Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Stalinin göstərişi, Rokossovskinin elçiliyi ilə yaranan ailə -Qrekova və Malinin cütlüyü YAXIN TARİXİN MARAQLI HADİSƏSİ

 

  

O, Stalinin ən sevimli kadrlarından biri sayılıb. SSRİ-nin ən ağır dövrlərində, o cümlədən sovet-alman müharibəsi zamanı Nadejda Qrekova Belarusiya Ali Sovetinin sədri, müttəfiq respublikanın Nazirlər Sovetinin sədr müavini vəzifəsində işləyib, ona göstərilən etimadı doğruldub. 

Yenixeber.org: Stalin Nadejda Qrekovanın xətrini o dərəcədə istəyib ki, onun ailə qurmasına da müdaxilə edib, kimə ərə gedəcəyini də özü müəyyənləşdirib.

1944-cü ildə Mərkəzi Komitədə qərara alınıb ki, Belarusiya Ali Sovetinin 4-cü sessiyası respublikanın alman işğalçılarından azad edilmiş ərazisində keçirilsin. Sessiyanın cəbhə bölgəsində keçirilməsi və təşkilati işlərlə bağlı Stalin Nadejda Qrekovaya zəng vurub və göstəriş verib ki, o, 1-ci Belarusiya Cəbhəsinin qərargahına getsin.

Sonra Stalin 1-ci Belarusiya Cəbhəsinin komandanı Konstantin Rokossovski ilə əlaqə yaradıb. Onların telefon söhbəti qısa və konkret olub. Rokossovskinin ümumi vəziyyətlə bağlı qısa məruzəsindən sonra Stalin göstərişlərini verib:

Bu gün axşam saatlarında sessiyanın təşkili məsələləri üçün Nadejda Qrekova sizin qərargaha gələcək. Onu qarşılayın və lazımi şərait yaradın.

Əmriniz yerinə yetiriləcək, yoldaş Stalin.

Sonra Stalin mətləbdən kənara çıxaraq növbəti əmr-xahişini bildirib:

Konstantin Konstantinoviç, bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Nadejda Qrekova ailə həyatı qurmayıb. Sizin tabeliyinizdə bir general xidmət edir, Mixail Malinin. Bildiyimə görə aranızda möhkəm dostluq münasibətləri var. Siz təkcə komandir kimi yox, həm də bir dost kimi Malininin qayğısına qalmalısınız. Onun həyat yoldaşı müharibə zamanı həlak olub. Belə düşünürəm ki, 45 yaşlı generalın tək və ailəsiz qalmasında dost kimi sizin də günahınız var. Odur ki, indi fürsət yaranıb. Siz Qrekova ilə Malininin ailə qurmasının səbəbkarı ola bilərsiniz.

Stalinlə Rokossovskinin münasibətləri yaxşı olduğundan, Rokossovski ona ərkyana bir sual verib:

Yoldaş Stalin bu əmrdir, yoxsa xahiş.

Əmr deyil, amma siz əmr kimi qəbul edin.

Beləliklə, Rokossovski Stalinin göstərişi ilə Belarusiya Ali Sovetinin sədri Nadeyda Qrekovaya elçi düşüb. Cəbhə bölgəsində keçirilən sessiyadan bir ay sonra Malininlə Qrekova rəsmi nikaha giriblər.

Nadejda Qrekova 1910-cu ildə Minsk şəhərində anadan olub. Əmək fəaliyyətinə 14 yaşında tikiş fabrikində başlayıb. Sonra Minskdə şəhər Həmkarlar Komitəsində çalışıb. 1937-ci ildə Belarusiya Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdiri vəzifəsinə təyin olunub. 1938-ci ildən 1947-ci ilə qədər Belarusiya Ali Sovetinin sədri olub, eyni zamanda Belarusiya Nazirlər Soveti sədrinin müavini vəzifəsini də daşıyıb. Daha sonra Moskvaya köçən Nadejda Qrekova Rusiya qida sənayesi nazirinin birinci müavini vəzifəsinə təyinat alıb. Dəfələrlə SSRİ Ali Sovetinə deputat seçilib.

Müharibə illərində o, öz bacarığı, xoş münasibət qurmağı, alman işğalına məruz qalmış Belarusiyadakı yaranmış problemlərin həllində gərgin fəaliyyəti ilə xalq arasında böyük nüfuz qazanıb. Nadejda Qrekova 1-ci və 2-ci Belarusiya Cəbhələrinin komandanları olan Georgi Jukov və Konstantin Rokossovski kimi görkəmli sərkərdələrlə yaxın dostluq münasibətlərində olub, müharibənin ağır illərində arxa cəbhə məsələlərinin həllində böyük xidmətlər göstərib.

Stalin Nadejda Qrekovanın xidmətlərini yüksək qiymətləndirib, onu SSRİ-nin ən yüksək ali mükafatları ilə təltif edib. Dövlət tədbirlərində isə ona xüsusi diqqət yetirib.

Kremldə “Lenin” ordeninin təqdim olunması mərasimində SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalinin mükafatları sahiblərinə verdikdən sonra Stalin mükafat alanlara birgə şəkil çəkdirməyi təklif edib. Həmin mərasimə Nadejda Qrekova geçikib. Səbəbi isə bu dar macalda Kreml yaxınlığındakı qadın salonunda geçikməsi olub. O, mərasimə çatanda artıq mükafatçılar Stalinin ətrafına toplaşaraq çəkilişə hazır vəziyyətdə dayanıblar. Qrekova gecikdiyini anlayaraq geri dönmək istəyəndə Stalin onu səsləyib: “Yoldaş Qrekova, dövlət tədbirlərindən yayınmaq olmaz. Yaxınlaşın, sizin üçün  yer tapılacaq...” O, birinci cərgədə Nadejda Qrekovaya yer ayırıb.

Nadejda Qrekova təqaüdə çıxdıqdan sonra da fəal ictimaiyyətçi kimi dövlət tədbirlərinə dəvət alıb. O, həyat yoldaşı ilə 16 il ömür sürüb. Ordu generalı Mixail Malinin 1960-cı ildə, 60 yaşında vəfat edib. Nadejda Qrekova isə uzun bir ömür sürüb. O, 2001-ci ildə 90 yaşında vəfat edib.

Hazırda Minsk şəhərində Nadejda Qrekovanın adını daşıyan park var. 2016-cı ildə “Belarusfilm” onun haqqında “Nadejda Qrekovanın iki həyatı” adlı sənədli film də çəkib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam