Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Sosial Xidmətlər Agentliyi”nin sosialyönümsüz xidmətləri-NONSES

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial Xidmətlər AgentliyiPublik Hüquqi Şəxsin elan etdiyi kotirovka müsabiqələrinin qalibləri məlum olub.
Yenixeber.org: Nəqliyyat vasitələrinə servis xidmətinin göstərilməsi, ehtiyat hissələrinin satın alınmas və  abadlıq xidmətləri üzrə elan olunan müsabiqələrin qalibləri "MY AUTO" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Lotus Co" QSC olub.

"MY AUTO" MMC “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsin sifarişi ilə nəqliyyat vastələrinin təmiri və ehtiyat hissələrinin alınmasını həyata keçirəcək və qarşılığında 23020 manat alacaq.

"Lotus Co" QSC isə “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsin sifarişi ilə sosial xidmət müəssisələrində abadlıq xidmətlərini həyata keçirəcək və qarşılığında 29985 manat alacaq

Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq kotirovka sorğusu elan edilmədən, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə, eləcə də alınan malların miqdarı və görüləcək işlərin həcmi haqqında məlumat verilmədən...(?) “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsi "MY AUTO" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Lotus Co" QSC-ni seçib və toplam 53000 manatdan artıq büdcə vəsaitini etibar edib.

“Sosial Xidmətlər Agentliyi”Publik Hüquqi Şəxsi həm də görüləcək işlərin təfərrüatını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu dövlət təşkilatının da vəzifə borclarından biridir... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur, “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsi nədən bu qanunu “unudub” və müvafiq kotirovka sorğuları baş tutmadan hansısa şirkətlərlə birbaşa müqavilə bağlayıb? Burada hansı bir istisna mümkündür ki?

                                ***
İnernet üzərindən araşdırmalarımızla məlum oldu ki, "MY AUTO SERVICE MMC" Məhdud Məsuliyyətli Cəmiyyəti 8 Yanvar 2018-ci il tarixdə qeydiyyata alınıb və  hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, SABİT ORUCOV ev 8A m.7. Nizamnamə kapitalı 100 manatdır, qanuni təmsilçisi isə Xaspoladov İlqar Yaşar oğludur.

Qeyd edək ki, “Lotus Co” QSC isə 2017-ci ilin avqustunda yaradılıb. Vergilər Nazirliyinin saytındakı kommersiya hüquqi şəxslərin reyestr məlumatlarında göstərilir ki, sahibi Seymur Məmməd oğlu Cəfərovdur. Nizamnamə kapitalı 2010.00 manat olan şirkətin ofisi Bakıda yerləşir (Nəsimi rayonu, Mir Cəlal 4 Mkr, ev 60, m 89). Bu şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sevimli tərəfdaşlarındandır... Google üzərindən bir axtarış kifayətdir ki, tərəflərin əməkdaşlığı ilə bağlı “N”dənə nümunə ilə rastlaşasan. Hətta bu şirkətin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə məxsusluğunu iddia edənlər də var.

 “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsin toplam 53000 manatdan artıq büdcə vsaitini etibar etdiyi bu şirktlərin internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmək mümkün olmadı(?) 

Biz Yenixeber.org olaraq bu mövzu ilə bağlı “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsdən bu və digər suallarımıza aydınlıq gətirilməsini istəsək də, olmadı. Təşkilatın rəhbəri hörmətli Vüqar Behbudova ünvanladığımız online sorğu hələ də, cavabsız qalmaqdadır(?) (Yenixeber.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam