Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan - Türkiyə münasibətlərinin əsas sirri nədir?: Əliyev, Ərdoğan, yoxsa...

 

Yenixeber.org: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinə sayılı günlər qaldı. Qardaş ölkə liderinin ölkəmizə budəfəki ziyarəti tarixi şərtlər, eyni zamanda, bölgədəki mövcud həssas durumdan dolayı yetərincə kritik bir dövrə təsadüf edəcək. Bu baxımdan qarşıdakı səfər istər Azərbaycan, istərsə də Türkiyədən ötrü fərqli bir önəm kəsb edir.

Hörmətli Ərdoğanın iyunun 15-də başlayacaq ziyarəti sözsüz ki, ən əvvəl iki qardaş ölkənin gücünə əlavə güc qatacaq. Münasibətlərimizin, qardaşlığımızın növbəti nümayişinə çevriləcək. Əlaqələrimizin daha yüksək mərhələyə adlaması ilə yadda qalacaq. Nəhayət, dostlarımızı sevindirib rəqib-düşmənlərimizi məyus edəcək. Ayrı cür ola da bilməz.

Sirr deyil ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra onu ilk tanıyan ölkə kimi qardaş Türkiyə ilə bütün sahələr üzrə münasibətlərimiz yüksələn xətlə inkişaf edir. Çünki bu əlaqələr təbii təməllərə əsaslanır, “Bir millət, iki dövlət” bünövrəsi üzərində təşəkkül tapıb. Mərhum prezident Heydər Əliyevin bu məşhur tezisi ötən 30 ildə bir daha sınaqlardan üzü az çıxaraq siyasi, iqtisadi, mənəvi, həmçinin geostrateji mahiyyət qazanıb.

Türkiyə MN: “Bir millət iki dövlət olaraq əbədi birgə qalacağıq”

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri və müttəfiqliyi daim möhkəmlənməkdə və dinamik inkişaf etməkdədir. Faktiki “ət-dırnaq” kimi olan Azərbaycan-Türkiyənin müttəfiqliyi əlbəttə ki, ən əvvəl iki dövlətin hazırkı rəhbərlərinin danılmaz əməyi sayəsində mümkün olub. Ölkələrimiz arasındakı münasibətlər hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq bu gün daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Söhbət ilk növbədə iki siyasi liderin şəxsi nümunəvi münasibətlərindən, iki qardaş ölkənin maraqlarının qorunmasında onların daim sərgilədikləri qətiyyətdən, siyasi iradə və prinsipiallıqdan gedir. Atılan qəti addımlar sayəsində Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişafına nail olan Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir.

Prezident: "Biz cavab verməyə məcbur idik" -

Bunun parlaq təzahürü kimi, Azərbaycan lideri müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. “Harda Türkiyə yoxdur, orda biz varıq, Azərbaycan var”, deyib. Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etməsi xalqlarımız üçün də, dünya birliyi üçün də əsl nümunə sayıla bilər. Bir müdrikdən soruşurlar ki, “dost yaxşıdır, yoxsa qardaş”, cavab verir ki, “dost, əgər o həm də qardaşdırsa”. Bu deyimi tərəddüdsüz Azərbaycan-Türkiyə münasibətlərinə də aid etmək olar.

“Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” deyən Azərbaycan Prezidenti habelə dünyada bunca biri-birinə yaxın və qardaş olan başqa iki dövlət tapmaq mümkün olmadığını bildirib. Səbəbi qeyd edildi artıq: ona görə ki, əlaqələrimiz sırf təbii təməl, təbii ortaq maraqlar üzərində qurulub, nəinki hansısa fərdi, özəl və ya şəxsi maraqların üzərində.

Şübhə yox ki, iki dövlətin gücünə güc qatan hər şeydən öncə ölkələrimizin getdikcə artan iqtisadi, energetik potensialıdır. Bu, regionda qardaşlığımızın da gücünü artırır. Bölgədə Türkiyə-Azərbaycan iqtisadi-siyasi tandemini bir az daha vazkeçilməz faktora çevirir. Azərbaycan və Türkiyənin mövcud potensialı əlaqələrin iqtisadi sferada, xüsusilə də ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına zəmin yaradır. Məlumdur ki, bu istiqamətdə bir sıra mühüm addımlar atılıb və atılır. Birgə iqtisadi layihələr isə böyük geosiyasi əhəmiyyət daşıyır. Çünki müasir dünyamızda xeyli dərəcədə məhz iqtisadiyyat siyasəti, geosiyasəti müəyyən edir.

Azərbaycan Türkiyəyə qaz satışını artıra bilər

Məsələn, Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb.

Ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan olacaq. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin illərdir böyük ümidlə baxdığı, Xəzər qazı ilə birgə Orta Asiya təbii qazını da Avropaya çatdıracaq “Nabukko” kəmərinin inşası xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir.

Ərdoğan İlham Əliyevə zəng etdi » Asiya.az Informasiya Agentliyi

Bu kəmər qitənin Rusiyadan enerji asılılığını minimuma endirəcək. Onun reallaşması müstəsna olaraq Bakı və Ankaranın birgə səylərinə, Əliyev və Ərdoğanın siyasi iradəsində bağlı olaraq qalır. Kəmərin inşası isə öz növbəsində iki qardaş dövlətin iqtisadi gücünə yeni güc qatmaqla yanaşı, onların Qərb üçün əhəmiyyətini birə-beş artırmış olacaq; Bakı və Ankaranı bölgədə və dünyada, özəlliklə Qərbdə daha sanballı söz sahibinə çevirəcək.

Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərinin istifadəyə verilməsindən  10 il ötür - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şübhə yox ki, Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Bu, eyni zamanda iki qardaş ölkənin digər Avropa ölkələri üçün önəmini artırır. Keçən il istifadəyə verilən və Türkiyədən keçməklə (TANAP, TAP) Avropaya qədər uzanan Cənub Qaz Dəhlizi isə qitənin enerji təhlükəsizliyində yeni və mühüm səhifə açıb, iki qardaş məmləkətin Avropa üçün, Qərb üçün təhlükəsizlik baxımından ortaq dəyərini artırıb. “Nabukko”nun reallaşması ilə bu dəyər daha yüksək səviyyəyə çatacaq...

Azərbaycanla Türkiyənin qardaşlığı əlbəttə ki, hərbi əlaqələr sferasına da öz silinməz möhürünü basıb. 44 günlük müharibədə Azərbaycan torpaqlarının əks-hücum əməliyyatı ilə erməni işğalçılarından azad edilməsi zamanı Türkiyənin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi, tarixə düşən əsl qardaşlıq nümunəsi idi. Fakt budur ki, apardığımız Vətən savaşı zamanı Türkiyənin bütün dövlət strukturları qələbəmiz üçün bütün istiqamətlərdə böyük əzmkarlıq göstərdi, əllərindən gələni etdi. Güclü beynəlxalq təzyiqlərə rəğmən, Türkiyə öz qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu, olduqca bənzərsiz, qürur verici, tarixdə qalacaq təmənnasız dəstək və həmrəylik nümunəsi idi. Ərdoğan 10 dekabr 2020-ci ildə Bakıdakı Qələbə Paradında iştirakı və çıxışı ilə bu dəstəyi bir daha dünyaya, düşmənlərimizə bariz şəkildə nümayiş etdirdi...

Official web-site of President of Azerbaijan Republic - NEWS » Events

Diqqətçəkcidir ki, iki ölkə arasında qardaşlıq əlaqələri siyasi müstəvidə yeni sahələri də əhatə eləməkdədir. 2021-ci il 1-3 iyun tarixlərində YAP nümayəndə heyətinin Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankarada səfərdə olması buna sübutdur.

Nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğulayıb, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu ifadə edib, hər iki tərəfdən hakim partiyaların roluna toxunaraq partiya funksionerlərinin fəaliyyətlərini yeni çağırışlara uyğunlaşdıra bilmələrinin vacibliyini qeyd edib.

İki ölkənin hakim partiyaları – YAP və AKP arasında uzun illərdir davam edən əməkdaşlığın yeni mərhələyə adlaması ilə siyasi münasibətlərin də yeni səviyyəyə qalxdığını söyləmək olar. O sırada iyun ayının 2-də əməkdaşlığa dair imzalanmış niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edə bilər. Partiya liderləri arasında olan dostluq münasibətləri YAP və AKP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır.

Azərbaycanda Vətən müharibəsi ilə əlaqədar yeni orden və medallar təsis  edildi

2-ci Vətən müharibəsindəki tarixi zəfərdən sonra isə əməkdaşlığımız üçün yeni perspektivlər açılıb.

Əgər qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxından iştirakı iqtisadi əlaqələrimizin inkişafında yeni dövrün başlanğıcının əsasını qoydusa, YAP və AKP arasında imzalanmış niyyət protokolu siyasi arenada müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisi sayıla bilər.

YAP və AKP sədrlərinin – dövlət başçılarının tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin daha da inkişaf etdirilməsi milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə mübadilələrinə, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə koordinasiyanın yaradılmasına təkan verəcək. Azərbaycan və Türkiyənin iqtidar partiyaları həmçinin üzv olduqları müxtəlif beynəlxalq siyasi platformalarda bir-birinin maraqlarının qorunmasında, eləcə də müsbət təcrübənin öyrənilərək tətbiq olunmasında, gənclərin beynəlxalq fəaliyyətində və digər istiqamətlər üzrə davamlı əməkdaşlıq edəcəklər.

Ən önəmlisi odur ki, Azərbaycan-Türkiyə çoxşaxəli əməkdaşlığı həm də xalqlarımızın gələcəyinə xidmət edir, gələcəyə hesablanıb. Atatürk necə demişdi: “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir”. Ərdoğan isə “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə var” söyləyib. Şəksiz ki, belədir. Qardaş dövlət başçısının gələn həftə başlayacaq Bakı səfəri ilə qardaşlığımız daha sarılmaz olacaq, bir az da daşlaşacaq...(musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam