Redaktor seçimi
Nəriman Əliyevin BAŞINDA NƏ İŞ VAR? -
Baydenin Bakıdan nə istəyib? –
Deputat Ülvi Quliyevlə bağlı ŞOK İDDİALAR... -
Şuşa palçığına xor baxan Polad Bülbüloğlu-
Tək deputat maaşı ilə Fəzail Ağamalı bu qədər mülkü necə əldə edib? –
“Lotu Quli” ilə Prezidentin köməkçisi Kərəm Həsənovun dostluğu: Türkiyədə qalmaqallı otelin sirləri-
Baş tutmayan intihar, 17 il sonrakı ölüm, casus təyyarənin sonu -
Neft ölkəsinin sürünən yoxsulları-
Günün xəbəri

“YELTSİN DAYANMADAN KLİNTONA YALVARIRDI...” -"Avropanı Rusiyaya ver, ABŞ Avropada yerləşmir"

Ukrayna ətrafında yaranmış böhranla əlaqədar ABŞ və Rusiya arasında gedən danışıqların yalnız zahiri tərəfləri bəllidir. O da məlumdur ki, Rusiya Ukraynanın gələcəkdə NATO üzvü olması təhlükəsini indidən önləmək niyyətindədir.

Yenixeber.org: Rusiya 1990-cı illərdə əldən verilmiş mövqelərini geriyə qaytarmağa çalışır. Həmin illərdə Rusiyanın iqtisadiyyatı çətin durumda olduğu üçün ölkə Prezidenti Boris Yeltsin maliyyə yardımı qarşılığında bir çox vacib məsələlərdə Qərbə güzəştə getməyə məcbur olmuşdu.

Fransanın həftəlik “Le Point” nəşri “Boris Yeltsin Bill Klintona Avropanın ona verilməsi üçün necə yalvarırdı“ başlıqlı məqaləsində keçmişə - 1990-cı illərə qısa ekskurs edərək məsələnin kökünə işıq salır. 

Həmin məqalənin tərcüməsini təqdim edirik:

”Putin Şərqi Avropada əl-qolunun bağlanmaması və sələfi Boris Yeltsinin fəaliyyətindəki çatışmazlığı düzəltməyə imkan verilməsi üçün amerikalılara təzyiq göstərir. Bəli, Boris Yeltsinin fəaliyyəti öz ardıcıllığı ilə fərqlənməyib.

Əslində, burada söhbət inanılmaz hesab ediləcək bir dialoqdan gedir. Boris Yeltsinin hakimiyyəti zamanı Ukrayna və NATO-nun gələcəyi ilə bağlı məsələnin müzakirə edilməsi üçün Qərb və Rusiya arasında görüş keçirilirdi. Bu, yeganə müsbət məqam idi. Belə ki, bir neçə il sürən səssizlikdən sonra iki tərəf arasında, nəhayət, danışıqlar başlayacaqdı. Sözügedən dialoqun nəticələri barəsində məlumat 1990-cı illərdə Amerika arxivlərinin açılmasından sonra üzə çıxmışdı.

1999-cu ilin 19 noyabrında Bill Klinton və Boris Yeltsin sonuncu dəfə İstanbulda görüşüblər. Rusiya Prezidenti Boris Yeltsin Vladimir Putini yenicə Baş nazir təyin etmişdi. Deyəsən, ozamankı Rusiya Prezidenti qəflətən anlamışdı ki, inanılmaz dərəcədə məsuliyyətsiz qərarlar verib. Belə ki, Yeltsin Sovet İttifaqı üçün qalxan rolu oynayan “Varşava Müqaviləsi Təşkilatı”na daxil olan ölkələr hesabına NATO-nun genişlənməsi ilə bağlı müqaviləyə 1997-ci ildə imza atmışdı. Özünün seçdiyi və “çox ağıllı, lakin sərt adam” adlandırdığı Putinə hakimiyyəti verməmişdən öncə Yeltsin avantüraya getmişdi. ABŞ Prezidenti Bill Klintonla görüşü zamanı Boris Yeltsin ona deyib:

- Bill, mən səndən bir şeyi xahiş edirəm. Avropanı Rusiyaya ver, ABŞ Avropada yerləşmir. Avropa avropalıların işi olmalıdır. Rusiya yarı avropalı, yarı asiyalıdır.

Klinton: 

- Mən bütün avropalıların bununla razılaşacağını düşünmürəm.

Yeltsin:

- Bəli, hamısı yox. Amma mən avropalıyam və hesab edirəm ki, Rusiya Avropanın təhlükəsizliyini təmin edəcək. Mən ciddi deyirəm, Bill, Avropanı Rusiyaya ver. Avropa indiki qədər özünü Rusiyaya yaxın hiss etməyib...

 

 

O, bilirdi ki, bu təklif Avropanın finlandiyalaşması təsiri bağışlayır və onun uğur əldə etmək şansı yoxdur (Bu, Avropanın Rusiyaya düşmən olmayan Finlandiya kimi neytral əraziyə çevrilməsi demək idi).

Rusiya Prezidenti altı ildən artıq çəkən bu “ticarətdə” axıradək nəsə əldə etməyə cəhd göstərib. Lakin Yeltsin ən əsas məsələni gözdən qaçırıb. Amerika arxivlərinin məlumatından aydın olur ki, Klintonla həm üz-üzə görüş, həm də telefon danışıqları zamanı Boris Yeltsin bir-birinin ardınca rəmzi güzəştlər edib. Hansısa məqamda Bill Klinton NATO-nun genişlənməsinin əvəzinə Rusiyanın “Böyük yeddilik”də təmsil olunmasına və ən əsası isə, Qərbin ona iqtisadi və maliyyə yardımı göstərəcəyinə razılaşmışdı. SSRİ-nin dağılmasından sonra Rusiya çox ağır vəziyyətdə idi.

Beləliklə, 1996-cı ildə yenidən Prezident olmaq yolunda Yeltsini ölkə daxilində çox çətin seçki gözləyirdi. Ona görə də Klintonla telefon danışıqları zamanı o, çox aciz görünürdü. Yeltsin deyirdi: ”Mən indicə Beynəlxalq Valyuta Fondunun direktoru Kamdesyu ilə danışmışam. Sən öz nüfuzundan istifadə edib kreditin 13 milyard dollara kimi qaldırılmasını xahiş edə bilərsənmi? Axı, mən bəzi sosial problemləri həll etməliyəm. Bu, mənim yenidən seçilməyim üçün vacibdir. Əslində, pul mənə dövlət işçilərinin maaşını və təqaüdləri vermək üçün lazımdır.”

Kreditlərin əvəzinə Yeltsin ümumi yekunda keçmiş “qardaş sosialist ölkələri”nin NATO-ya daxil olmasına razılaşmışdı. Onu da demək lazımdır ki, içki aludəçisi olan Rusiya Prezidentinin bir çox hallarda düşünülmüş siyasi addımlar atmamasına baxmayaraq, o, bu qərarı verənədək xeyli tərəddüd etmişdi. Axı, ”Varşava Müqaviləsi Təşkilatı”nın ləğvindən sonra NATO-nun genişlənməsi onun ölkəsi üçün alçalmaq demək idi. Bu, hazırda Rusiya diplomatiyasının dəyişməz qaldığını daim vurğulayan Putinin keçirdiyi hisslərə bənzəyir. Putinin fikrinə görə, Qərb nəinki Ukraynanın Rusiyanın təsir zonasında qalması ilə razılaşmalı, həm də NATO 1997-ci ildəki sərhədlərinə qayıtmalıdır”.“Azpolitika”

шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam