Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vətən Müharibəsindəki uğurumuz və bəzi rəqəm-ardıcıllıqların sirri barədə...

Yenixeber.org: Azərbaycan Texnologiya Universitetinin professoru Cahangir Hacıyev ötən ay çapdan çıxmış “Silsilələr. Həndəsi fiqurlarda silsilə məsələləri” adlı monoqrafiyasını geniş oxucu kütləsinin marağına səbəb olacaq riyazi-dini əsaslandırma ilə yekunlaşdırıb. (Ümumilikdə kitab Azərbaycan və Türkiyə ordularının qəhrəmanlıq mənsublarına ithaf olunmuşdur.) Müəllif 44 günlük Vətən Müharibəsinin başlama və bitmə tarixini, eləcə də tarixi uğurumuzu riyazi, həm də dini faktorlarla analiz edib, əsaslandırır... Yenixeber.org-a təqdim olunmuş yazını oxucularımızın müzakirəsinə təqdim edirik:   

"Ardıcıllıqlar müxtəlif cür olur. Ardıcıllıqlar var ki, hər hansı bir qanunauyğunluqla düzülür, məsələn silsilələr. Silsilələrə aid məlumatlar müvafiq çoxsaylı əsərlərdə mövcuddur.

Mənası gizli olan, konkret rəqəmlərdən ibarət ardıcıllıqlardan xüsusi təyinatlı məqsədlər üçün istifadə olunur. Elələri də olur ki, müəyyən rəqəmlərdən ibarət olub, bəlli bir düzənlə dəyişir, məsələn ayın tarixlərini göstərən yazılışlar bunlara aiddir. Onları isə məxsusi rəqəm-ardıcıllıqları kimi adlandırmaq olar.

Bildiyimiz kimi 27.09.2020-ci il tarixindən Azərbaycan və Hayastan (səhvən Ermənistan adlandırılan - C.Ə.H.) arasında İkinci Qarabağ (Vətən) müharibəsi başladı və 10.11.2020-ci il tarixi gecə saat 1-ədək davam etdi. Bu müharibə cəmi 44 gün, əslində isə 43 gün 19 saat davam etdi və Azərbaycan Ordusunun Möhtəşəm Qələbəsi ilə başa çatdı.

Sual oluna bilər: müharibə niyə məhz 27.09.2020-ci il tarixində başladı və Qələbə üçün cəmi 44 gün lazım oldu? Bu sirrli məlumatların UCA ALLAHın 99 ADI ilə bağlılığı, müharibənin başlama və sona çatma tarixlərindən ibarət rəqəm-ardıcıllıqlarında, UCA ALLAHIMIZ tərəfindən kodlaşdırıla bilərdimi? Bu sualların cavabını tapmağa çalışaq.

Ayın tarixindən düzələn rəqəm-ardıcıllıqlar bəlli il və ay ərzində müəyyən qaydada dəyişir. Bu rəqəm-ardıcıllıqların səkkiz rəqəmi olub, ilk iki rəqəmi ayın gününü (tarixini), sonrakı iki rəqəm ilin ayını və sonuncu dörd rəqəm isə cari ili göstərir. Deməli, qarşıya qoyulan məsələnin sirrli cavabının çözümü məntiqə əsaslanaraq, riyaziyyatdakı məlum ardıcıllıqlardan heç birinin həlli qaydalarına uyğun gəlməyəcəyi aydındır.

Başlanğıc şərt kimi, yazılışındakı 2 və 0 rəqəmləri müəyyən qaydada yerləşən 2020-ci ilin fövqəladə, təlatümlü il kimi səciyyələndirilməsini (Koronavirus pandemiyası, müharibələr), ilin ayları arasında ancaq 9-cu ayda ALLAHın 99 ADInın sayına uyğun gələn üç günün – 09.09.2020, 18.09.2020, 27.09.2020 olmasını və onların 9 gündən bir təkrarlanmasını, bu tarixlərdəki 9 rəqəmlərinin sayını, o cümlədən 27.09.2020-ci il tarixindən başlayaraq, cari ilin sonuna qədər 14 həftəlik zaman (13 həftə 5 gün) qaldığını nəzərə almaq lazımdır.

Müharibənin niyə məhz 27.09.2020-ci il tarixdə başlamasının bir cavabı UCA ALLAHın ADInın sayını göstərən 99 rəqəminin həmin gün iki dəfə müşahidə olunması ilə bağlıdırsa, digər cavablar aşağıdakı məntiqi izahlardan aydın olacaqdır.

Birinci variant.

Müharibənin başladığı tarixi rəqəm-ardıcıllıq şəklində yazaq:

27092020. (1)

Birinci 4 rəqəmi iki-iki toplasaq ALLAHın ADLARInın sayı ilə başlayan

992020 (1a)

rəqəm-ardıcıllığını alarıq.

Bunları məxsusi rəqəm-ardıcıllıq kimi qəbul edib rəqəmlərin cəminin 22 olduğunu tapırıq, yəni

2+7+0+9+2+0+2+0=22 və ya 9+9+2+0+2+0=22. (2)

İndi günün və ayın rəqəmlərini ilin sonunadək qalan, 1-dən 14-ə qədər həftə sayını göstərən rəqəmlərə vuraq və rəqəmlərin cəmini hesablayaq:

2709x1+(2020)=2709+(2020)=99 (18)+(2020)=22,

2709x2+(2020)=5418+(2020)=99 (18)+(2020)=22,

2709x3+(2020)=8127+(2020)=99 (18)+(2020)=22,

2709x4+(2020)=10836+(2020)=99 (18)+(2020)=22,

2709x5+(2020)=13545+(2020)=99 (18)+(2020)=22,

2709x6+(2020)=16254+(2020)=99 (18)+(2020)=22,

2709x7+(2020)=18963+(2020)=9+9+6+3+(2020)=

=1863(999)+(2020)=27+(2020),

2709x8=21672=99 (18)+(2020)=22,

2709x9=24381=99 (18)+(2020)=22,

2709x10=27090+(2020)=99 (18)+(2020) =22, 2709x11=29799+(2020)=29799 (9999)+(2020) =36+(2020), 2709x12=32508+(2020)=99 (18)+(2020) =22, 2709x13=35217+(2020)=99 (18)+(2020) =22,

2709x14=37926+(2020)=999 (27)+(2020)=27+(2020). (3)

Göründüyü kimi 7-ci, 11-ci və 14-cü həftələri göstərən rəqəmlərin 2907 rəqəmindən ibarət ədədə hasilindən yeni rəqəmlər alınır: 27 (999), 36 (9999) və 27 (999). Bu üç həftəyə aid yeni rəqəm-ardıcıllıqlarda 3 və 4 ədəd 9-lu rəqəmlər alındığı halda, yerdə

qalan 11 həftəni (14 – 3=11) əks etdirən yeni rəqəm-ardıcıllıqların hamısının rəqəmlərin cəmi 99 (18) edir və ilin rəqəmləri ilə birlikdə 22-yə bərabərdir.

Müharibənin başlama günü olduğu kimi, 11-ci həftədə 9999 rəqəmləri ilə UCA ALLAHIMIZ TƏRƏFİNDƏN İKİQAT QORUNMAnın təmin edildiyini və müharibənin bitmə vaxtına işarə edildiyini deyə bilərik. (3)-də 11-ci həftəyə uyğun gələn 29799 yeni rə qəm-ardıcıllığında iki dəfə 99 rəqəminin təkrarlanması və onun birinci hissəsindəki (297) 7 rəqəmi digər rəqəmlərlə birlikdə müharibənin başlama və bitmə tarixini bəlirləyici açar kimi dəyərləndirilə bilər.

Başqa sözlə, 2709 x 7= 18963 yeni rəqəm-ardıcıllığında müharibənin 7-ci həftədə, tam 6 həftə üstəgəl 3 gün ərzində, rəqəm baxımından 45 günə, daha doğrusu 44 günə bitəcəyinə işarə kimi anlaşıla bilər:

6 həftə + 3 gün= 45 gün, yəni 6 x 7 gün + 9 noyabr tarixi (1 gün) +27 sentyabr tarixi (18 saat) + +10 noyabr tarixi (1 saat)= 43 gün 19 saat 44 gün.

Qeyd edək ki, müharibə 27.09.2020-ci il tarixində, təxminən səhər saat 6-da başlayıb, 10.11.2020-ci il tarixində, gecə saat 1-də bitib.

Döyüş günlərinin ən az olmasını kodlaşdıran UCA ALLAHIMIZ müharibənin məhz 27.09.2020-ci il tarixində başlanmasına izin verdiyi görünür. Əgər döyüşlər 09.09.2020 və 18.09.2020-ci il tarixlərində başlasaydı, yuxarıda şərh olunan yanaşmaya uyğun olaraq, müharibə birinci halda 57 gün, ikinci halda isə 51 gün olacaqdı. Hər şeyin yaxşısını ALLAH bilir!

İkinci variant.

Müharibə 10.11.2020-ci il tarixində bitdi. Bu tarixi göstərən rəqəm-ardıcıllığın rəqəmlərinin cəmi 7-yə bərabərdir, yəni 10112020=7. Bununla da 27.09.2020-ci il tarixinin kodunu oxumaq üçün 7 rəqəminin açar olduğu bir daha təsdiqlənir. 10112020 rəqəm-ardıcıllığındakı birinci dörd rəqəmin cəmi olan 3 isə açarın vacib elementindəndir.

(3) rəqəm-ardıcıllıqlarından göründüyü kimi, müharibənin başlandığı tarixin, 7, 11 və 14-dən başqa, 1,2,...,6, 8, 9, 10,12,13 rəqəmləri ilə hasilindən alınan rəqəmlərin ili göstərən rəqəmlərlə cəmi, yəni 2709 x 1 (sonra 2, 3,..., 6, 8, 9...) + 2020=22 edir. Bu rəqəmi (22-ni) döyüşülən tam həftələrin sayına (6) vurub əlavə döyüşülən 3 başqa günün (rəqəm baxımından) sayına bölsək alınan rəqəm döyüş günlərinin sayına bərabər olar:

22 x 6=132, 132:3=44 gün.

Maraqlıdır ki, 9 və 18 sentyabr 2020-ci il tarixlərini göstərən rəqəmlərdən düzəldilən 09092020 və 18092020 məxsusi rəqəm-ardıcıllıqlarındakı rəqəmlərin birlikdə cəmi 22+22=44-ə bərabərdir. Eyni zamanda, bu tarixlərə aid 9 rəqəmlərinin ümumi sayı 2+3=5-dir. İlin sentyabr ayında 9 rəqəmlərini özündə saxlayan günlərin intervalı 9 olduğundan, 5 intervala uyğun gələn günlərin sayı, rəqəm baxımımdan, 45 gün təşkil edir.

Bu müharibədəki şəhidlərimizin sayı ilə 44 gün arasında əlaqə mövcuddur. Lakin itkin düşən döyşçülərimiz olduğundan bu yazıda müvafiq hesablamaların verilməsi düzgün olmazdı...

Buradan aşağıdakı nəticəyə gəlmək olur:

-müharibənin başlama tarixi, 27.09.2020-ci il, ALLAHın 99 ADI ilə bağlı olub UCA ALLAHIMIZ tərəfindən icazə verilmiş, 44 günə Azərbaycanın Qələbəsi ilə başa çatacağı, kodlaşdırılmış tarix idi;

-müharibənin 7, 11 və 14-cü həftələr arasında, hökmən Azərbycan Ordusunun Qələbəsi ilə başa çatacağı ALLAHın 99 ADI ilə bildirilirdi..."

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam