Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ucar rayonu Qarabörk kənd məktəbinin "QARA GÜNLƏRİ":Məktəb direktoru adına RƏZALƏT

Yenixeber.org: Redaksiyamıza Ucar rayonu Qarabörk kənd sakini Əliyev Allahverdi Tarif oğlunun müraciəti daxil olub. Müəllif müraciətində məktəbin direktoru  Aysel Həmidovanın qanunazidd əməllərindən bəhs edir və bu istiqamətdə aidiyyatı dövlət oqranlarını hüquqi ölçü götürməsini istəyir: 
"Bildirirəm ki, mən  Ucar rayonu Qarabörk kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyirəm. İşlədiyim 12 il müddətində heç bir nöqsana yol verməmişəm. Ancaq indi istədiyi pulu verə bilmədiyim üçün Ucar rayonu Qarabörk kənd tam orta məktəbin direktoru  Aysel Həmidova məni işdən çıxaracağı ilə hədələyir.
15 Sentyabr  2020-ci il tarixdə Ucar rayonu Qarabörk kənd tam orta  məktəbə  direktor  təyin olunan  Aysel Həmidova  gəldiyi  gündən məktəbi  biznes  sahəsinə  çevirib,  yalnız  pul  toplamaqla  məşğuldur, vəzifəsindən  sui-istifadə  edərək, iş rejimini, qaydalarını, əmək normalarını pozur. Aysel Həmidova ilin  əvvəlində dərs bölgüsü  zamanı  müəllimlərin  adına  dərs, dərnək, məşğələ  yazır,  hər  ay  həmin  pulların  ona  verilməsini tələb edir. İşdən  bir  günlük   icazənin  qiyməti  15-20  manatdır.  Bəzi  texniki  işçilərin  işə  normal  davamiyyətinə  göz yumur, əvəzində  onlardan  pul  alır.  Hər  ay  “Fond  pulu”  adı  ilə  müəllimlərdən  15-20  manat  məbləğində  pul  yığılır ki, bu da bir ayda 1200 manat pul edir. Adını da belə qoyub ki, Fonda yığılan puldan məktəbin xərcləri ödəniləcək. Ancaq bu 1 il 6 ay ərzində Fonda yığılan puldan cəmi bir ədəd 200 manat qiymətinə olan hidrofon aparatı alınıb onun da 125 manatı fonddan ödənilib, 75 manatə maqazinə borclu qalıb.
Məktəbin direktoru Aysel Həmidova xəstəlik  səbəbindən   bulletendə  olan  müəllimlərin  dərslərini  digər əvəzçi müəllimə   yazaraq  pulunu  mənimsəyir. Aysel Həmidova məktəbdə sağlam emosiya ilə mühit yarada bilmir. Ancaq öz cibini və xeyrini güdür. Bütün müəllimləri və işçiləri təzyiq altında saxlayır. Məktəbdə  kütləvi  narazılıq  hökm  sürür.
 
 Onun  məktəbin  necə  idarə  olunmasından, müasir  təlim  texnologiyalarından xəbəri  yoxdur,  İKT bilikləri sıfır   səviyyəsindədir, ən sadə əməli yazı nümunələrini  yazmağı bacarmır, məktəbdə  kargüzarlıq  və  sənədləşmə  işləri biabırçı  vəziyyətdədir.
Direktor  məktəb daxilində dırnaqarası “ştat” formalaşdırıb və  işə düzəltmək adı ilə kənddə bir  neçə  nəfərdən  pul alıb.  Məktəbin bufetini işlədən Kifayət adlı kənd sakinindən məktəbə texniki işçi kimi qəbul edəcəyi adı ilə 2500 manat pul alıb.  Ancaq hələ də onu işə qəbul edə bilməyib nədə ki, pulunu geri qaytarmayıb.
Məktəbdə adı olan özü isə bir gündə işə gəlməyən musiqi müallliminin hər ay əmək haqqın direktor Aysel Həmidva alır.
Diqqət edin ki, bu Aysel Həmidova necə yararsız bir insandır ki, şəhidin məzarına əklil qoyulması üçün müəllimlərdən 150 manat pul toplayıb 20 manat dəyərində əkilili şəhidin məzarına qoydurub. Bu rəzalətdir ki, məktəb direktoru şəhid adı altında alver edir.
Respublikada seçkilər keçiriləndə Qarabörk kənd tam orta məktəbində səsvermə məntəqəsi yaradılır. Səsvermə məntəqəsinə alınmış 700 manat dəyərində yeni elektrik genratorunu və bir neçə ədəd oturaq stolunu direktor evinə aparıb köhnələri ilə əvəzləmişdir.
Babayev Zahir və onun həyat yoldaşı Babayeva Limuzər məktəbdə növbəli gözətçi vəzifəsində işləsələr də işə gəlmirlər.  Məktəbin qorunması ancaq orada olan 26 ədəd müşahidə kameralarının ümüdünə qalıb.
Müşahidə kamerasından söz açılmşkən qeyd edim ki, direktora pul verib işə gəlməyənləri aşkar etmək üçün həmin müşahidə kameralarına baxmaq kifayətdir.
Aysel Həmidova əslən Goranboy rayonundandır Ucar rayonunun Qazyan kəndinə ərə gəlib.O özünü Təhsil Naziri Emin Əmrullayevin yaxın qohumu kimi qələmə verib korrupsiya əməlləri ilə məşğul olur.
Qarabörk kənd  tam orta məktəbində təhsil adına böyük  bir rəzalət yaşanır. Məktəbin direktoru təhsil ocağını biznes sahəsinə çevirərək öz bildiyini edir. İrad  tutanlara  isə,  “Bu mənim işimdir, özüm bilərəm” deyir.
Ucar rayonu Qarabörk kənd tam orta məktəbi Heydər Əliyev Fondu tərəfindən yenidən tikilərək 15 senttyabr 2020-ci il tarixdə istifadəyə verilmişdir. 420 şagird yerlik məktəb binası 2 mərtəbə və 3 korpusdan ibarətdir. Mehriban Əliyevanın bu təşəbbüsünü Qarabörk kənd sakinləri alqışlayır.Ancaq çox təssüf olsun ki, belə yaraşıqlı müasir məktəbə feodal təfəkkürlü korrupsioner şəxs rəhbərlik edir. 
Mən mətbuat vasitəsi ilə Təhsil Naziri cənab Emin Əmrullayevdən və hüquq-mühafizə orqanlarından xahiş edirəm Ucar rayonu Qarabörk kənd tam orta məktəbin direktoru Aysel Həmidovanın korrupsiya əmlləri tam hərtərəfli və obyektiv araşdırlısın barəsində ciddi tədbirlər görülsün".  
Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam