Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Mingəçevir Tibb Kolleci büdcə vəsaitini belə xərcləyir-“Melorasiya-F” MMC ilə müəmma dolu əməkdaşlıq/DE-FAKTO

 Yenixeber.org: Ötən həftə ictimai maraq dairəsində olan olaylardan biri də keçmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli başda olmaqla bir qrupun start götürən məhkəmə prosesi oldu... Bu prosesdə diqqəti çəkən faktlardan biri də 2014-2020-ci illərdə Fondun aparıcı məsləhətçisi vəzifəsində işləmiş və Fondda Tender Komissiyasının üzvlərindən biri olan Samir Mustafayevin açıqlaması idi: prokurorluqda dindirilərkən o bildirib ki, “Tenderin qalibini qeyri-rəsmi Əli Həsənov müəyyənləşdirir, yekun sənəd hazırlanıb, Tender Komissiyasının üzvlərinə imza atdırılırdı”.

Bu epizodu xatırlamağımız təsadüf deyil...Təəssüf ki, dövlət başçısının, baş nazirin iradlarına, hüquq-mühafizə orqanlarının bəlli addımlarına, medianın bu mövzuda mütəmadi yazmasına baxmayaraq dövlət satınalmaları ilə bağlı problem hələ də aktuallığını qorumaqdadır.

Yenixeber.org-a bu istiqamətdə növbəti məlumatlar daxil olub. Məlumatlarda Mingəçevir Tibb Kollecinin “Melorasiya-F” Məhdud Məsuliyyəti Cəmiyyəti (MMC) ilə təmir və abadlaşma işləri ilə bağlı əməkdaşlığından bəhs olunur. Bu məlumatlarda da büdcə vəsaitinin xərclənməsində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin icrasına şübhə doğuran faktlar yer alır...

                                                   ***

(Xatırladaq ki, bu təhsil müəssisəsinin əvvəlki adı Mingəçevir Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. Kollecdə bu ixtisaslar üzrə mütəxəssislər hazırlanır: 1.Müalicə işi; 2.Mamalıq işi; 3.Əczaçılıq; 4.Tibb bacısı işi; 5. Laboratoriya diaqnostikası.)

Mingəçevir Tibb Kolleci ilə bağlı elektron mediada ara-sıra yazılıb. Bir müddət əvvəl mediada  kollecin direktoru Fikrət Zeynalov və onun müavini Mahirə Verdiyevanın müəllimlər arasında ayrı-seçkilik salması və direktorun xanım müavininə bahalı mənzil hədiyyə etməsi ilə bağlı yazı da tirajlanmışdı. (Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/sosial/101785-mingecevirdeki-kollec-direktoru-gorun-neler-edir-.html)

 

Mingəçevir Tibb Kolleci “Melorasiya-F” MMC ilə 16.08.2021-ci il tarixdə isə avadanlıqların təmiri işləri ilə bağlı 39440 manat dəyərində, abadlaşma işləri ilə bağlı 17.08.2021-ci il tarixdə 9775 manat dəyərində müqavilə bağlayıb.

Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... Mingəçevir Tibb Kolleci bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq kotirovka sorğusu elan edilmədən, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə, eləcə də alınan malların miqdarı və sayı haqqında məlumat verilmədən... Mingəçevir Tibb kolleci “Melorasiya-F” MMC-ni seçib, cəmi 49215 manat büdcə vəsaitini etibar edir.

Mingəçevir Tibb Kolleci həm də görüləcək işlərin təfərrüatını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu təhsil ocağının da vəzifə borclarından biridir... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur, Mingəçevir Tibb Kolleci nədən bu qanunu “unudub”? Mingəçevir Tibb Kollecində abadlaşma və təmir işləri nə dərəcədə təcili və əhəmiyyətlidir ki, müvafiq kotirovka sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlansın? Burada hansı bir istisna mümkündür ki?

Bildiyimiz qədəri ilə bütün dövlət strukturlarında olduğu kimi Mingəçevir Tibb Kolleci də hər il növbəti ilin proqnozunu hazırlamalıdır və güman ki, belə də, olur. Yəni bu kimi işlərə təlabatın olacağı gözləniləndir. Və bir il əvvəldən proqnozlaşdırılmalıdır. Başqa sözlə Mingəçevir Tibb Kollecinin “Melorasiya-F“ MMC ilə abadlaşma və təmir işləri ilə bağlı “qaçaraq” müqavilə bağlanmasına bir zərurət görünmür...

Biz belə bir görünməz zərurətin hansı səbəbdən doğması və digər faktorlara aydınlıq gətirilməsi məqsədi ilə bu ayın 17-də Mingəçevir Tibb Kollecinin direktoru hörmətli Fikrət Zeynalova online sorğu ünvanladıq. Sorğumuzda Kollecdə bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsinin zərurət və metodunun səbəbləri barədə, eləcə də seçib müqavilə bağladığı “Melorasiya-F” MMC haqqında verilməsi mümkün olan məlumatları istəmişdik.

Təəssüf ki, sorğumuza cavab ala bilmədik. Bu istiqamətdəki telefon cəhdimiz də nəticəsiz qaldı.

                                     ***

Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır. Həmçinin qalib şirkətin təsis olunmasından 3 il zaman ötməsi də şərtlər sırasında yer alır.

Digər tərəf-“Melorasiya-F” MMC ilə isə əlaqə yaratmaq cəhdlərimiz uğursuz oldu. Səbəb isə bu qədər büdcə vəsaitinə iddialı bir şirkətin inernet üzərindən heç bir əlaqə kordinatının olmamasıdır(?) Ümid edək ki, qarşıdakı günlərdə hər iki tərəf Mingəçevir Tibb Kollecinin abadlaşma və təmir işlərindəki əməkdaşlıqları ilə bağlı redaksiyamıza geniş məlumat verəcək.(yenixeber.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam