“Pegasus”, İsrail və insan haqları
Yenixeber.org: Araşdırmaçıların və qəzetçilərin ortaya çıxardığı “Pegasus” fenomeni qlobal skandala səbəb oldu. Bu araşdırma ilə bir İsrail şirkətinin terrorizmi neytrallaşdırmaq və kriminal dairələrin təhlükələrinin önləmək məqsədilə yaradılmışdı. Nəticədə avtoritar hökumətlər bu proqram vasitəsilə əslində dünyada çox mütərəqqi insanların daxili sirlərini öyrənib həmin hökumətlərə ötürməklə məşğul imiş.
Bu proqram vasitəsilə NSO şirkəti 1038 nəfərin bütün telefon danışıqlarını, yazışmalarını və hərəkət trayektiyalarını tamamilə nəzarətdə saxlayamağa nail olmuşdurlar. Bunların içərisində 600 nəfəri siyasətçi, 189 nəfəri media təmsilçisinin telefonları və yazışmaları tam nəzarətdə olmuş və 50 mindən artır kontakt şəxslər müəyyənləşmişdir. OCCRP təmsilçisi bildirib ki, Azərbaycan üzrə 1038 nömrədən yalnız 250-nin kimliyini müəyyən edə biliblər. Yerdə qalan 788 nömrə isə açıqlanmayacaq. Bu olduqca müəmmalı və şübhəli səhnəarxası konsproloji mülahizələr irəli sürməyə imkna verir.
Hansı dövlətlər bu sifarişi verib?
“Pegasus”un bu imkanlarından bir çox dövlətlər istifadə edib. Məsələn Meksika dövləti şirkətin yeniliklərdən faydalanaraq ondan narkobaronlara qarşı tədbirlər həyata keçirmək üçün istifadə edib. İran, Rusiya, Türkiyənin dövlət başçılarının telefonları da izlənilən şəxslər sırasında yer alıb. Bu proqramın dinlədikləri şəxslər sırasında Fransa prezidenti Makron da var imiş.
Bəzi dövlətlər isə bu imkanlardan başqa cür istifadə ediblər. Öz ölkə vətəndaşlarını yox, düşmən dövlətin cəsus şəbəkəsin və ya onlara qarşı planlaşdırılan tədbirlərdən agah olması üçün bunu ediblər. Səudiyyə Ərəbistanı, Ərəb Əmirliyi və Azərbaycan kimi dövlətlər isə öz vətəndaşlarının müxalif düşüncəli insanların baxışlarını dəqiqləşdirmək və onlara qarşı önləyici tədbirlər görmək üçün bu proqramdan istifadə edib.
İsrailin innovasiya və iqtisadiyyat gücü
“Pegasus” proqramı “NSO” (group) adlı bir İsrail şirkəti tərəfindən hazırlanmışdır. Şirkət 2010-cu ildə yaradılmışdır. Şirkətin adı təsisçilərin adlarının baş hərfləri ilə simvolizə olunmuşdur. Şirkətin qurucuları İsrailin xüsusi xidmət orqanlarında işləyənlərdən təşkil olunmuşdur. NSO şirkətinin 2019-cu ildəki qiymətli kağızların satışından sonra bazar dəyəri 1 milyard dollar səviyyəsində qiymətləndirilmişdir. 2020-ci ildə şirkətin gəliri 243 milyon dollar olmuşdur.
Maraqlıdır ki, İsrail dövlətinin özü belə “Pegasus”u bir cəsus silahı kimi qiymətləndirib. Ona görə “Pegasus” proqramını şirkət özəl subyektlərə deyil, yalnız dövlətlərə satıb. Əgər bir şəxsin telefonu internetə bağlıdırsa, o zaman həmin telefonun bütün məlumatların əldə etmək çətin olmur. Siz istəmədən belə sizin görüntülü kameranızı və səs mikrofonunuzu aça bilir. Sizin iradənizin ziddinə olaraq sizə aid olan bütün məlumatları yaddaşınızdan oğurlamaq mümkün olur. Cibinizdə sanki bir casus gəzdirmiş olursunuz. “Pegasus” bütün telefonlara çox rahatlıqla yüklənə bilmək komputer proqramıdır. The New York Times qəzetinə istinadən bildirilir ki, 2016-cı ildə “Pegasus” 10 nəfəri əhatə edən proqramını 650 min dollara satıbmış. Texnoloji imkanlarının genişlənməsi və dövlətlərin bu proqrama artan maraqların nəzərə alanda məlum olur ki, şirkət Azərbaycan dövləti 1038 nəfəri izləmək üçün aralarında olan müqaviləni daha baha qiymətə razılaşdırıb.
İsrail bir dövlət olaraq son illərdə daha çox vəsaitlər ayırdığı sahələr (superkomputerlər, kibertəhlükəsizlik və s.) indi-indi daha çox özünü biruzə verməyə başlamışdır. İsrail hələ yaranmamışdan (1948) əvvəl 30-cu illərdə Orta Şərqdə müasir komputerlərdən hesab olunan WEIZAS yaranmışdır.
İsrail neft tələbini hər hansı resurs ölkəsi olan ərəb dövlətlərindən deyil, Azərbaycandan alır. İsrail neftlə bağlı məcmu tələbinin 40%-i BTC marşrutu vasitəsilə Azərbaycan idxal edir. 2025-ci ilə qədər bu nisbətin 50%-ə artırılacağı hədələnir. Deməli, neftimizi satıb onun əvəzində vətəndaşlarımızı dinlətmək üçün böyük miqyasda 100 milyonlarla dollar səviyyəsində vəsaitlər həmin ölkənin şirkətinin hesabına köçürülüb.
İnsan hüquqları və şəxsi həyata müdaxilə konteksti
“Pegasus” proqramının ortaya çıxardığı qlobal skandala səbəb olması ona qarşı bütün dünyanın hərəkətə keçməsinə və buna qarşı ciddi işlər görməsinə ciddi zərurət var. Qlobal səviyyədə belə bir rəqəmsal silahın gücü ilə “arzuolunmaz insanların” izlənməsi sonda onların susdurulması ilə nəticələnə bilər. Bu isə insan iradəsinin zorlanması deməkdir. Əgər qlobal miqyasda buna qarşı hərəkat başlanmazsa, bu gələcəkdə dünyada insan hüquq və azadlıqlarının pozulmasını adı hala gətirə bilər. Bu eyni zamanda şəxslərin, şirkətlərin və dövlətlərin şəxsi sirlərinin faş olunmasına səbəb olacaq.
Yeri düşmüşkən “Pegasus” proqramı ilk dəfə olaraq 2018-ci ildə Türkiyədə səfirliklərdən birində olan qətl zamanı keçmişdir. Belə ki, həmin il Birləşmiş Ərəb Əmirliyinin jurnalisti olan Cemal Qaşıqçının öldürülərək tikələrinin çamadanları yığılması zamanı bu proqramdan istifadə olunması qeyd olunmuşdu.
“Pegasus”a qarşı açılacaq hüquq davaları gözləniləndir. Amma əvvələrdə analoji addımları ona qarşı atanlar olub. “WhatsApp” şirkəti 2019-cu ildə ABŞ-da “Pegasus”I məhkəməyə vermişdir. “Microsoft” və “Google” şirkətləri də eyni addımları “Pegasus”a qarşı atmışdır. Hüquqi dava hələ də davam edir.
Avtoritar rejimlərin müxalif düşüncə sahiblərinə qarşı apardıqları mübarizə də “Pegasus” onlara yardımçı olmuşdur. Əslində bu özəl həyata müdaxilə olmaqla, beynəlxalq səviyyədə insan hüquq və azadlıqlarının kopud şəkildə pozulması ilə nəticələnmişdir. Daha konkret desək, bu insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 18-ci maddəsinin məqsədli şəkildə pozulması
Çoxlu sayda təhlillərdən sonra “Pegasus”dan qurtarmağın 2 əsas yolu qalır: ya bütün davranışlarına və sözlərinə mikroskop altında xüsusi səliqə-düzən verməlisən, yaxud cibinizdəki gəzdirdiyiniz cəsas silahını qırıb atmalısan. Sirlərini ikinci bir şəxsə telefon vasitəsilə ötürməməlisən. Yaxud sizlərini ürəyinə deməlisən...
Çünki innovativ texnoloji inkişaf başqa seçim qoymadı...
Məmməd Talıblı