Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya bazarı çökür, rubl ucuzlaşır…-Bu, Azərbaycana necə təsir edə bilər?

 

Yenixeber.org: Rusiya ilə kollektiv Qərb arasında yaranmış böhran kulminasiya həddinə çatıb. Ekspertlərə görə, Ukraynada yeni müharibə təhlükəsi regiona ciddi iqtisadi və siyasi kataklizmlər vəd edir. Artıq Rusiyanın fond bazarında kəskin enmələr başlayıb, rublun məzənnəsi də dollar və avro qarşısında ucuzlaşır.

Məlumdur ki, Azərbaycanın neftdən kənar ticarətində Rusiya birinci pillədə qərarlaşıb. Ötən ilin statistik məlumatlarına görə, iki ölkə arasında ticarətin həcmi 4 faizdən çox artaraq, 3 milyard dolları keçib. Azərbaycan qonşu ölkəyə əsasən kənd-təsərrüfatı məhsulları göndərir, oradan isə ərzaq, qida əlavələri, sənaye məhsulları və s. idxal olunur. 

Onu da xatırladaq ki, Rusiyada 2 milyona yaxın azərbaycanlı çalışır və onların əksəriyyəti burada yaşayan ailələrinə pul göndərirlər. Ötən ilin statistik məlumatlarına görə, xaricdən ölkə vətəndaşlarına köçürülmüş 800 milyon dollara qədər vəsaitin əhəmiyyətli hissəsi Rusiyanın payına düşür. 

Bundan başqa, Azərbaycanın Dövlət Neft Fondu qonşu ölkənin daşınmaz əmlak sektoruna yüz milyonlarla dollar yatırım edib, habelə 45 milyard dollarlıq ehtiyatlarının 0.6 faizini Rusiya rublunda saxlayır. 

ABŞ başda olmaqla, Qərb ölkələri ard-arda bəyan edirlər ki, əgər Ukraynaya hücum olarsa, Rusiyaya ağır sanksiyalar tətbiq, hətta bu ölkə dünya bank sistemindən (SWIFT) çıxarıla bilər. Beləliklə, geosiyasi qarşıdurmanın qonşu ölkəyə ciddi təsiri qaçılmazdır və Azərbaycan da bundan təsirlənəcək.

Mərkəzi Bankın sədri Elman Rüstəmov ötən ilin oktyabrında keçirdiyi mətbuat konfransında demişdi ki, manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. O, deyib ki, beynəlxalq təşkilatlar da neftin qiyməti ilə bağlı proqnozunu əhəmiyyətli dərəcədə qaldırıb, üstəlik, onlar tədiyyə balansında əhəmiyyətli profisit gözləyirlər.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Rusiya ilə Qərb ölkələri arasında yüksələn ziddiyyətlərin Azərbaycan üçün ciddi təhlükə yaratmadığını deyir:

“Bir müddət əvvəl Türkiyədə də lirə dəyərdən düşmüşdü. Nəzərə almalıyıq ki, Azərbaycanla xarici ticarət dövriyyəsinə görə, Türkiyə Rusiyadan daha öndədir. O vaxt lirənin ucuzlaşmasının Azərbaycana mənfi təsirləri olmadı. Deməli, rublun də dəyər itirməsi ölkə iqtisadiyyatına və ya maliyyə bazarına təsir göstərməyəcək”.

Vahid Əhmədov onu da əlavə edib ki, qonşu ölkələrdə valyutaların dollar qarşısında ucuzlaşması Azərbaycana idxalı artırmağa şərait yaradır.

İqtisadçı Natiq Cəfərli bildirib ki, son zamanlar Qərb-Rusiya qarşıdurmasının gərginləşməsi, Ukrayna ətrafında baş verən hadisələr Rusiyanın səhm bazarına və rublun məzənnəsinə kəskin təsir göstərib. Onun sözlərinə görə, səhm bazarında kəskin ucuzlaşma, enmə var, rubl dollar qarşısında son iki ilin ən minimum səviyyəsinə düşüb, 1 dollar az qala 80 rubla bərabər olub. “Bütün bunlar sanksiya gözləntiləri ilə bağlıdır. Qərb tərəfindən yeni paket qəbul olunsa, Rusiyanın fond bazarına və rubla çox ciddi təsirləri olacaq. Bundan sonra Rusiya valyutasının növbəti ucuzlaşma dalğasının başlayacağı mümkündür”, – iqtisadçı əlavə edib.

Azərbaycana təsirlərə gəlincə, N.Cəfərli deyir ki, birbaşa təsirlər mövcud deyil: “Çünki Azərbaycan şirkətləri Rusiya səhm bazarında təmsil olunmurlar. Rus pulunun ucuzlaşması Azərbaycan-Rusiya əlaqələrində müəyyən disbalansın yaranmasına, nəticədə qonşu ölkənin Azərbaycana ixracının artmasına gətirib çıxara bilər. Çünki rubl ucuzlaşdıqca bu ölkədən mal gətirmək daha sərfəli olur. Amma burada bir problem də var ki, Rusiya bankları SWIFT sistemindən  aralansa, o zaman banklararası pul köçürmələrində ciddi problemlər yaranacaq. Hər iki tərəfdən qarşılıqlı olaraq köçürmələrin axsaması mümkündür ki, bu da pul dövriyyəsinə ciddi təsir göstərəcək. Nəzərə alsaq ki, Rusiyada böyük sayda azərbaycanlılar yaşayır, onlar banklar vasitəsi ilə buradakı ailələrinə vəsaitlər köçürürlər. İndi Rusiyanı SWIFT sistemindən ayırsalar, bu sahədə də ciddi çətinliklər yaranacaq”.(pressklub)

Elçin Eldaroğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam