Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qalib Salahzadədən ilginc faktlar: saxta sənədlər, bağ davaları, 500 minlik sövdələşmə…/ARAŞDIRMA

 

Yenixeber.org: Sabiq deputat Qalib Salahzadə eks-spiker Rəsul Quliyevlə aralarında olan torpaq qalmaqalına aydınlıq gətirib. Q.Salahzadə hələ 2005-ci ildə bəzi məmurların R.Quliyev üçün işlədiklərini bəyan edib. Keçmiş deputat Bakının Bilgəh qəsəbəsində, dəniz kənarında yerləşən torpaq mülkiyyəti uğrunda aparılan mübarizə ilə bağlı maraqlı açıqlamalar verib.

                         Rövşən Rzayev, Arif Qaraşov və Kərəm Həsənovun bağ davası

“Bilgəhdə mənim qohumlarımın adına olan bağ evlərinə çoxları tamah salıb. Müəyyən adamlar var ki, istəklərini sabiq spiker Rəsul Quliyevin vasitəsilə reallaşdırmaq istəyirlər. Maraqlıdır ki, 22 avqust 2021-ci ildə Dövlət Əmlak Komitəsi Rusiya səfirliyinin ərazisinə düşən,  Rəsul Quliyevin qohumlarının adına olan və ləğv edilmiş çıxarışları yenidən bərpa edib. 23.08.20021-ci ildə çıxarışlar 9 saylı notarial kontorda qeydiyyata alınıb. Hələ 2011-ci ildə o notariusda işləyən “Qaçqınkom”un hazırkı sədri Rövşən Rzayev öz adamları vasitəsilə mənə xəbər göndərmişdi ki, sözügedən torpaq mülkiyyətini notariusa gələrək alqı-satqı edim. Mən də razılaşmadım. Dedim ki, o torpaq mənimdir, niyə alqı-satqı etməliyəm? O vaxt Əmlak Komitəsinin sədri olmuş Arif Qaraşov bu çıxarışları verəndən sonra işdən çıxardılar və yerinə Kərəm Həsənov gəldi. Kərəm Həsənov bu proseslərə rəhbərlik etməyə başladı. Həsənov dəfələrlə məndən xahiş etdi ki, bağı ona satım.  İmtina etdim, dedim ki, bağ atamdan qalıb”.

                            “Bəylər Əyyubova dedim ki…”

Q.Salahzadə qeyd etdi ki, Bilgəhdəki bağ evinin başqasına bağışlanması üçün Prezidentin mühafizə xidmətinin rəisi Bəylər Əyyubov da ondan xahiş edib: “Bəylər Əyyubovla görüşdüm. Dedi ki, o torpaq sahəsini çox hörmətli adam istəyir, bağışla ona. Dedim ki, bağ sizə qurbandı, bağışladım getdi. Mən bağın açarlarını Bəylər müəllimin adamına verdim. Üstündən 5-6 ay keçəndən sonra, 2011-ci ildə gördüm ki, Rəsul Quliyevin qohum-əqrəbası əraziyə gəlib. Sürücümün vasitəsilə yanıma gəldilər ki, bəs bu bağı satırlar. Getdim Bəylər müəllimin yanına. Dedim ki, Bəylər müəllim, bu necə olur? Mən bağı sizə bağışlamışam. Amma Rəsul Quliyevin adamları gəlib deyirlər ki, bağ onlarındır və satışa çıxarırlar. Mən Bəylər müəllimlə söhbət edəndə Saakaşvilinin baş mühafizəçisi də orada idi. Bəylər müəllim dedi ki, Rəsul Quliyevin adamları yalan deyirlər, onları oradan qovun! Dedim, axı onların əllərində sənədlər var… Bəylər müəllim Rəsul Quliyevin adamlarının adlarına olan sənədləri bazadan sildirdi. İndi keçmiş spikerin qohumları yenidən baş qaldırıblar. Təxminən 20 gün qabaq o sənədləri bərpa etdiriblər.Bilmirəm kim bərpa edib. Mən də sual verirəm ki, Rəsul Quliyev bu torpaqları kimdən alıb? Kim satıb? Bir nəfər adam tapmırlar ki, bu işi onun adına yazsınlar. Rəsul Quliyevin qardaşı Telman və qardaşı oğlu Rza Quliyev Buzovnalı Hacı Nasirin yanında məndən xahiş etdilər ki, saxta sənədləri Dövlət Əmlak Komitəsindən  almaq üçün 70 min xərcləri çıxıb. Hacı Nasir dedi ki, Hacı, qoy gözləri qalmasın, ver 70 min manatı onlara.Mən də Hacı Nasirin sözünü yerə salmadım və 70 min manatı Hacı Nasirin iştirakı ilə onlara verdim”.

                                  “Keçmiş Bakı meri Ədalət Əzizov mənə 500 min verdi”

Q.Salahzadə  sözügedən bağ evinin R.Quliyevə nə vaxt və hansı şərtlər altında verilməsinə də toxundu: “Rəsul Quliyevi hələ vəzifədə olanda Ədalət Əzizova söz vermişdi ki, onu Bakı Şəhər İcra Hakimiyyətinə başçı qoyduracaq. Ədalət  Əzizov da Rəsul Quliyevə xeyli torpaq sahəsi, bir neçə ev “bağışlamışdı”. Mənzillərdən biri  Vətən kinoteatrının qarşısında, Bəxtiyar Vahabzadənin oğlunun evi ilə üzbəüz idi. Digər bir mənzil Nizami kinoteatrının yanında idi.Rəhmətlik Şəfiqə Əliyevanın  mənzili ilə üzbəüz yerdə idi. O mənzillərin ikisini də mən görmüşdüm. Ədalət Əzizov mənə deyirdi ki, Rəsul Quliyev onu mer qoyduracaq, ona görə də mənzilləri ona hədiyyə alıb. Sonra Ədalət Əzizov məndən xahiş etdi ki, adıma olan 60 sot torpaq sahəsini ona satım, o da Rəsul Quliyevə versin. Razılaşdıq. 500 min dollar verdi və mən də torpaq sahəsini Əzizova verdim.  Rəsul Quliyev ölkəni tərk edəndən sonra, 2010-cu ildə Ədalət Əzizov yanıma gəldi. Dedi ki, Rəsul onu aldadıb, 500 mini qaytar. Dedim ki, get o zaman məhkəmədən qərar çıxart.O da mənə Hakim Anar Qasımovun məhkəmə qərarını alıb verdi. Yanımızda başqa bir adam da vardı. O adam hələ də sağdır. Mən 450 min dolları Ədalətə qaytardım. 50 min dolları isə yanımızdakı adama bağışladıq. 2011-ci ildə Kərəm Həsənov alqı-satqını ləğv etdi. 2015-ci ildə Kərəm Həsənov və müavini Rafiq Cəlilov məni qəbul etdilər. Məndən xahiş etdilər ki, Quliyeva Ceyran Bayram qızının (Rəsul Quliyevin bacısı-red) adına olan orijinal dublikatı onlara verim. Əmlak Komitəsindəki dostlarım mənə bildirdilər ki, həmin sənədi onlara verməyim, özümdə saxlayım. Çünki Kərəm Həsənov bu sənədləri özündə saxlayıb lazım olan vaxtı üzə çıxaracaq. Nə qədər xahiş etsələr də, dublikatı onlara vermədim. Mən bilirdim ki, Kərəm Həsənov və müavini Rafiq Cəlilovun Rəsul Quliyevlə yaxşı münasibətləri, əlaqələri var”.

                           “Sabiq spikerin qardaşı oğlanlarını həbsdən buraxdırmaq üçün…”

Q.Salahzadə məsələ ilə bağlı R.Quliyevin qardaşı oğlu Xəyal Quliyevlə görüşdüyünü də diqqətdə çatdırdı: “Çöx hörmətli bir hacının vasitəsilə Xəyalla görüşdüm. Yanıma gəlmişdi. Bağ evinin Rusiya səfirliyinə məxsus torpaq sahəsi tərəfdən olan giriş qapısının açarları Xəyalda idi. Dedi ki, əmisi Rəsul Quliyev bu açarları mənə göndərib ki, Bakıya gələndə onunla şəxsən söhbət edib problemi yoluna qoyarıq. Buzovnalı Hacı Nasir vasitəsilə Telman Quliyevlə əlaqə saxladım. Məlum oldu ki, Telmanın oğlanları Etibar və Bayramı vaxtından qabaq həbsdən azad etmək üçün bağı kimlərəsə hədiyyə söz veriblər. Ona görə də bağ ərazisinə saxta sənəd düzəltdiriblər. Bunun üçün onlara əvvəl Arif Qaraşov sonra Kərəm Həsənov köməklik edib.  Amma sənəd düzəltdirəndə bir məqam gözlərindən qaçıb. Mən 2009-cu ildən orada qeydiyyatdayam. Ailə üzvlərim də bağdakı ayrı-ayrı evlərə qeydiyyatdadır. Bunlar torpaqları alqı-satqı yolu ilə bələdiyyədən alıblar. Mənim iki dayım və iki xalamın əllərində bələdiyyə sənədləri var. Sənədə əsasən Rəsul Qulıyevin iddia etdiyi torpaqlar Bakı şəhəri Bağlar İdarəsinə məxsusdur. Mənim bağım isə Abşeron rayonuna məxsusdur. Mənim əlimdə xəritələr var. Amma bunlar xəritə saymırlar. Elə deyirlər ki, bu torpaqlar Rəsul Quliyevindir, vəssalam. İndi 33 yaşlı bir gənci – Ağasif Şakiroğlunu salıblar qabağa. Partiyası var. Gələcək Azərbaycan. Allah eləməmiş, o, hakimiyyətə gəlsə, vay Azərbaycanın gələcək halına. O partiyanın üzvlərinin sayı bizim məhəllənin sakinlərinin sayından az olar”.

Q.Salahzadə bildirdi ki, Bilgəh və digər ərazilərdəki mülklər ya ata-babasından ona qalıb, ya da şəxsi vəsaiti hesabına alıb: “1971-ci ildə 18 yaşım olanda akademik  Cəlal Əliyev onu mağaza müdiri qoydurub. Əmək kitabçam da qalır. O zaman çoxlu yeyintilər olurdu. Ona görə də, rəhmətlik atamı çağırıb dedilər ki, oğluna  zamin durursan? 40 il mağaza müdiri olmuşam. 10 il zəfəran savxozunun müdiri işləmişəm. İmkanlarım geniş olub. Ona görə də dəfələrlə həyatıma qəsd olunub. Mənim bir əqidəm olub. Əliyevçilik. Cəlal Əliyevi də mərd, kişi adam kimi tanımışam. İndi məni məcbur edirlər ki, danışım, kimlərinsə qarşısında geri çəkilim. Mən yalnız Prezident İlham Əliyev və ağsaqqalların qarşısında geri çəkilə bilərəm.

                    “Rapira” Ziya, Qod  Nisanov və İlham Rəhimov bağı satın almaq istədilər

Bağı məndən almaq üçün Rusiyada fəaliyyət göstərən məşhur iş adamları “Rapira” Ziya, Qod Nisanov, atası Simion Nisanov, İlham Rəhimovun adından bir nəfər Hacı təkliflərlə çıxış ediblər. Rusiya səfirliyindən 5 dəfə səfirlər mənimlə görüşüblər.  Hamısına “yox” demişəm. Çünki bağ evi strateji yerdədir. Ətrafda çox nüfuzlu adamların  bağ evləri, mülkləri var. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da xəbər göndərmişdi ki, o bağ evini təsadüfi adamlara satmaq olmaz, əhəmiyyətli yerdədir. Qonşuluqda Rusiya səfirliyinin 1 hektar 60 sot bağı var. Həmin 60 sot Rəsul Quliyevin idi. Rafael Allahverdiyev Bakı meri gələndə Rəsul Quliyevin adına olan bütün mülkləri satdı, dağıtdı. Çünki Rəsul başqa adamı mer qoydurmaq istəyirdi. Mənim 68 yaşım var. İndi məni məhkəməyə verirlər. Qoy onlar utansınlar ki, 33 yaşlı bir gənci mənim qarşıma çıxarırlar.  Təəssüf ki, məhkəmələr də bəzi vaxtlatda onların tərəfini saxlayır. Mənim bağ evimi əlimdən almaq istəyən adamların 80 faizinin Bilgəhdə bağları var. Gözləri doymur. Mənim də bağımı zəbt etmək istəyirlər”.(jamaz.info)

Ruslan Qacayoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam