Redaktor seçimi
Qalib Salahzadədən ilginc faktlar: saxta sənədlər, bağ davaları, 500 minlik sövdələşmə…/
Xalqın milyonları “20 manatlıq” şirkətlərə necə ötürülür?-
Zaur Əliyev də istefa verməliydi: tibbi sığortanın təşkili bərbad, yenə həkimə rüşvət, yenə “üstü bəzək, altı təzək...”/
RAMİN BAYRAMLI İLƏ BAĞLI ŞOK FAKTLAR... - Dövlətdən nələr oğurlayıb?/
Deputat Şahin Seyidzadə axtarılır...-
  Asif Əsgərovun rüşvət
Səfər Mehdiyevin 26 yaxın qohumu Gömrük Komitəsində vəzifə tutur - 
Günün xəbəri

10 noyabr Bəyanatından keçən 10 ay… -ŞƏRH

Qarabağda Rusiyanın faktiki nəzarətində olan ərazi əmələ gəlib, Azərbaycan ora və Laçına dəhlizinə daxil ola bilmir 

Yenixeber.org: Sentyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında Qarabağ müharibəsinə son qoyan Bəyanatın imzalanmasından 10 ay ötdü. Bu sənəd əsas etibarilə Azərbaycan Ordusu tərəfindən darmadağın edilən işğalçı tərəfin öhdəliklərindən ibarətdir. Bununla yanaşı, bölgədə vəziyyətin normallaşması ilə bağlı Azərbaycanın, habelı Qarabağa “sülhməramlı” kontingent yeridən Rusiyanın da müəyyən öhdəlikləri və məsuliyyət daşıdığı məsələlər var. 

Tarixi əhəmiyyətli Bəyanatın imzalanmasından keçən müddətdə onun icra vəziyyəti nə yerdədir? Rusiya və Ermənistan üzərinə düşən öhdəlikləri tam yerinə yetirirmi? Azərbaycan vəziyyətdən məmnundurmu və perspektivdə hansı addımları ata bilər? Suallara cavab tapmaq üçün keçən 10 ayda baş verənlərə nəzər salaq:

                                      Azərbaycan üzərinə düşənləri edib

Azərbaycan Ordusu birmənalı üstünlüyünə baxmayaraq, noyabrın 9-da tutduğu nöqtələrdə dayandı və qeyri-rəsmi məlumatlara görə, hətta bəzi mövqelərdən qismən geri çəkildi. Bundan başqa, Bakı erməni hərbi əsirlərin böyük hissəsini geri qaytardı və azərbaycanlı hərbçilərlə dəyişdirdi; Rusiyanın Qarabağa apardığı humanitar yüklərin çatdırılması üçün hava, dəmir yolu və avtomobil yollarını açdı; Ermənistanın İranla əlaqəsini təmin edən Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində hərəkətə şərait yaratdı; müharibədə öldürülən erməni hərbçilərinin cəsədlərinin axtarışına icazə verdi. Bu günə qədər 1700-ə yaxın cəsəd qalıqlarının Ermənistan aparılması təmin edilib. Baxmayaraq ki, Ermənistan 1-ci Qarabağ müharibəsində itkin düşən 5 minə yaxın azərbaycanlı hərbçi və mülki şəxslərin taleyi ilə bağlı hər hansı informasiya verməkdən imtina edir.

Müharibə zonasında qalan mülki ermənilərin əmlakları ilə bərabər sağ-salamat çıxmasına da şərait yaradıldı. Onların Kəlbəcər rayonundan çıxması üçün əlavə vaxt verildi, bu zaman ermənilər kəndlərə, meşələrə od vurdular. 

Bundan başqa, rəsmi Bakı Laçın dəhlizindən erməni tərəfinin silah-sursat, canlı qüvvə daşımasına dözümlü yanaşmaq zorunda qalıb. Bu hallara son qoyulması tələb olunsa da, Rusiya indiyədək adekvat addımlar atılmayıb.      

               Ermənilər müharibədən sonra diversiyalar törədib, kommunikasiyalar açılmayıb 

Ermənistan Ağdam və Kəlbəcərdən, Laçın rayonunun bir hissəsindən çıxdı, amma az əvvəl qeyd olunduğu kimi, barbarlığa imza atdı. Hələ ki 10 noyabr Bəyanatında əksini tapmış öhdəliklərə aid olan kommunikasiyaların açılması təmin edilməyib. Hazırda Tərtər-Ağdərə-Kəlbəcər yolu sülhməramlıların və separatçıların nəzarətindədir. Azərbaycan Kəlbəcərə getmək üçün Daşkəsəndən keçən, çətin reylefli Toğana-Kəlbəcər yolundan istifadə edir. 

İrəvan kommunikasiyaların açılması barədə öhdəliyi icra etməkdən hələ ki müxtəlif bəhanələrlə yayınır. Nikol Paşinyan son çıxışlarından birində Naxçıvana dəhliz verilməyəcəyini, ancaq dəmir yolu əlaqəsinin bərpasına razı olduqlarını bəyan edib.  

Mina xəritələrinin yalnız bir qismi əsirlərin müqabilində Azərbaycana verilib. Qeyd edək ki, müharibədən sonra Azərbaycan tərəfdən 40-a yaxın hərbçi və mülki şəxs mina partlayışlarından həlak olub, 100-dən artıq insan yaralanıb. 

Qarabağda olan təxminən 10 mindən artıq erməni silahlısının çıxarılması hələ də təmin edilməyib. Nəticədə üçtərəfli Bəyanatda bu barədə yer alan maddə icra olunmayıb. 

2020-ci ilin 26 noyabrında işğaldan azad olunmuş Xocavənd rayonunun Sor kəndi ərazisində Azərbaycan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanıb. 8 dekabrda Hadrut yaxınlığında 1 əsgər şəhid olub,”Azercel” əməkdaşı isə ağır yaralanıb. Dekabrın 10-da Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənən erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə hücum ediblər. Nəticədə düşmənin diversiya qrupunun bir neçə üzvü öldürülüb, 62 nəfər isə əsir götürülüb. 2020-ci ilin 27 dekabr tarixində Xocavənd rayonunun Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə 1 hərbi qulluqçumuz şəhid olub, daha bir əsgər isə yaralanıb. Cavab tədbirləri nəticəsində 6 erməni diversantı məhv edilib.

Bundan başqa, sərhəd boyu və Şuşa ətrafında atəşkəs tez-tez pozulur. 

         “Sülhməramlı”lar separatçıları dirçəldib, Azərbaycanın qanuni tələbləri nəzərə alınmır

Bəs, üçtərəfli bəyanatın icra olunmasına əsas məsul olan tərəf – Rusiya özünü necə aparır? 

Üçtərəfli Bəyanatın 3-cü bəndində Rusiya sülhməramlı kontingentinin Qarabağdakı təmas xəttində və Laçın dəhlizi boyunca yerləşdiriməsi əksini tapıb. Lakin onlar faktiki, yalnız Moskvanın nəzarətində olan bir ərazi yaradıblar, Azərbaycan dövlət orqanları ora daxil ola bilmir.  

Atəşkəsən keçən 10 ay ərzində Rusiyanın Qarabağdakı fəaliyyəti Azərbaycan cəmiyyətində etimadsızlığa səbəb olub və qəzəb doğurub. Çünki sənəddə adı sülhməramlı olsa da, Moskva Xankəndindəki separatçı rejimi yenidən toparlayıb, Gürcüstanda və Ukraynada oynadığı “dövlətçilik” oyununu oynamağa başlayıb. Mütəmadi olaraq Azərbaycanın suverenliyi pozulur, separatçılar Qarabağın faktiki idarəçiləri kimi qəbul edilir, onların fəaliyyətinə şərait yaradılır. Rusiya Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin xeyli sayda əməkdaşları Qarabağda həyata keçirilən müxtəlif proqramlara cəlb edilib.

Bundan başqa, Laçın dəhlizindən erməni silahlı dəstələri gedib-gəlməyə davam edir. Azərbaycanın bununla bağlı etirazlarına Rusiya tərəfindən rədd cavabı verilir. Bütün bunlar səbəbsiz deyil. Rusiya bölgədə uzunmüddətli əsasda qalmaq üçün Azərbaycandan sülhməramlıların mandatına dair yeni müqavilə istəyir. Rəsmi Bakı da bir neçə şərtlə bu müqaviləni imzalama hazırdır, amma Moskva Azərbaycanın Qarabağda suverenliyini ehtiva edən o şərtləri qəbul etmir. Söhbət elə 10 noyabr Bəyanatının tam icra olunmasından gedir. Bakı tələb edir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bölgəyə gəlsin, onun nəzarəti altında köçkünlərin qayıdışı həyata keçirilsin. Habelə qanunsuz erməni dəstələri Qarabağdan çıxsın, Laçın dəhlizinə Azərbaycanın da sülhməramlılarla bərabər nəzarətinə şərait yaradılsın. Bütün bunlar tamamilə beynəlxalq hüquqa uyğun olan haqlı tələblərdir, amma Rusiya təzyiq yolunu seçib. Ermənistanın yuxarıda qeyd olunan hərəkətləri də məhz Moskvanın xeyir-duası, təkilatçılığı ilə baş tutur. Əks halda, Azərbaycan Ordusunun nəyə qadir olduğunu bilən erməni tərəfi bu qədər irəli gedə bilməzdi. Ümumiyyətlə, Paşinyan hökuməti konflikti dərinləşdirməkdə maraqlı deyil və revanş əhval-ruhiyyəsində deyil. 

Rusiya əsl niyyətini və Qarabağla bağlı planlarını sülhməramlıların rəhbərliyində apardığı dəyişiklikdə də göstərib. Gürcüstanın bir hissəsi olan Abxaziyanın və Ukraynanın şərq rayonlarının işğalında iştirak etmiş general Mixail Kosobokov Qarabağa göndərilib. 

Azərbaycan bu təzyiqlərin qarşısında geri çəkilmək istəmir və Türkiyə ilə birgə addımlar atır. Bu günlərdə Laçında müttəfiq ölkə ilə birlikdə keçirilən döyüş təlimləri, habelə Türkiyə generallarının Azərbaycana daimi əsaslarla xidmətə göndərilməsi Rusiya üçün ciddi siqnaldır.(pressklub) 

Turqut

шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam