Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Əmlakımız sifarişlə yandırılıb”-Baş prokurora MÜRACİƏT+FOTOLAR

Yenixeber.org: Redaksiyamıza Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 50/2 A ünvanda yaşayan Əliyev Samir Yasəf oğlunun və Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 50/2 ünvanda yaşayan Abudov Eldəniz Məhəmməd oğlunun Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə ünvanladığı müraciətin surəti daxil olub. Müraciətdə hər iki şəxs əmlaklarının (Ev və avtomobilin) yandırıldığını və sifarişçinin məsuliyyətdən kənarlaşdırıldığını bildirirlər. Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlə müraciəti dərc edirik:   

“Yazıb sizə bildiririk ki,Yusifov Fariz Mübariz oğlu, Qasımov Anar Rövşən oğlu və Verdiyev Sənan Cəlal oğlu ilə birlikdə çinayət əlaqəsinə girərək cinayətkar birlik, cinayətkar təşkilat yaradaraq 27 oktyabr 2017-ci il tarixində, saat 03 raddələrində bizə məxsus evin və avtomobilin yandırılmasına nail olmuşlar. Bu faktı sübut edən audio səs yazısı cinayəyt işinə əlavə edilmişdir. İstintaq orqanı tərəfindən cinayət işi üzrə iki şəxsə (cinayətin təşkilatçısına və icraçısına) təqsirləndirmə verilərək Xətai rayon Məhkəməsinə daxil olmuş və Hakim Fuad Axundov 02.07.2021-ci il tarixli qərarı ilə cinayətin icraçısının Anar Qasımovun müdafiə hüququnun pozulması ilə əlaqədar prokurorluğun vəsatəti təmin edilərək cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Xətai rayon Prokuroruna qaytarılmış və müstəntiq barədə xüsusi qərar qəbul edilmişdir. Bundan sonra cinayət işinin araşdırılması başqa müstəntiqə-Ruslan Sadıqova həvalə edilmişdir. Xətai rayon Polis idarəsinin müstəntiqi Ruslan Sadıqov cinayətin təşkilatçısını-Fariz Yusifovu aradan çıxarmış və cinayət işi üzrə heç bir prosesual hərəkətlər aparmayaraq, yenidən cinayət işini bir şəxsə (cinayətin icraçısı Anar Qasımova) ittiham elan olunaraq, cinayət işini yenidən məhkəməyə göndərmişdir.

 

Sizin nəzərinizə çatdırırıq ki, cinayətin icraçısı Anar Qasımov bizləri tanımır və bizlərlə heç bir ədavəti yoxdur. Hansı səbəbdən Anar Qasımov tərəfindən bizim əmlakımız yandırılaraq məhv edilməlidir. Səs yazısında cinayətin icraçısı vurgulayır ki, o Fariz Yusifovun şifarişi ilə, 1000 (min) AZN pul müqabilində bizim əmlaklarımızı yandırıb. Bu halları Anar Qasımov öz izzahatlarında da bildirmişdir. Cinayətin üstünün açılmasının səbəbi isə cinayətin sifarişçisi Fariz Yusifovun cinayətin İcraçısına pulun tam yarsını verməməsidir.

Bildirirəm ki, hakim Fuad Axundov tərəfindən qəbul edilmiş 1(011)-236/2021 nömrəli cinayət işi üzrə 02.07.2021-ci il tarixli qərar müdafiə hüququnun pozulmasından daha çox cinayətin təşkilatçısı Fariz Yusifovun cinayət məsuliyyətindən kənarda saxlanılmasına xidmət etmişdir.

Bildiririk ki, hal-hazırda məhkəməyə təkrar daxil olan 1(011)-236/2021 nömrəli cinayət işini yenidən Fuad Axundovun öz icraatına götürməsi bizdə onun cinayətin təşkilatçısı Fariz Yusifovun cinayət məsuliyyətindən kənarda saxlanılmasına kömək etməsinə əsaslı şübhələr yaratmışdır. 

Məhkəməyə təkrar daxil olan 1(011)-236/2021 nömrəli cinayət işi Xətai Rayon Polis İdarəsinin müstəntiqi Ruslan Sadıqov tərəfindən daha ciddi və daha kobud qanun pozuntuları ilə aparılmış və məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bildiririk ki, istintaq aparılarkən ümumiyyətlə bizimlə hər hansı prosessual hərəkətlər aparılmamış, cinayət işi bizdən gizli formada aprılaraq məhkəməyə təqdim edilmişdir. Biz bu məsələlərin arxasında güclü maraqın durduğununa əminik .

Sizdən xahiş edirik ki, 1(011)-236/2021 nömrəli cinayət işinin kobud və ciddi qanun pozuntuları ilə gizli formada aparıldığından və CPM-nin 281, 284, 286, 292.2 və sair maddələrinin tələblərinə əməl edilmədiyindən prosessual rəhbərliyi həyata keçirən Xətai rayon Prokuroruna qaytarılması üçün vəsatət verəsiniz”.

Redaksiyadan: Yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam