Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

“Hərracların Təşkili Mərkəzi”ndə qanunlar belə tanınır-"Dövlətin sosial siyasətinin əksinə gedərək..."

Yenixeber.org: Redaksiyamıza Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13a, mənzil 42 ünvanında yaşayan, İqtisadiyyat Nazirliyinin “Hərracların Təşkili Mərkəzi” Publik Hüquqi Şəxsin keçmiş əməkdaşı Həsənov Ramil Çingiz oğlunun müraciəti daxil olub. Müəllif müraciətində işdən qanunsuz olaraq çıxarılmasından və “Hərracların Təşkili Mərkəzi”ndə baş verən korrupsiya faktlarından bəhs edir. Biz Yenixeber.org olaraq bəlli qanun və prinsiplərə uyğun, qarşı tərəfin iddia olunan faktlara mövqeyini öyrənmək istədik. Təəssüf ki, bu məqsədlə 8 gün əvvəl ünvanladığımız online sorğuya cavab ala bilmirik(?)

Aktuallığını nəzərə alıb, müraciəti müəyyən ixtisar və düzəlişlərlə-yalnız işdən qanunsuz çıxarılması iddia olunan hissəni dərc edirik. Ümid edirik ki, qarşı tərəf müraciətdə yer alan faktların araşdırılıb, redaksiyamıza təqdim olunmasını təmin edəcək. Və biz də qarşıdakı günlərdə geniş yazı hazırlaya biləcəyik...       

“ Hörmətli redaksiya,

Əfsuslar olsun ki bəzi məmurlar aparılan uğurlu siyasətə kölgə salmaqla məşğuldurlar.

Mən, Ramil Çingiz oğlu Həsənov 14 fevral 2005 – ci il tarixindən Əmlak Məsələləri Dövlət Komitəsi, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Dövlət Əmlakının Satışı Üzrə Hərracların Təşkili Şöbəsinin məsləhətçi vəzifəsinə qəbul olunmuşam. İşlədiyim müddətdə rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirmişəm. İşdə heç vaxt qüsura yol verməmişəm. Ümumilikdə 17 il dövlət qulluğunda stajım var. 2-ci dərəcəli dövlət qulluqçusuyam.

Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021 – ci il tarixli 1382 saylı Fərmanı ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzi əsasında “Hərracların Təşkili Mərkəzi” Publik Hüquqi Şəxsi yaradılmışdır. Əmək kollektivinin fəaliyyətinə 01 noyabr 2021-ci il tarixində xitam verilmiş, 17 noyabr 2021 – ci il tarixində “Hərracların Təşkili Mərkəzi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədr müavini,  İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Emin Adil oğlu Rəsulovla əmək kollektivi arasında əmək müqavilələri bağlanmışdır. Lakin qeyd etdiyim şəxs ona verilmiş dövlətin hüquq və səlahiyyətlərindən istifadə edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1 nömrəli maddəsini pozaraq 01-17 noyabr 2021-ci il tarixlərində əmək kollektivini işə cəlb etmişdir.

Müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddənin 3-cü bəndinə zid olaraq tərəf olaraq heç kəsə təqdim edilməmişdir. Struktur dəyişikliklərindən sonra sanki mövsümi iş və ya layihə üzərində işləyirik, əmək kollektivi ilə müqavilə 1 ay müddətinə bağlanılır və növbəti aylarda müqavilənin müddəti hər ay yenilənir. Qeyd etdiyim səbəb bizi rəhbərdən asılı vəziyyətdə saxlayır, hədə-qorxu predmetinə çevirir, sanki dövlət üçün yox onun üçün işləyirik. Eyni zamanda qeyd etdiyim 1 aylıq müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddənin 4-cü bəndinə ziddir. Mən 17 ilin dövlət qulluqçusuyam. Strateji şöbənin əməkdaşıyam. Öz işimi kifayət qədər yaxşı bilirəm. Staj, sınaq müddəti keçməyimə ehtiyac yoxdur ki, mənimlə 1 aylıq əmək müqaviləsi bağlanılırdı. Və yenə əmək qanunvericiliyi pozularaq bir neçə saat qabaq xəbərdarlıq edilərək əmək müqaviləmə xitam verildi.

Qeyd etmək istəyirəm ki, əmək müqaviləsinin 9.4 – cü bəndinə əsasən “İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir.”

Bir müddətdir mənə olunan təzyiqlər səbəbi ilə keçirdiyim əsəb sarsıntısı nəticəsində mənim səhhətimdə ciddi problemlər yaranıb. Ailənin yeganə gəlir mənbəyi mənim əmək haqqımdır. Övladlarım məktəblidir, yaşlı valideyinlərim mənim himayəmdədir. Onkoloji xəstə atam üçün ayda bir dəfə 200 manatlıq iynə dərmana ehtiyac vardır.  Möhtərəm Prezidentimiz İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi dövlətimizin əsas siyasəti xalqın rifah halının yüksəldilməsi, yeni iş yerlərinin açılması, insanların layiqli həyat səviyyəsinin təmin edilməsidir. Lakin Emin Rəsulov qanunazidd əməlləri ilə dövlətin sosial siyasətinin əksinə gedərək narazılıq yaranmasına səbəb olur.

Xahiş edirəm ki, Emin Rəsulovun qanunsuz əməllərinin qarşısının alınmasında və hüquqlarımın bərpa olunmasında, işə geri qayıtmağımda mənə kömək edəsiniz".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam