Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Belarusa sanksiyaların üçüncü dalğası gəlir –Lukaşenko 600 mühaciri geri qaytardı

Bir neçə həftədir Belarus-Polşa sərhədində qalmış 600-cən iraqlının noyabrın 26-da ölkəsinə qayıtdığı bildirilir.
Yenixeber.org: Məlumatı İraq hökuməti və muxtar kürd regionunun rəsmiləri verib.
Ötən həftə Belarus yüzlərlə iraqlını repatriasiya etmişdi. Bir neçə həftədir minlərlə miqrant şaxtalı havada gecələyir.
İraqın Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Sahaf deyib ki, deyib ki, 617 vətəndaş Belarus paytaxtından çıxan İraq Hava Yolları reysləri ilə könüllü repatriasiya olunub.
Təyyarələr noyabrın 26-da gecə kürd regionunun paytaxtı Ərbilə enib.
Noyabrın 18-də ümumilikdə 431 miqrant Minskdən yola salınıb. Təyyarə Ərbildə eniş edəndən sonra paytaxt Bağdada uçub.
Avropa Birliyi Belarusu idarə edən Aleksandr Lukaşenko Yaxın Şərqdən miqranları sərhədə yığmaqda ittiham edir. Bunun AB-nin sanksiyalarına cavab olaraq həyata keçirildiyi deyilir. Lukaşenka ötən il onun prezident seçilməsinə etiraz edənlərə zorakılıqda divan tutandan sonra sanksiyalar tətbiq olunub.
Son aylar sərhəddə azı 11 miqrantın öldüyü xəbər verilir. Polşa daxil olmaqla qonşu ölkələri sərhədi möhkəmləndiriblər.
Bu arada AB Belarusa bloka qarşı miqrantlar vasitəsilə hibrid hücuma görə sanksiyaların üçüncü paketini hazırlayır.
1994-cü ildən hakimiyyətdə olan Lukaşenko BBC-yə müsahibəsində miqrantları böhran yaratmaq məqsədlə sərhədə cəlb etdiyini inkar edib. (azadliq.org)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam