dünya tərəfindən tətbiq olunan iqtisadi sanksiyalar və defolt elan edilməsi yüksək inflyasiyaya və rublun dəyərsizləşməsinə gətirib çıxarcaq. Rusiya Federasiyası Hesablama Palatasının rəhbəri Aleksey Kudrin bildirib ki, 2022-ci ilin sonuna kimi ölkədə inflyasiya iyirmi faz olacaq.

 

 

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina keçirdiyi son brifinqdə etiraf edib ki, yaxın aylarda Rusiya iqtisadiyyatını böyük böhran gözləyir. Elvira Nabiullina deyib: ”İqtisadiyyatın valyuta ehtiyatı hesabına yaşaması müddəti məhduddur. Artıq ikinci və üçüncü rübdə biz struktur dəyişikliyi və biznesin yeni modelinin axtarışı dövrünə qədəm qoyacağıq. Sanksiyalar əsasən maliyyə bazarlarına toxunub, amma indi bu, daha çox iqtisadiyyatda özünü büruzə verməyə başlayacaq”.

Yaddan çıxarmayaq ki, Rusiya məmurları mövcud vəziyyəti yumşaq şəkildə dəyərləndirirlər. Lakin bu ölkənin iqtisadi reallığı daha dəhşətli mənzərə ilə qarşılaşa bilər.

 

Ukrayna üçün nəticələr

Ekspertlər qeyd edirlər ki, Rusiyanın rəsmi defolt elan etməsi Ukraynaya müsbət təsir göstərəcək, çünki Ukrayna dövləti Rusiya mülkiyyətinə iddia edir. Ukraynanın bank, maliyyə və sığorta haqları üzrə hüquqşünaslar komitəsinin sədri Anastasiya Voronova bildirib: ”Kreditorlar Rusiya Federasiyasının xaricdə yerləşən və suverenlik immuniteti olmayan mülkiyyətinə iddia tələbi irəli sürə bilərlər. Amma bu, Ukrayna üçün heç də pozitiv xəbər deyil, çünki Rusiyanın xarici aktivləri bizim təzminat mənbəyimizdir”.

İstənilən ölkənin suveren borcunun defoltu onun xarici kreditlərə girişinin kəsilməsidir. Belə olan təqdirdə dövlət investorlar qarşısında etibarını itirir və onun yeni pullar cəlb etmək imkanları demək olar ki, mümkünsüzləşir. Amma məsələ ondadır ki, artıq Rusiya belə bir vəziyyətə defolt elan etməmişdən əvvəl düşüb. Hazırda dünyanın müvafiq maliyyə imkanlarına malik heç bir sivil ölkəsi təcavüzkara kredit verməz. Bu isə olduqca vacibdir, çünki işğalçıların pulu nə qədər az olsa, Ukrayna bir o qədər tez qələbə qazanar”.“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam