Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Separatçı rejim reallıqları qəbul etməlidir...-Partiya sədri yazır

 

Ermənilər və onların havadarları regionumuzda yaranmış reallığı xoşluqla qəbul etməlidirlər.Əks təqdirdə onları sonlarını gətirəcək daha ağır məğlubiyyətlər gözləyir

Yenixeber.org: Bədxahlarımız 44 günlük VƏTƏN MÜHARİBƏSİNDƏ Azərbaycanımızın qazandığı möhtəşəm qələbəni hələ də həzm edə, Cənubi Qafqazda meydana çıxan reallıqları qəbul edə bilmirlər. “Sülhməramlı” adı altında ölkəmizə soxulan, üçtərəfli sazişdə qeyd edilən öhtəliklərin yerinə yetirlməsini təmin etmək əvəzinə qatı (qəti) ermənipərəst mövqedən çıxış edən, bütün gücü ilə ermənilərin Dağlıq Qarabağda məskunlaşmasına çalışan, bu məqsədlə öz “fəaliyyətlərini” erməni seperatçıları ilə koordinasiya edən, vaxtaşırı “status” məsələsini gündəmə gətirən Rusiyanın anti-Azərbaycan mövqe sərgiləməsi artıq bütün əndazələri aşıb. Ruslar işğal etdikləri Azərbaycan ərazisində özlərini o qədər arxayın hiss edirlər, söz sahibi olduğuna inanırlar ki, “sülhməramlıların” keçmiş komandanı R.Muradov 5 ildən sonra “sülhməramlıların” Azərbaycanda qalacağı barədə qərar qəbul ediləcəyini inamlı şəkildə dilə gətirir. “Sülhməramlıların” yeni komandanının öz vəzifəsinə başlayan kimi, ilk olaraq xidmət edəcəyi Azərbaycana deyil, Ermənistana səfər etməsi və bu “dövlətin” müdafiə naziri ilə görüşməsi bir daha göstərir ki, Rusiya “sülhməramlıları” öz anti-Azərbaycan “fəaliyyətlərini” gələcəkdə də erməni seperatçıları ilə koordinasi etməkdə davam edəcəklər.

Regionda öz əvvəlki mıvqelərini qeri qaytarmağa cəhd edən ABŞ və Fransa da Rusiyadan geri qalmır. ABŞ və Fransa bədnam Minsk Qrupunu dirçəltmək üçün əllərindən gələni edirlər.ABŞ-nın mövqeyini ifadə edən, onun Ermənistandakı səfiri, xanım Lynn Tracy jurnalistlər qarşısındakı çıxışında bildirib ki:”Şübhəsiz, otuz illik münaqişə və gərginlik bir gecədə həll oluna bilməz. Amma bizim üçün (?) mühüm olan (?) fundamental məqamlar var. Biz Dağlıq Qarabağın statusu məsələsinin həll edildiyini hesab etmirik. O, Minsk Qrupunun gündəliyində qalmalıdır” Görünür ABŞ üçün “fundamental məqam” regionumuzda qarşıdurmanın davam etməsi, Dağlıq Qarabağın status məsələsinin həll edilməsi yox, daim Minsk Qrupunun gündəliyində qalmasıdır! Hər şeydən göründüyü kimi, ABŞ və Fransanın sərgilədiyi mövqe, “status” məsələsinin qızışdırılması regionumuzda yeni münaqişənin başlanması üçün erməniləri şirnikləndirməyə, beləlikə də, regionumuzda itirdikləri mövqelərini qaytarmağa hesablanıb. İt arabanın kölgəsində yatan kimi daim başqalarının kölgəsində yatan erməni faşitləri hələ də anlamırlar ki, onların taleyi nə ABŞ-nın, nə də Fransanın vecinə deyil, bu dövlətlər regionda öz maraqlarını təmin etmək üçün ermənilərdən bir alət kimi istifadə edirlər. Azərbaycan XİN bir daha ermənilərin, onların havadarlarının nəzərinə çatdırıb ki, Dağlıq Qarabağda gəlmə ermənilərə heç bir status verilməyəcəkdir! Dağlıq Qarabağ Azərbaycandır və bu daim belə olacaqdır! Regionumuzda bundan sonra dinc yaşamaq istəyirlərsə ermənilər və onların havadarları bu reallığı xoşluqla qəbul etməlidirlər.Əks təqdirdə onları sonlarını gətirəcək daha ağır məğlubiyyətlər gözləyir!

Teyyub Qənioğlu: Təkamül partiyasının sədri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam