Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Uğurlu ailə qurmaq istəyən qızlar üçün -qızıl qaydalar

 

Bizim ölkəmizdə ailə qurmaq həyatın ən fundamental qanunu hesab olunur. Ailə qurmamış adam nə qədər yüksək karyera pilləsində olsa belə, yenə əsas  hədəfə çatmamış kimi qəbul olunur. İnkişaf etmiş dünya ölkələrində bu əsas göstərici kimi qəbul olunmasa da, lazım olan yerlərdə mütləq əsas götürülür. Müəyyən yaşdan sonra ailə qurmaq vacib sayılır, əks təqdirdə, istədiyiniz yerlərə çatsanız da, gözlədiyiniz məmnuniyyət təmin olunmayacaq. Xəyalınız gerçəkləşəndə ​​sizi dərindən xoşbəxt edən sevinci hiss etməyəcəksiniz. İstəklərin yerinə yetirilməsindən duyulan xoşbəxtlik hissini sizi ürəkdən sevən, uğurlarınıza sevinən, bu uğurlardan öz xeyrinə istifadə edən bir ailə ilə paylaşmaq özü də bir növ xoşbəxtlikdir. Ailə qurmaq həm qadınlar, həm də kişilər üçün vacibdir. Amma, qadınların ailə qurmaq prosesi kişilərinki ilə fərqlidir. Çünki, ailədə qadının və kişinin rolu da fərqlidir və kim deyirsə ki, ailədə qadınla kişinin funksiyası eynidir, inanmayın, düz deyil.

Yenixeber.org: Qeyd etmək lazımdır ki, dünyada ailə institutu artıq dağılmağa başlayıb, ailə onun üçün çəkilən zəhmətləri, verilən qurbanları doğrultmur. Bu da öz növbəsində təsdiqlənmiş mövzudur, çünki, ata-ana əziyyətlə böyütdüyü övladlar sonda valideynlərinə sədaqət borcunu unudurlar, nə qədər savadlı və intellektual olsalar, öz valideynlərinə qarşı o qədər laqeyd olurlar. Bunu biz demirik, əgər bu barədə məlumat almaq istəsəniz dediklərimizi təsdiq edən çoxsaylı hadisələr var. Bununla belə, yaxşı ailə insan üçün ən vacib məsələdir, iki əks qütbün nümayəndələri olan kişilər və qadınlar bir-birini tamamlamağa məcburdur. Ailə qurmayan qadınlar və kişilər var, onlar belə də xoşbəxtdir. Bəzən biz ayrılıqda xoşbəxt yaşaya bilsək də, yaşlandıqda bu həyat dadsız və mənasız olur.

   
 

Çox uğurlu ailə qurmuş şanslı qadınlar var və belələrini hamımız tanıyırıq. Belə şanslı qadının əri varlı, ağıllı, yaraşıqlı, xeyirxah və səxavətlidir. Bu qadının əri arvadına təriflər deyir, ona qiymətli hədiyyələr alır,  uşaqlarını çox istəyir, evin hər işi ilə maraqlanır, arvadının işinə lazım olan köməyi edir.  Belə şanslı qadının əri İsveçrə bankı kimi etibarlıdır və ailəsinin gələcəyini təmin etmək üçün gecə-gündüz çalışır. Onunla bir evdə yaşamaq  rahatdır, hər gün arvadını işdən götürməyə hazırdır. Arvadının valideynlərinə hədsiz hörmət və səxavət göstərir və s. Əlbəttə, “inanılmazdır” deyə bilərsiniz. Həyatda belə ailələr çox azdır.  Bəli, belə ər  “milyondan birinə qismət olur”, desəniz haqlısınız.

Bəli, əziz xanımlar, tamamilə haqlısınız.  Buna görə də, ikinci yarınızı tapmaq, sizi əlləri üstündə gəzdirəcək bir adamla evlənmək üçün ciddi qaydalara əməl etmək lazımdır. Çox təəssüf ki, bizdə orta məktəblərdə ailə kursu tədris olunmur. Amma, bu kurs əksər dünya ölkələrində tədris olunur. Çünki, hələ orta məktəbdə qızlar yaxşı ər tapmaq arzusunda olur, məhz bu yaşda qızlar özlərinə uyğun olmayan oğlanlar seçir, çünki, hansı xüsusiyyətə malik oğlanların ailə qurmaq üçün daha etibarlı olduğunu bilmirlər. Hansı xüsusiyyətin ailə üçün uyğunsuz olduğunu təsəvvür belə etmirlər və nəticədə görünüşü yaraşıqlı, yaxşı geyinən oğlanları seçirlər. Kimdən uzaq durmalı və kimlərlə keyfiyyətli münasibətlər qurmaq barədə azacıq bilik verilsə, qızlar səhv etməz, etsə belə, tez ayılar. Gənc yaşlarda qızlar qısqanc oğlanlara daha çox meyl edir, bu qadınların qorunmağa meylli olmasından irəli gələn hissdir. Amma, həyat sübut edir ki, qısqanc oğlanlar ailədə ciddi problemlər yaradır. Həyat universitetinin təsdiq etdiyi şeylərə inanmaq, ağıllı qızların  bütün vacib düşüncələri özündə cəmləşdirən “qızıl həqiqətləri” anlamasına imkan verir.

 

Qeyd etmək istəyirəm ki, bu yazını həyat təcrübəsi keçmiş, oxuduqlarınızı həyata keçirməyə kömək edəcək “praktik tapşırıqlar” verə biləcək yaşda biri yazmışdır. Bunlar sadəcə oxumaq və ya səthi keçmək üçün nəzərdə tutulmayıb. Maksimum nəticə əldə edə və bu praktik tapşırıqlardan bəhrələnə bilmək üçün bunları ciddi nəzərə  almağınız məsləhət görülür. Özünüzü, həyata, ətrafınıza olan münasibətinizi və buna görə də uğurlu ailə qurmaq fikirnizi müsbət istiqamətdə dəyişdirin.”Yanımda sevdiyim olsun, kol dibində evim olsun” atalar sözü təhsilin ciddi önəm daşımadığı zamanlara aiddir. İndi dünyaya gətirdiyin uşağa yaxşı təhsil verməsən, uşaq elə “kol dibində” qalacaq. Əlbəttə, yanında sevdiyin olsun, amma evin normal şərtlərə və müasir standartlara cavab versin, müasir texnologiyaları və digər şəraiti olsun. Əgər sevdiyiniz adama tənqidi gözlə baxmağı bacarsanız,  uğurlu bir evlilikdən nə qədər uzaq və ya yaxın olduğunuzu müəyyənləşdirmək, şansınızı görmək və həqiqətləri qiymətləndirmək üçün imkanlarınız olacaq. Aldanmayın, çünki tənqidi yanaşmağı bacarmasanız, sevdiyiniz və ya xoşunuza gələn adamın mənfi cəhətlərini görə bilməyəcəksiniz.

 

Hamıya məlumdur ki, yaxşı qadın iki övladı (yəni, bizim dövrümüz iki övlad üçün uyğundur, ikisini oxudub boya-başa çatdırmaq elə də asan deyil) və ərinin sevgisi üçün bütün sınaqlardan keçməyə hazırdır. Amma, nəzərə almaq lazımdır ki, qadının seçdiyi ər bu sevgiyə layiqdirmi və onunla birlikdə uşaq dünyaya gətirib böyütmək mümkün olacaqmı? Özünüz bilirsiniz və görürsünüz ki, ir çox kişilər bu sevginin qədrini bilmir, uşaqların həyatında yaxşı nümunə olmurlar.  Bəs necə uğurla ailə qurmaq olar? Hər qız özünə belə bir sual verir, amma hər potensial gəlin bu sualı özünəməxsus şəkildə başa düşür. Uğurla ailə qurmaq nə deməkdir? Şanslı ailə necə olmalıdır? Bəs evlilikdə uğursuzluq nə hesab olunur? Əlbəttə, ilk növbədə, “necə uğurla ailə qurmaq olar?” sualına cavab vermək üçün özünüzü, bacarıqlarınızı, kişilərə təsirinizi, evlənmək istədiyiniz mühitin xüsusiyyətlərini çox yaxşı bilməlisiniz. Eyni zamanda, gələcək ərinizin hansı keyfiyyətlərə sahib olacağını, ailə həyatınızın necə və nə şəraitdə qurulacağını təsəvvür etməlisiniz. Plansız surətdə, “artıq mənim ərə getmək vaxtım keçir” deyərək, qarşınıza çıxan, yaxşı tanımadığınız biri ilə evlənsəniz, özünüz özünüzə problem yaradacaqsınız. Düzdür, nadir hallarda belə qurulan ailələr də orta səviyyədə idarə olunur, amma, nadir hallarda.

 

 Qətiyyən demək istəmirik ki, imkanı yaxşı olan oğlan tapsanız xoşbəxt olacaqsınız, insanı pul və var-dövlət yox, münasibətlər xoşbəxt edir.  Bax, bu cümlə əsil qızıl qaydadır: insanı münasibətlər xoşbəxt edir. “İmkanlı kişi” uğurlu ailə adamı demək deyil. Bir çox hallarda imkanı təmin edən şeylər evdən və ailədən daha vacib görünür. Həyat universiteti təsdiq edir ki, yaxşı bir ata belə, yaxşı bir ər demək deyil. Və həyat universiteti təsdiq edir ki, qadın heç vaxt özünü unutmamalıdır, yoxsa cəzasını çəkəcək. Bir kişi bir qadına əlini uzadıb və ürəyini təklif edərsə, bütün ömrü boyu onun üçün cavabdehdir. Evlənəndə cavan, gözəl qız 15-20 ildən sonra artıq çox dəyişir. İnkar etməyək ki, elə çox vaxt imkanlı kişilər bu vaxt qadınlarını gənc biri ilə əvəz etmək istəyir və edir də.

Məncə kifayət qədər  ümumi məlumat  verdik. Artıq qızıl qaydalar və praktiki tapşırıqlara keçə bilərik. Yaxşı ailə qurmaq üçün məntiqə daha çox diqqət etmək lazımdır, əlbəttə, mütləq sevgi olmalıdır, sevmədiyin, xoşuna gəlməyən biri ilə ailə qurmaq müasir dövrdə heç mümkün də deyil. Amma, tam açıq şəkildə praktiki tapşırıqlar verməyə həm bir müəllim kimi işim və bizim milli dünyagörüşümüz mane olur. İmkan qədər məlumat verəcəyik, amma, nəzərə alaq ki, bu məlumatlar ümumi olacaq. Çünki, tanımadığın və məqsədlərini bilmədiyin zaman praktiki çalışmalar vermək yalnış ola bilər. Hər halda, bu ümumi göstəricilər də az rol oynamır. Bu göstəricilər özünü çoxdan təsdiq etmiş məsələlərdir deyə ürəklə başlaya bilərik;

 

♦ Yaş fərqinə ciddi fikir verin. Yaş fərqi ilə evlənib xoşbəxt olanlar çox vaxt kinolarda olur. Bu günü deyil, 50 yaşdan sonranı nəzərdə tutun. 5 yaş normal ola bilər, amma yenə fərqdir.

♦ Heç bir oğlana öz planlarınızı, ailənizin sizin üçün gələcəkdə maddi kömək edəcəyini deməyin, əgər desəniz ciddi səhv edəcəksiniz. Qarşınızdakı evlənmək üçün seçdiyiniz namizədin məqsədini heç vaxt bilməzsiniz, məlumdur ki, toydan sonra oğlanlar 180 dərəcə dəyişə bilir. Sizin vədləriniz onu arxayın salar və dediklərinizi tələb edə bilər; olmaz deməyin, bu mütləq belə olacaq. Ailənizin və valideynlərinizin sizə ev alacağını, maşın alacağını demisinizsə, o sizə bunları etdirəcək, əmin ola bilərsiniz. Uğurlu ailə hər şeyi öz gücünə edir, əgər kişi öz ailəsi üçün çalışmazsa, ailənin dəyərini bilməyəcək.

♦ Mütləq evlənmək təklifini oğlan etməlidir, bunu etmək üçün ona şərait yaradın, qoy o özünü dominant kişi kimi aparsın, yoxsa, gələcəkdə daim sizin onu tora saldığınızı deyib sizdən qisas alacaq. Namizəd seçdiyiniz oğlanın ailəsi barədə araşdırmalar aparın, amma, tam məxfi. Əgər ailəsi problemlidirsə, atası içən və evinə baxmayan biridrisə, oğlunda da bu keyfiyyətləri görürsünüzsə, gec olmadan uzaqlaşın.

 

♦ Həyatda hər kəsin fərqli hədəfləri var. Kimi çoxlu pul istəyir, kimi çox uşaq istəyir. Əgər sevdiyiniz namizədin istəklərinə yalandan tabe olub, amma öz istədiklərinizi gizli saxlasanız, səhv edəcəksiniz. Siz də öz istədiklərinizi tam açıq deyin, öz arzularınızı unutmayın. Əgər özünüzü arxa plana keçirib, ancaq evlənmək xətrinə onun istədiklərinə tam tabe olsanız sonra özünüzü pis hiss edəcəksiniz. Xoşbəxt bir evlilik, zaman keçdikcə bir-birinizə qarşılıqlı hörməti və anlayışı itirməmək deməkdir.

♦ Mümkün qədər oxuduğunuz qrupdakı oğlanlara üstünlük verin, çünki, bu oğlanı yaxxşı tanımaq və etibar etmək üçün kifayət qədər vaxtınız olacaq. Nəticədə, siz onun planlarını, dürüstlüyünü hər şəraitdə görə biləcəksiniz. Unutmayın, uğurlu ailə qurmaq üçün həm pul, həm də qarşılıqlı faydalı münasibətlər üçün əlverişli şərait və sevgi lazımdır.

 

♦ Xüsusi qeyd;əgər oğlanın ailəsi sizi istəmirsə çox ehtiyatlı olun, zamanla düzələr deməyin, bu çətin məsələdir, hamının bəxti gətirmir bu zaman. Gənclik keçdikdən sonra, bu hadisə yenidən gündəmə gələ bilər və nəticəsi yaxşı olmaya bilər. Eyni zamanda, keçmişdə ciddi sevgisi olan birinə də ciddi meyl etməyin, o adam sevgisinə uzun zaman yas saxlamaqla sizi məyus edə bilər.

♦  Heç vaxt 3 aydan az tanıdığınız biri ilə ciddi münasibət qurmayın, unutmayın, kişilər öz təbiətinə görə tamahkar olurlar, seçdiyiniz namizədin içkiyə meylli olmadığına, evə pul gətirmək vəzifəsini tam anlamında dərk etdiyinə əmin olun. Sizin üçün pul xərcləmək istəmirsə və ya bunun üçün sizə şərt qoyursa, ehtiyatlı olun, həmişə belə olacaq. Əgər hiss etsəniz ki, seçdiyiniz adam davakardır, qadına əl qaldırmağa haqq qazandırır, qətiyyən davam etməyin. Dünya onun ətrafında fırlanmır, siz özünüzə uyğun birini mütləq tapacaqsınız.

  

♦  Problemlərinizi seçdiyiniz namizədlə bölüşməyin, iş ciddi şəkil aldıqdan sonra lazım bildiyiniz məsələni deyə bilərsiniz, amma ailəniz barədə, ata-ananızla münasibətiniz barədə ona heç nə danışmayın, danışsanız sonra o bunu hər dəfə yadınıza salacaq və sizi ailənizdən uzaqlaşdırmağa çalışacaq. Rəfiqələrinizi pisləməyin, evləndikdən sonra o sizin rəfiqələrinizlə əlaqələrinizi kəsməyi tələb edəcək, axı siz onların yaxşı qızlar olmadığını özünüz demisiniz, nəticədə məsləhət ala biləcək dostlarınız olmayacaq. Əgər sizə uyğun, normal birinə rast gəlmisinizsə, o zaman onu başçı kimi qəbul edin və bütün məsuliyyəti onun üzərinə qoyun. Bu gələcəkdə sizi problemlədrən xilas edəcək. Uğurlar olsun, yazılarımız davam edəcək.

 

 Amaliya Murad

İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının  araşdırmaçısı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam