Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ərdoğan-Putin anlaşması təhlükə qarşısındadır: Türkiyə Rusiyaya sərt xəbərdarlıq etdi

Türkiyə lideri Ukraynanın ərazi bütövlüyünün toxunulmazlığı məsələsinin rəsmi Ankara üçün “qırmızı cizgi” olduğuna eyham vurur; Rəsmi Ankara Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə, Türkiyənin NATO üzvü kimi öz öhdəliklərinə sadiq qalacağını vurğulayır...

Yenixeber.org: Türkiyə-Rusiya münasibətlərində problemli mərhələyə başlaya bilər. Hər halda, rəsmi Ankaranın Ukrayna böhranına münasibəti Rusiyanın maraqları ilə qətiyyən uzlaşmır. Əkinə kəskin ziddiyyətlərin mövcudluğu açıq-aşkar nəzərə çarpır.

Xüsusilə, iki önəmli məsələdə Türkiyənin qətiyyətli davranması Kremldə məyusluq yaradır. Birincisi, rəsmi Ankara Ukraynanın ərazi bütövlüyünün toxunulmazlığı məsələsində sabit mövqeyə malikdir. Rusiyanın Türkiyəyə dost olan bu ölkənin ərazi bötüvlüyünə qarşı yönəlmiş bütün davranışlarına etiraz edir və kəskin reaksiya verir.

Digər tərəfdən, Türkiyə Ukraynaya məxsus Krım yarımadasının Rusiya tərəfindən ilhaq edilməsinə də qarşı çıxır, bunu yolverilməz hesab edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “istədiyim ərazini işğal edərəm” anlayışının müasir dünyanın şərtlərinə qətiyyən uyğun gəlmədiyini açıq şəkildə vurğulamaqla, Kremlə mesaj birbaşa mesaj göndərib. Hazırda Kremldə Türkiyə liderinin belə konkret mövqedən çıxış etməsi heç də məmnunluq yaratmayıb. Və Rusiya siyasi dairələrində Türkiyə prezidentinə yönəlik tənqidlərin artması da bu önəmli məqamla birbaşa bağlıdır.  

ep700.jpg (71 KB)

Ancaq bütün bunlara baxmayaraq, rəsmi Ankara Ukrayn-Rusiya hərbi-siyasi qarşıdurmasının diplomatik danışıqlar yolu ilə həll edilməsi məqsədilə israrlı cəhdlərini davam etdirir. Türkiyə prezidenti artıq Rusiya və Ukrayna liderlərini eyni vaxtda Ankaraya dəvət etməklə, vasitəçilik missiyasını öz üzərinə götürməkdə prinsipial mövqe tutur. Və indiki situasiyada rəsmi Ankaranın vasitəçilik missiyasını tez-tələsik geri çevirmək Rusiyaya o qədər də sərfəli deyil.

Məsələ ondadır ki, belə davranış beynəlxalq məkanda Rusiyanın aqressiv dövlət imicinə yeni xoşagəlməz əlavələr edə bilər. Ona görə də, Rusiya prezidenti Vladimir Putinin Türkiyə liderinin Ankaraya dəvətini ilkin mərhələdə qəbul etmək məcburiyyətində qalıb. Halbuki, Kreml hazırda Rusiya prezidentinin Ankaraya səfərinə qətiyyən isti yanaşmır.

Çünki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yalnız Kreml sahibi V.Putini deyil, eyni zamanda, Ukrayna lideri Vladimir Zelenskini də Ankarada görmək istəyir. Prezident R.T.Ərdoğanın əsas məqsədi bu iki ölkə liderini Türkiyənin vasitəçiliyi ilə biraraya gətiurməklə, Ukrayna böhranının siyasi-diplomatik yolla nizamlanmasına nail olmaqdır. Və hazırda hər iki qarşıduran tərəflə xüsusi münasibətlərə malik olan Türkiyənin belə vasitəçilik missiyası üçün siyasi potensialı kifayət qədər genişdir.

Ancaq Türkiyə prezidentinin vasitəçiliyi ilə Rusiya və Ukrayna liderlərinin nə vaxt görüşəcəkləri hələlik məlum deyil. Düzdür, Ukrayna prezidenti V.Zelenski dəvəti qəbul edərkən Türkiyəyə səfəri dərhal reallaşdırmağa hazır olduğunu da qətiyyən gizlətməyib. Kreml isə prezident V.Putinin Ukrayna səfərinin vaxtını dəqiqləşdirməyə o qədər də tələsmir. Və ona görə də, bu görüşün nə vaxt baş tutacağı hazırda daha çox Rusiya prezidentinin verəcəyi son qərardan asılıdır.

ef7e9064741d5380217a550791ab802f36d83c06.jpg (55 KB)

Belə anlaşılır ki, Kremldə Türkiyənin Ukrayna böhranının nizamlanması üzrə vasitəçilik missiyasına hələlik elə də müsbət yanaşmırlar. Türkiyənin NATO üzvü olması, Ukraynanın ərazi bütövlüyünə və Krımın ilhaq edilməsinə yönəlik rəsmi mövqeyi Rusiyanın maraqları ilə kəskin ziddiyyət təşkil edir. Bu baxımdan, Kreml Türkiyədən bu iki önəmli məsələyə daha yumşaq və ya tolerant münasibət gözləyir.

Ancaq rəsmi Ankara dost və tərəfdaş hesab etdiyi Ukraynanı Türkiyənin Rusiya ilə son vaxtlar inkişaf prosesində olan münasibətlərinə qurban vermək istəmir. Ona görə də, israrla hər iki tərəfi mövcud narazılıqların aradan qaldırılması üçün Türkiyənin vasitəçiliyi ilə siyasi-diplomatik danışıqlara çağırır. Və bu məsələdə rəsmi Ankara hətta öz prinsipial mövqeyi ilə Rusiyaya təzyiq göstəməyə də çalışır.

Böyük ehtimalla Kreml hələlik prezident V.Putinin Ankaraya dəvət olunmasına müsbət cavab versə də, həmin səfərin yaxın vaxtlarda reallaşmasına həvəs göstərməyəcək. Yəqin ki, Rusiya bu səfərin baş tutması üçün ilk növbədə öz maraqlarına cavab verən zamanı gözləyəcək. Bu baxımdan, Kremlin rəsmən razılıq vermədiyi Türkiyənin vasutəçilik missiyasının baş tutacağından danışmaq hələ çox tezdir.

Halbuki, rəsmi Ankaranın vasitəıçilik missiyasının geri çevirməsi də Rusiyanın maraqlarından uzaqdır. Əgər, Kreml belə bir addım atarsa, bunun nəticələri yalnız Rusiyanın aqressiv dövlət imicinin möhkəmlənməsi ilə məhdudlaşmaz. Hər halda, Kreml Türkiyənin tamamilə Rusiyanın beynəlxalq rəqiblərinin düşərgəsinə yönəlməsindən qətiyyən məmnun qalmazdı.

9d787aa5dbf93b29eee5b487da1cc227.jpg (261 KB)

Məsələ ondadır ki, rəsmi Ankaranın vasitəçilik missiyasının geri çevrilməsi Türkiyənin birmənalı çəkildə Ukraynanın, o cümlədən, ABŞ və NATO-nun yanında yer almasına səbəb ola bilər. Ən azından ona görə ki, hazırda Ukraynanın Rusiya hərbi aqressiyasından yayındırılması rəsmi Ankaranın əsas siyasi-diplomatik hədəfləri sırasına daxildir. Və rəsmi Ankara bu niyyətini də qətiyyən gizlətmir.

Buna əmin olmaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamasına diqqət yetirmək tamamilə kifayətdir. Çünki Türkiyə lideri bir tərəfdən, Ukraynanın ərazi bütövlüyünün toxunulmazlığı məsələsinin rəsmi Ankara üçün “qırmızı cizgi” olduğuna eyham vurub. Ardıncasa, Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə, Türkiyənin NATO üzvü kimi öz öhdəliklərinə sadiq qalacağını vurğulayıb.

Təbii ki, bu, Rusiyaya yönəlik olduqca ciddi xəbərdarlıqdır. Rəsmi bu xəbərdarlıqla, Türliyə Ukraynaya qarşı Rusiyanın işğalçılıq siyasətini dəstəklənmək niyyətində olmadığının mesajını Kremlə çatdırmış oldu. Bu isə o deməkdir ki, Türkiyə-Rusiya münasibətləri ciddi şəkildə zərbə ala bilər. Rusiya qarşılıqlı münasibətlərin belə zərbələrə məruz qalmamasında indi Türkiyədən daha çox maraqlıdır. Və bu baxımdan, Kremlin Türkiyənin vasitəçilik missiyasının Rusiya üçün həlledici məqamda müraciət edə biləcəyi ehtiyat variantlardan biri kimi qalmasına çalışacağı da qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam