Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İranla münasibətlərdə gərginlik artır-Sərhəddə hərbi təlimlərə başlayan Tehran Azərbaycana qarşı hərəkətə keçə bilərmi? 

 

Yenixeber.org: İran-Azərbaycan münasibətlərində gərginlik davam edir. Ötən həftə qonşu ölkənin Bakıdakı səfiri Seyid Abbas Musəvinin 3 gün ərzində 2 dəfə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşü də, belə görünür, müsbət sonuclanmayıb. Hər halda, Azərbaycan sərhədlərində hərbi manevrlərə start verilməsi bundan xəbər verir. Bu, onu deməyə əsas verir ki, Tehran Bakı ilə danışıqlarda güc amilindən təzyiq kimi yararlanmağa qərar verib. 

Münasibətləri gərginləşdirən təməl məsələ 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqları Tehranın qəbul və həzm etməkdə çətinlik çəkməsidr. Məlumdur ki, Azərbaycan müharibədən sonra İranla 200 kilometrdən artıq sərhədinə, eləcə də Ermənistanın Gorus-Qafan yolunun Qubadlıdan keçən 21 kilometrlik hissəsinə nəzarəti bərpa edib. İşğal dövründə bu yol Ermənistanla İranın iqtisadi əlaqələrini reallaşdıran başlıca kommunikasiya idi. Qarabağ separatçıları da İranla ticarətdən yaxşı gəlir əldə edirdilər. İndi bütün bu imkanlar əldən çıxıb. Sentyabrın 12-dən etibarən Azərbaycanın dövlət oranları Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində polis və gömrük postu qoyublar, ölkə ərazisinə daxil olan İran yük avtomobilləri gömrük rüsumuna cəlb olunur. Bu tədbirlər çərçivəsində qanunları pozan 2 iranlı sürücü həbs edilib və onların barəsində cinayət işi başlanıb.

İrəvan bundan ciddi narahatlıq keçirsə də, məsələyə müdaxilə etmək gücündə deyil, Rusiya da açıq reaksiya verməyib. Çünki 10 noyabr Bəyanatında xarici ölkələrin Gorus-Qafan yolundan sərbəst istifadəsi nəzərdə tutulmayıb. 

Şübhəsiz ki, İranın yeganə narahatlığı Ermənistanla maneəsiz əlaqəni təmin edən yolun Azərbaycanın nəzarətinə keçməsi deyil. Tehran Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının dərinləşməsindən, Pakistanın da bu birliyə qoşulmaq yönündə addımlar atmasından ciddi narahatlıq keçirir. Məlumdur ki, üç ölkə birlikdə hərbi təlimlər keçirir, Türkiyə hərbçilərinin Laçında və Xəzərdə Azərbaycanla birgə manevrlər etməsi isə İranı daha da qıcıqlandırıb. Bu narazılıq İran XİN-in bəyanatında ifadə olunub. 

Xatırladaq ki, iyun ayında Azərbaycanda təşkil olunan Türkiyə-Azərbaycan hərbi təlimlərinin ardınca İran da Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin iştirakı ilə təlimlər keçirib.

Bəs, Azərbaycan sərhədinə ordu yığan Tehran hansı real addımlar ata bilər və bu gərginlik necə həll olunacaq?

Təhlükəsizlik məsələri üzrə ekspert İlham İsmayıl bildirdi ki, Azırbaycan müstəqillik əldə edəndən bəri İran narahatdır: 

“Güney Azərbaycan faktoru İranı biz hələ müstəqillik əldə etməmişdən əvvəl narahat edən məsələ olub. Azərbaycanın müstəqilliyi İran tərəfdən bu gün də sinirilmir və çox vaxt açıq şəkildə, bəzən də üstörtülü olaraq əleyhimizə siyasət aparırlar”.

Ekspert əlavə etdi ki, 44 günlük müharibə zamanı və qələbədən sonra İran sərt üzünü göstərərək Ermənistanın tərəfində olduğunu gizlətməyib:

“Yalnız Rusiyanın mövqeyindən sonra ərazi bütövlüyümüzə hörmət etdiyini rəsmən bildirib. Gorus-Qafan yolunda baş verənlərdən çox, Türkiyə-Azərbaycan birgə hərbi təlimləri, ardınca Pakistanın da bu təlimlərə qoşulması İranı hiddətləndirir və o, Türkiyənin faktiki olaraq, Azərbaycandakı siyasi, hərbi, iqtisadi təsirinin artdığını, Cənubi Qafqazda mühüm siyasi güc faktoruna çevrildiyini və bunu Rusiyanın da qəbullandığını görüb, ən xırda hadisədən belə narazılığını ifadə edir. İran yük maşınlarının Gorus-Qafan yolunda saxlanılıb yoxlanılmasının, gömrük rüsumuna cəlb edilməsinin, sərhədi pozan sürücülərinin həbs edilməsinin qanunla baş verdiyini yaxşı bilir və Bakıdakı səfirin bir həftə ərzində Azərbaycan rəsmiləri ilə iki görüş keçirməsi də buradan qaynaqlanır. Biz qanunsuz bir iş görsəydik, İran sərt əks-tədbirlər görməyə hazır idi, ən azı Naxçıvana gedən quru yolu ilə bağlı pozucu əməllərə əl atardı”. 

İ.İsmayılın fikrincə, İran qeyd olunan yolda Azərbaycanın yoxlama tədbirlərini gözləmirdi. Onun sözlərinə görə, İran silahlı qüvvələrinin sərhəd boyu hərbi təlimləri bizim üçün təhlükə yaratmasa da, sayıqlığımızı qorumalı və ehtiyatlı olmalıyıq: 

“İran birbaşa olmasa da, ermənilərin əli ilə bizə qarşı təxribatlar törədə bilər. “İranın Jirinovskisi” – Ərdəbil imam-cüməsi, ayətullah Seyid Həsən Amili kimi qatı Azərbaycan düşmənlərinin dili ilə bizi hədələməsi göstərir ki, molla rejimi kimin dostudur. İran və Ermənistan arasında dostluq, siyasi həmrəylik Azərbaycana qarşı yönəlib və bu dostların sabah birgə hərbi təlimlərinin də şahidi ola bilərik”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam