Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Beriyanı güllələyənlərin Qorbaçova müraciəti – Mərkəzi Komitə onların xahişini niyə təmin etməyib?- Tarixi faktlar  

SSRİ-nin tarixində Lavrenti Beriyanın fəaliyyəti “xüsusi” bir yer tutur. Öz dövründə birinci şəxsin ən yaxın adamı sayılan Beriya qəddarlığı, sərtliyi, siyasi konfliktlər yaratmaqda peşəkarlığı, böyük səlahiyyətlər sahibi olmağı ilə yadda qalıb. Ölümündən illər keçsə də “hər şeyə qadir narkom” haqqında yazılar, yeni açıqlamalar ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Onun həbs olunması, məhkəməsi və güllələnməsi isə mütəmadi olaraq kütləvi informasiya vasitələrində müzakirə mövzusuna çevrilir...

Yenixeber.org: Məlum olduğu kimi, 23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin xüsusi məhkəmə iclasında Lavrenti Beriyaya güllələnmə hökmü oxunub. Hökm oxunduqdan sonra general-polkovnik Pavel Batitski (1968-ci ildən marşal) hökmün icrasının ona həvalə olunmasını xahiş edib. Həmin dövrdə Pavel Batitski Moskva Hərbi Dairəsi komandanının müavini vəzifəsində xidmət edib.

Güllələnmə prosesində məhkəmə üzvləri, Moskva vilayət Partiya Komitəsinin birinci katibi Nikolay Mixaylov, Ümumittifaq Həmkarlar İttifaqının sədri Nikolay Şvernik, SSRİ-nin baş prokuroru Roman Rudenko və daha bir neçə nəfər iştirak edib.

Beriyaya ilk atəşi Pavel Batitski açıb. Güllə onun burun sümüyünə dəyib. Sonra prosesi Moskva Hərbi Dairəsinin Hava Hücumundan Müdafiə qüvvələrinin qərargah rəisi, general-leytenant Aleksey Baksov,  Moskva Hərbi Dairəsi komandanının siyasi işlər üzrə müavini, general-leytenant İvan Zub və polkovnik Viktor Yuferyev davam etdirib.

Hökmün icrasından dərhal sonra, 23 dekabr 1953-cü il, saat 19.50-də  akt tərtib olunub. Hökmün icraçıları akta imza atıblar.

“Tarixi missiya”nı həyata keçirdiklərinə görə dörd zabitin hər biri Nikita Xruşşov, daha sonra isə Leonid Brejnev  tərəfindən həm rütbə, həm də yeni vəzifələrlə “mükafatlandırılıblar”. 

Pavel Batitski marşal rütbəsi daşıyıb, SSRİ müdafiə nazirinin müavini vəzifəsinə qədər yüksəlib.

Aleksey Baksov, İvan Zub, Viktor Yuferyev 1954-cü ildə Xruşşovun təşəbbüsü ilə “Qırmızı Bayraq” ordeni ilə təltif olunublar, daha yüksək ranqlı vəzifələrə təyinat alıblar.

Təltiflər və təyinatlar yüksək olsa da, onlar Beriyanı güllələyənləri tam qane etməyib. Yalnız Pavel Batitski istədiklərinə nail olub, marşal rütbəsi və Sovet İttifaqı qəhrəmanı adını alıb. Digər üç nəfər Baksov, Zub və Yuferyev isə bütün cəhdlərinə baxmayaraq, istədiklərinə nail ola bilməyiblər.

Üçlük hətta rütbə və mükafatla bağlı Beriyanın həbsində əsas rol oynayan marşal Georgi Jukova da müraciət edib. Jukov onları təmkinlə dinləyib, amma son cavabı ilə bu müraciətin mənasız olduğunu bildirib:

“Lavrenti Beriyanı güllələmək tarixi missiya deyil. Bu, hər bir sovet vətəndaşının vətəndaşlıq borcudur. Bu borcu yerinə yetirməyə görə isə mükafat gözləmək yersiz bir işdir...”

İllər ötsə də, Beriyaya atəş açanlar öz arzularından vaz keçməyiblər. Rəsmi və qeyri-rəsmi tədbirlərdə onlar bütün fəaliyyətləri, hərbi xidmətləri dövründə Beriyanın güllələnməsi prosesini daha qabarıq şəkildə ifadə ediblər.

Nəhayət, 1985-ci ildə Qələbənin 40 illik yubileyi ərəfəsində Baksov, Zub və Yuferyev yubiley münasibətilə çoxsaylı mükafatların verilməsini nəzərə alaraq Mixail Qorbaçova ətraflı məktub ünvanlayıblar. Məktubda Beriyanın güllələnməsi prosesi ən kiçik detalları ilə açıqlanıb. Sonda bu prosesdə iştirak edənlərə Sovet ittifaqı qəhrəmanı adının verilməsi xahiş olunub.

Mixail Qorbaçov məktubla şəxsən tanış olub və onun icrasını Mərkəzi Komitənin inzibati orqanlarla iş şöbəsinin müdiri Nikolay Savinkinə həvalə edib. Savinkin Qorbaçovdan məktuba mənfi, yaxud müsbət cavab verilməsi ilə bağlı soruşanda Qorbaçov hər üç şəxsin aldığı dövlət mükafatlarının siyahısını ona gətirməyi göstəriş verib.

Baksovun, Zubun, Yuferyevin təltiflərinin siyahısı çıxarılıb və Qorbaçova təqdim edilib. Qorbaçov uzun-uzadı siyahıya nəzər saldıqdan sonra fikrini bildirib: “Tək bir Beriyanı güllələməyə görə bu qədər orden və medal yetərlidir, cavab məktubunu da bu məzmunda yazın...”

Nikolay Savinkin “qəhrəman” olmaq istəyən Beriyanın “cəllad”larına aşağıdakı məzmunda cavab yazıb:

“Müraciət edən yoldaşların yüksək mükafatlarla təltif olunması nəzərə alınaraq, Mərkəzi Komitə növbəti mükafatlandırmanı məqsədəuyğun saymır...”

Beləliklə, ömürlərinin son ilini yaşayan Baksov, Zub və Yuferyev sonuncu şanslarını da itiriblər.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam