Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Qırmızı cizgiləri” aşan Paşinyan ram edildi: Putin erməni baş nazirə “barmaq silkələdi”

Paşinyan hakimiyyətinə Rusiya prezidenti Vladimir Putinin imzası olan anlaşmaların icrasından yayınmaqda Qərbin Ermənistana yardım edə bilməyəcəyinin sərt mesajı verilib; Savaş meydanında biabırçı məğlubiyyətdən sonra erməni baş nazir siyasi diplomatiyada da ağır kapitulyasiya ərəfəsindədir, indi o, Soçiyə gedərək, Azərbaycan və Rusiya prezidentləri qarşısında öz öhdəliklərinin icrası ilə bağlı hesabat verməli olacaq...

Yenixeber.org: Cənubi Qafqaz uğrunda mübarizə intensivləşir. Qərb siyasi dairələri Rusiyanı regiondan sıxışdırmağa çalışırlar. Əsas hədəf Kremlin Cənubi Qafqazda regional sülhyaratma prosesindən tədricən təcrid olunmasıdır. Və bu, Rusiyanın regional maraqlarına real təhlükə yaratmaqla yanaşı, Kremlin oyundankənar vəziyyətə salınması ehtimalını da aktuallaşdırır.

Onu da qeyd edək ki, regionda başladılan Rusiya əleyhinə geopolitik oyunlarda alət rolunda məhz Ermənistan çıxış edir. Qərb siyasi dairələri rəsmi İrəvanı Rusiyanın vasitəçilik missiyasından imtina etməyə şirnikləndirməyə cəhd göstərirlər. Və bu məsələdə Rusiyanın for-postu statusundan uzaqlaşacağı təqdirdə, Ermənistana vəd edilənlər Paşinyan hakimiyyətini Kremlə qarşı mövqe tutmağa həvəsləndirir.

Ancaq bu, rəsmi İrəvan üçün olduqca təhlükəli və geopolitik risk daşıyan mövqedir. Ermənistan öz baş nazirinin yeni avantürist manevirlərinin əks zərbələrini yaxın vaxtlarda tam ağırlığı ilə hiss edə bilər. Çünki, Kreml onilliklər ərzində sadiq qaldığı “erməni layihəsi”ndən tədricən imtina etmək xətti tutsa da, Rusiyanın Cənubi Qafqazdakı maraqları dəyişnməz olaraq, qalmaqdadır.

c9d02761-ab86-4e6a-bb92-2e12a4504836.jpg (196 KB)

Məsələ ondadır ki, Kreml Ermənistanı Cənubi Qafqaza can atan Qərb siyasi dairələrinə - ABŞ, Fransa və Avropa Birliyinə vermək niyyətində deyil. Əksinə, Kreml Ermənistanı əvvəlki kimi öz nəzarətində saxlamaqda qərarlıdır. Sadəcə, Rusiya vaxtilə “erməni layihəsi”ndən Türk Dünyasına qarşı coğrafi parçalama faktoru kimi istifadə edirdisə, indi artıq buna ehtiyac duymur.

Səbəblərsə, o qədər də qəliz deyil. Rusiya öz cənub sərhədlərində ABŞ və Qərbin yerləşməsini Türk Dünyası ilə ortaq maraqlar çərçivəsində bloklamağa üstünlük verir. Ona görə də, Kreml Rusiyanın cənub sərhədləri ilə qonşu Cənubi Qafqazda, eləcə də Orta Asiyada ABŞ və Qərbin “hərbi-siyasi nəfəsi”ni hiss etməkdənsə, həmin regionlarda Türkiyənin yerləşməsini daha məqbul hesab edir. Bu baxımdan, Kreml üçün ənənəvi olaraq, Türk Dünyasına qarşı istifadə etdiyi “erməni layihəsi” artıq öz əhəmiyyətini itirməyə başlayıb.

Bütün bunları nəzərə aldıqda, Ermənistanın Rusiya ilə ciddi problemlərinin ola biləcəyi qətiyyən istisna deyil. Kreml Ermənistanı regional for-post kimi öz təsir dairəsində saxlamaqda davam edəcək. Eyni zamanda, rəsmi İrəvan üçün geopolitik proseslərdə məhdud çərçivəli rol ayırmaqla, Ermənistanın Rusiya və Türk Dünyası arasındakı ortaq maraqlar müstəvisində problemə çevrilməsinin qarşısını almağa üstünlük verəcək. Və rəsmi İrəvanın buna müqavimət göstərmək cəhdlərini də Rusiyanın Ermənistan üzərindəki təsir mexanizmləri ilə bloklayacaq.

236026235.jpg (75 KB)

Onu da qeyd etmək lazımdır ki, Kreml artıq bu istiqamətdə real addımlar atmaqla, rəsmi İrəvana növbəti dəfə dura biləcəyi yeri göstərməyə nail olib. Belə ki, Qərb siyasi dairələrinin əlinə oynamağa çalışan Paşinyan hakimiyyətinin son manevrləri Kremlin sərt reaksiyası ilə qarşılanıb. Və rəsmi İrəvana Rusiyanın “qırmızı cizgilər”indən kənara çıxacağı təqdirdə, Ermənistanı gözləyə biləcək daha ağır geopolitik zərbələr anladılıb.

Cəmisi bir neçə gün öncəyə qədər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında yüksək səviyyəli görüşün məhz Brüsseldə Avropa Şurasının vasitəçiliyi ilə keçirilməsinə yönəlik anlaşmadan rəsmi İrəvan tamamilə məmnun görünürdü. Ancaq indi vəziyyət tamamilə dəyişməyə başlayıb və artıq Paşinyan hakimiyyətinin məmnuniyyəti də tədricən məyusluqla əvəzlənmək üzrədir. Və bu, qətiyyən səbəbsiz deyil.

Məsələ ondadır ki, rəsmi İrəvanın “geopolitik kələkbazlıq” manevrləri Kreml tərəfindən demək olar, bloklanıb. Düzdür, Brüsseldə keçirilməsi nəzərdə tutulan Əliyev-Paşinyan görüşü hələlik öz aktuallığını qoruyub, saxlayır. Ancaq son baş verənlərdən sonra həmin görüşün ən yaxşı halda, formal xarakter daşıya biləcəyi də qətiyyən istisna deyil.

Belə ki, Paşinyan hakimiyyətinin Qərb siyasi dairələrini regional proseslərə ortaq etməyə göstərdiyi cəhdlərə dərhal müdaxilə edən Kreml qısa müddətdə öz istəyinə nail ola bildi. Artıq məlumdur ki, Brüssel görüşündən öncə - yəni noyabrın 26-da Rusiya, Azərbaycan və Ermənistan liderləri Soçidə bir araya gələcəklər. Bu, o deməkdir ki, Əliyev-Paşinyan yüksək səviyyəli görüşünə məhz Rusiya prezidenti Vladimir Putin vasitəçilik edəcək.

tahirirvankreml.jpg (29 KB) 

Maraqlıdır ki, həmin yüksək səviyyəli görüşün gündəliyi barədə də ilkin məlumatlar artıq yayılıb. İddialara görə, görüşdə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası müzakirə olunacaq. Eyni zamanda, regionda sabitliyin möhkəmləndirilməsi, dinc həyatın bərqərar olması üçün gələcək addımlar müəyyən ediləcək, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına, inkişafına xüsusi diqqət yetiriləcək.

Belə anlaşılır ki, Rusiya tərəfindən Ermənistana hər biabırçı hərbi məğlubiyyətdən sonra yardım üçün hansı dövlətin yanına qaçdığı xatırladılıb. Eyni zamanda, rəsmi İrəvana üçtərəfli anlaşmaların icrasından yayınmağın mümkün olmayacağı da başa salınıb. Paşinyan hakimiyyətinə Rusiya prezidenti Vladimir Putinin imzası olan anlaşmaların icrasından yayınmaqda Qərbin Ermənistana yardım edə bilməyəcəyinin də sərt mesajı verilib.

Bütün bunlar isə o deməkdir ki, Kreml sahibi V.Putinin “barmaq silkələdiyi” Ermənistan baş naziri N.Paşinyan indi Soçiyə gedərək, Azərbaycan və Rusiya prezidentləri qarşısında öz öhdəliklərinin icrası ilə bağlı hesabat vermək məcburiyyətindədir. Yəni, savaş meydanında biabırçı məğlubiyyətlə üzləşmiş Ermənistanın baş naziri N.Paşinyan üstəlik, siyasi diplomatiya sahəsində də ağır kapitulyasiya ərəfəsindədir. Və Soçi görüşünün nəticələrinə uyğun olaraq, Brüsseldə müzakirələr sadəcə, ya formal xarakter daşıya, ya da ümumiyyətlə, ləğv oluna bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam