Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Dünya üçün əcəl zəngi -Müharibə fevralın 4-də başlaya bilər

Gələn ay Çində Qış Olimpiadası başlayır, 2008-ci ildə Pekin Yay Olimpiadasının açılış günü nə baş verdiyini xatırlamayan varmı?

Yenixeber.org: Rusiya ilə Qərb (NATO) anlaşa bilmədi. Rusiyanın şərtlərinə rəğmən NATO bəyan edib ki, Gürcüstan və Ukraynanı Alyansa daxil etmək düşüncəsindədirlər. NATO baş katibi bir gün əvvəl isə Rusiyanın daha bir qonşusu Finlandiyanın da quruma üzv görmək istədiklərini bəyan etmişdi. Beləliklə, Rusiyanın təklif və təhdidlərinə rəğmən NATO geri çəkilmədi, Moskva da öz hesabını götürdü.

ABŞ-la ikitərəfli danışıqlar haqda da optimizmə heç bir əsas yoxdur, baxmayaraq ki, Vaşinqton Rusiyanın təklifləri ilə bağlı yazılı cavab hazırlayacağını vəd edib. Artıq Avropadakı görüşlərlə bağlı prezident Putinə də məruzə edilib, Rusiyanın xarici siyasət idarəsinin başçısı Sergey Lavrovun da mövqeyi açıqlanıb. Rusiya rəsmilərinin ümumi mövqeyi ondan ibarətdir ki, Moskva ölkənin təhlükəsizliyi üçün hər şeyi edəcək və müharbə variantı da istisna deyil.

NATO-nun Rusiya ilə anlaşmaması bir yana, Moskvanı qızdıracaq, daha da aqressivləşdirəcək mövqe sərgiləyərək Finlandiyanı və Gürcüstanı vaxtından əvvəl hədəfə çıxarmağın mənası nədir?

NATO Rusiya ilə qarşıdurmanı dərinləşdirmək xətti götürməklə nə demək istəyir, məqsəd nədir? Ola bilsin, ABŞ kəşfiyyatı NATO-dakı həmkarlarının başının altına yastıq qoyur ki, “biz bilirik, Rusiya blef edir, sizə yetəcək gücü yoxdur”. Putin ilin sonunda Müdafiə Nazirliyində keçirilən görüşdə ABŞ-ın həmin gülməşəkər kəşfiyyatına xeyli lağ etmişdi, İraqda kimyəvi silah olması barədə doğru olmayan məlumatlarını, sonradan özlərinə necə haqq qazandırdıqlarını yada salaraq gülmüşdü. İndi ola bilsin, həmin kəşfiyyat bu dəfə NATO üzvlərini ürəkləndirib ki, Moskvadan çəkinməyə səbəb yoxdur, əksinə onların üzərinə gedin. Çünki Avropadakı danışıqlara ciddi ümid olmasa da, gərginliyin heç olmasa, azalacağı gözlənilirdi. Amma əksinə proses baş verməkdədir və bundan sonra dünya ancaq gərginliyə hazır olmalıdır.

Bir partlayış mütləq olacaq: nə olacaq, kim-kimin gəmisini, kim-kimin təyyarəsini vuracaq, bunu münəccim kimi demək çətindir. Amma belə görünür ki, qan çıxmasa tərəflər məsələnin ciddiliyini anlayıb soyuq başla masa arxasında oturmayacaqlar. Açığı Putinin səbri adamı heyrətləndirir, Qərb ona son görüşlərdə meydan oxudu, bunun başqa adı yoxdur. Bu reaksiyanı gözləyirdimi, demək çətindir.

Rusiyanın şərtləri doğaldır, ölkənin narahatlığı başa düşüləndir. Düşmən hərbi blok Rusiyanın sərhədləri yaxınlığında alyansa yeni üzv dövlətlər qoşmaq istəyir. Ukrayna və Gürcüstan bilinən hədəflərdir, “papağın altında” daha hansı ölkələr var, bu da müəmma. O səbəbdən Rusiya “bizim geri çəkilməyə yerimiz yoxdur” deyəndə haqlı görünür. NATO deyir ki, Ukraynanı hələ üzv qəbul etməyi düşünmürük, amma xəbərlər Rusiyanın narahatlığının əbəs olmadığını göstərir. Hər gün NATO və ABŞ təyyarələri Kiyevə düşürlər, ölkəyə ciddi hərbi və maliyyə dəstəyi axır. Rusiya da sərhəddə qoşunlarını artırır. Yəni mümkün Rusiya-NATO(ABŞ) müharibəsinin başlaya biləcəyi məkanın adı dəqiqdir: Ukrayna.

Ukraynanın bu qarşıdurmanın sonunda bədbəxt olacağını demək olar. Rusiya qoşun da, hərbi güc də itirə bilər, sanksiyalar daha da sərtləşər, amma bu Moskvanı çətin ki, zəiflətsin. Moskva separatçı qurumları(“DXR”və LXR”) tanımaq, hətta himayəsinə almaq üçün bütün prosedurları əlində hazır tutur. NATO və ABŞ Ukraynaya son günlər dəstək verəcəklərini daha möhkəm səslə bəyan edirlər. Amma bu qarşıdurmada Ukrayna ayaq altında qalacaq, NATO-nun dəstəyi nə olacaq, rus əsgərinə güllə atmağa cəsarətləri çatacaqmı, onu da görəcəyik. Qərb üçün də heç bir mənəvi dəyər qalmayıb, Rusiyanın bir tayı da onlardır. Ukraynanı açıq-aşkar güdaza verirlər.

Almaniyanın bu məsələdə mövqeyi bir az fərqlidir. Bəlkə də Avropada sonuncu dəhşətli müharibənin qurbanı onlar olduğuna görə qan tökülməsini önləməyə çalışırlar. Almaniya Ukraynanı və Rusiyanı Norman formatında danışıqlara qaytarmağa çalışır. Amma indi Almaniyanın sözü Kiyevdə zəif eşidilir. Zelenski Vaşinqtondan və Brüselldən gələn zənglərə və mesajlara daha həssasdır.

Dünya üçün əcəl zəngi isə yaxınlaşır, bunun səsini eşitməmək mümkün deyil. Fevralın 4-də Pekində Qış Olimpiadası başlayır. 2008-ci ildə Pekin Yay Olimpiadasının açılış günü nə baş verdiyini xatırlamayan varmı?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam