“Bakı Metropoliten”indəki maxinasiyalar — Zaur Hüseynov necə “yeraltı dünyanın kralı” oldu?/FOTOLAR
Hər gün paytaxt sakinləri metrodan istifadə etmək üçün yerin altına enir, kimisi işə tələsir, kimisi evə, amma heç birimizin yerin tərkində gizlədilən, qaranlıq tunellərdə görünməz olan maxinasiyalardan xəbəri yoxdur. Halbuki, metro stansiyalarında gözümüzün önündəki reklam afişalarına belə diqqət etsək bu afişalarda xeyli sərvətin olduğunu görə bilərik. Amma əsl sərvət bizim görə bilmədiyimiz qaranlıq tunellərdə, yerin tərkində gizlədilib və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov bu sərvətin belə demək mümkünsə üzərində əyləşib.
Yenixeber.org: Metroda gediş haqqının artırılması məsələsi gündəmə gəldiyi üçün bütün diqqət yeraltı dünyaya yönəldi və istər-istəməz Zaur Hüseynovun qaranlıq tunellərdə gizlətdikləri də diqqətdən qaçmır.
Hələ bir müddət öncə Şöhrət ordenli, Prezident təqaüdçüsü, 54 il əmək stajı olan (metropolitendə və dəmir yolunda) vətəndaş Akif Mehdi oğlu Zeynalovun müraciətini xatırladıq.
Həmin müraciətdə olduqca mühüm məsələlər yer alırdı. Onlardan bir neçəsinə diqqət yetirək.
Uzun illər metroda çalışmış Akif Zeynalov bildirirdi ki, 2015-ci il may ayından istismarda olan 4,8 milyon dollar dəyərində alınmış “Diaqnostik vaqon-laboratoriya kompleksi” (qısaca olaraq "Diaqnostika vaqonu”) yolun parametr ölçülərinin vəziyyətini yoxlayıb, düzgün qiymətləndirmək imkanına malik deyil.
“Bu vaqon ümumiyyətlə öz funksiyasın icra etmək qabiliyyətinə malik deyil. Bu səbəbdən “Bakı Metropoliteni” yollarında qatarların təhlükəsiz hərəkətinə zəmanət verən avadanlıq və qanuni sənəd yoxdur. Yolun nə vəziyyətdə olduğunu bilmədən və əsaslı sənəd olmadan kor-koranə qatarları təyin edilmiş surətlə yola buraxırlar.
“Diaqnostika vaqonu” “Bakı Metropoliteni” yollarının qəza vəziyyətində olduğunu göstərir. Yəni yolun vəziyyətinin cərimə bal qiymətinin 5 min baldan çox olduğunu göstərir. Metropolitenin yollarında ən vacib və təhlükəli sahə hesab edilən 45 ədəd "strelka"ların qabarit ölçülərinə nəzarət edilmir. Strelkaların qabarit ölçülərinə nəzarət edilməməsi qatarların hərəkətinə qəza vəziyyəti yaratmaq deməkdir. Hazırda qatarlar Allah ümüdinə bu strelkaların üzərində hərəkət edir.
Qeyd edək ki, 2014-cü ildə Moskva Metropolitenində məhz strelkada dəhşətli qəza baş vermişdi.
Yeni alınan qatarların ilk istismarı vaxtı qəzalı vəziyyət yaranıb. Belə ki, 8 iyun 2015-ci il tarixində qatar “Elmlər Akademiyası”ndan gələrək, “Nizami” stansiyasında dayananda vaqonların alt hissəsində güclü qızma baş verib və şpalı yandırıb.
Eyni hadisə 9 və 10 iyun tarixində də olub. Lakin bu hal ictimaiyyətdən gizlədilib. Hazırda təzə vaqonlar nasaz vəziyyətdədir. Buradan məlum olur ki, Zaur Hüseynov 15 ədəd yararsız qatar və öz funksiyasını icra etmək imkanına malik olmayan "Dioqnostika vaqonu” alaraq, maxinasiyaya yol verib”.
Açıq mənbələrdə yayılan digər məlumatlara da diqqət edək:
- Dəmir Beton Konstruksiyalar Zavoduna dövlət büdcəsindən QSC-yə ayrılan maliyyə hesabına yeni texnika alınıb. Alınan texnikalardan təkcə birinin qiyməti 4 milyon manatdır. Rəsmi sənədlərdə yeni texnikanın zavodda istifadə olunduğu göstərilsə də, əslində QSC rəisinin göstərişi ilə büdcənin pulları hesabına alınan texnika rayonların birində təyinatından kənar istifadə olunur. Əvəzində zavodun ehtiyaclarını ödəmək üçün lazım olan texnika başqa şirkətlərlə müqavilə bağlanaraq, icarəyə götürülüb. Hər iki halda pul mənimsənilir. Həm dövlətin malı olan texnika fərdi şəxslərə icarəyə verilir və oradan gələn gəlir şəxsi ciblərə gedir, həm də şirkətlərdən müqavilə əsasında götürülən texnikanın icarə haqqı rəsmi sənədlərdə ikiqat yüksək göstərilərək, məbləğin yarısı mənimsənilir.
- Texnikaların alınması zamanı da dövlət büdcəsindən ayrılan supsidiyalar mənimsənilməsi baş verir. Həmçinin, texnikanın malik olduğu yükgötürmə qabiliyyəti də dəfələrlə şişirdilir. Misal üçün, alınan “kranlar” rəsmi sənədlərdə 25 ton yük qaldırma qabiliyyətinə malik olduğu göstərilir. Lakin reallıqda bu kranlar 7 tondan artıq yük qaldıra bilmir. Belə aydın olur ki, QSC rəhbərliyi büdcədən ayrılan puldan 25 ton yükgötürmə qabiliyyətinə malik olan “kranlar” almaq üçün lazım olan məbləği götürür, lakin 7 ton yükgötürmə qabiliyyətinə malik texnika alaraq, pulları mənimsəyir. Sənədlər və pulun hara xərcləndiyini təsdiqləyən aktlar yerindədir, yerində olmayan alınan texnikanın keyfiyyəti və həcmidir.
Zaur Hüseynov yeraltı dünyada daha necə pul qazanır?
Metroda hər birimizin qarşılaşdığı adi hallardan biri də qatarların intervalında fasilələrin yaranmasıdır. İlk baxıçdan texniki problem kimi görünən bunun əsas səbəbi məhz maxinasiyadır. Çünki metronun təchizat işi qaydasında həyata keçirilərsə, belə intervallar da yaranmamalıdır. Z.Hüseynov isə daha keyfiyyətsiz materialları dəyərindən baha qiymətə aktlaşdırmaqla, təchizatda problemlərin yaranmasına səbəb olur, nəticədə intervallar, yaxud qatarın tunellərdə qalması kimi hallar yaşanır.
Bununla yanaşı, sərnişin daşımada qazanılan gəlirlər də yoxa çıxır. Belə ki, hər gün orta hesabla 600 min nəfər metrodan istifadə edir. Bu rəqəmi 30 qəpiyə vurduqda fantastik məbləğ ortaya çıxır. Maraqlıdır ki, bu qədər gəlirə baxmayaraq, “Bakı Metropoliten” QSC hər il dövlət büdcəsindən subsidiya alır.
Zaur Hüseynovun yeraltından sərvəti necə qazandığını bu cür sıralamaq olar:
- Metrostansiyalarında məhdud sayda olan ticarət obyektlərindən alınan yüksək haqq.
- Texnikaların alınmasında şişirdilmiş qiymətlərin aktlaşdırılması;
- Reklamlardan gələn gəlirlərin “yoxa çıxarılması” və sairə;
Bu siyahını uzatmaq da olar. Lakin bu günlərdə Zaur Hüseynovun özünün və ailə üzvlərinin bahalı həyat tərzi, lüks avtomobilləri haqda yayılan məlumatlar hər şeyi ifadə edir.
Onu da qeyd edək ki, Zaur Hüseynovun Mərdəkanda 1,5 milyon manat dəyərində villasının olduğu haqda da məlumatlar var. Bununla yanaşı, “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Yaşıl Məkan” restoranının da “Bakı Metropoliten” QSC-nin sədrinə məxsus olduğu deyilir. Bu istiqamətdə araşdırmalarımız davam edəcək... (demokrat.az)