Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin "unutqanlığı"-Daha bir tender müəmması...-YENİLƏNDİ

“Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin elan etdiyi kotirovka müsabiqələrinin qalibi məlum olub.
Yenixeber.org: Səhiyyə müəssisəsinin nəqliyyat vastələrinin təmiri ilə bağlı iki lot üzrə elan olunan müsabiqənin qalibi "Lubricants Supplier" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 02.11.2021-ci il tarixdə start götürən hər iki lot üzrə müsabiqəyə dünən-15.11.2021-ci ildə yekun vurulub.
"Lubricants Supplier" MMC “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin sifarişi ilə nəqliyyat vastələrinin cari və əsaslı təmirini həyata keçirəcək və qarşılığında birinci işlə bağlı 15198 manat, ikinci işlə bağlı isə 12331 manat alacaq.

Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq kotirovka sorğusu elan edilmədən, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də görüləcək işlərin həcmi barədə məlumat verilmədən...(?) “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi "Lubricants Supplier" MMC-ni seçib və 27529 manat büdcə vəsaitini etibar edib.

“Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi həm də görüləcək işlərin təfərrüatını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu dövlət təşkilatının da vəzifə borclarından biridir... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur: “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi nədən bu qanunu “unudub” və müvafiq kotirovka sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlayıb? Burada hansı bir istisna mümkündür ki?

  

Bir dövlət qurumunun iki lot üzrə elan etdiyi kotirovka soğusunun qalibi olan "Lubricants Supplier" MMC haqqında isə heç bir bilgi öyrənmək mümkün olmadı... “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin toplam 27529 manat büdcə vsaitini etibar etdiyi bu şirktin internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmək mümkün olmadı(?) 

Bu arada diqqəti çəkən digər faktor isə “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Nəqliyyat vastələrinin təmirinin iki mərhələdə- cari və əsaslı olaraq icra olunmasıdır(?) Nəqliyyat vastələrinin cari təmiri nə, əsaslı təmiri nədir? Həm də, eyni zamanda-paralel olaraq???

Amma, cavablandırılası suallar bununla bitmir. Biz Yenixeber.org olaraq bu mövzu ilə bağlı “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdən bu və digər suallarımıza aydınlıq gətirilməsini istəsək də, olmadı. Təşkilatın rəhbəri hörmətli Rasim Əkbərova ünvanladığımız online sorğu hələ də, cavabsız qalmaqdadır(?) 

          ***

“Dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onların müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi…”

Bu sözləri isə cənab prezident İlham Əliyev sentyabrın 14 də Cəlilabad və Şəmkir rayonlarına təyin etdiyi yeni icra başçılarını videoformatda qəbul edərkən söyləyib.

                   ***

“Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Rasim Əkbərovun imzası ilə sorğumuza cavab verildi... Cavab qaneedici olmasa da belə, bəlli qaydalara uyğun olaraq qarşı tərəfin mövqeyini olduğu kimi dərc edirik: 

1. “Lubricants Supplier” MMC ilə müqavilə keçrilmiş katirovka sorğusunun nəticələrinə görə bağlanmışdır.Katirovka sorğusu satınalmalar haqqında qanunun tələblərinə tam uyğun olaraq keçrilmış,nəticələr pratakolla rəsimləşdirilmişdir və müvafiq orqana təqdim olunmuşdur.Rəsmi cavab alındıqdan sonra müqavilə bağlanmışdır.

2. Müəssəmiz tərəfindən görüləcək işlərin həcmi dövlət satınalma portalında rəsmi olaraq elektron qaydada göstərilmişdir

3. İnternet vergi idarəsindən avtomobillər üçün hissələrin,qovşaqların və ləvazimatların pərakəndə satışı üzrə texniki imkanlara malik olması barədə arayış təqdim olunmuşdur.

4. Fəaliyyəti,maliyyə vəziyyəti,vergi öhdəlikləri barədə müvafiq vergi orqanından arayış təqdim olunmuşdur.

5. Nizamnamədə qeyd olunmuş fəailiyyət növləri ilə məşğuldur.Fəaliyyət kodu elektron vergi arayışında qeyd olunmuşdur.

6. Müqavilə qanunauyğun olaraq bağlanmışdır.

Mövzunun davamı olacaq.(Yenixeber.org)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam