Redaktor seçimi
Füzulidə Şükürovlar sülaləsi səhiyyə müəssisəsini əxlaqsız yuvasına çeviriblər-
Ürəyində Fətullah Gülən sevgisi olan Qorxmaz Hüseynovu hansı cəza gözləyir?-
Müdafiə Nazirliyində YENİ “BAZAR
Qorxmaz Hüseynov haqqında qorxunc iddialar…-
Səfər Mehdiyevin gömrük imperiyası: 121 qohum dövlət içində dövlət qurub-
İnvestAZ-ın baş direktorunun Türkiyədə Borsagundem.com-u qaralama cəhdi baş tutmadı-
Emin Əmrullayevin nəzərinə: 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində dövlətin pulu belə hesablanır-
11-saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində
Günün xəbəri

Dövlətin sosial siyasətini sabotaj edən nazir... -İTTİHAM

 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütövlükdə idarəetmə sisteminin ən qanqrena vermiş qurumu olduğunu söyləmək lazımdır.
Yenixeber.org: Bu nazirliyin demontajı və yenidən qurulması həyata keçirilməsə, kimin rəhbər gətirilməsinin, kimin təyin olunmasının əhəmiyyəti qalmır.
Sahil Babayev ƏƏSMN tarixində bəlkə də ən marionet və bacarıqsız nazirdir. Onun bu gün etdiklərini sabah üçün özünə bir quyu qazması kimi də səciyyələndirmək olar.
Əgər bu sahənin mütəxəssislərindən olmuş, DSMF sistemində xeyli müddət vəzifə tutmuş Səlim Müslümov həbsə göndərilirsə, Sahil Babayevin də bu çirkabın içindən sonda kristal çıxacağı gözlənilmir.
Bu mənada nazirin əlillik dərəcələrinin, pensiyaların ləğvində, qazilərin, şəhid ailələrinin narazılığını qazanmasında özünə hansı pisliyi etdiyi göz qabağındadır. S.Babayevin gələcəkdə sosial təminat sisteminin növbəti qurbanlarından biri olacağı istisna edilmir.
Çünki bu sahənin böyük rüşvət ocağı olması, heç bir vəchlə çibanın içindən təmizlənməməsi, S.Babayevin insanları boğaza yığan qərarları proqnoz edilən finalın çox uzaqda olmadığına əsas verir.
Ümumiyyətlə, Nazirlər Kabinetində əhalinin ən çox şikayət etdiyi, müharibə əlillərinin xüsusən hiddətinə səbəbkar olan nazir Sahil Babayevdir. S.Babayev qədər bu dərəcədə nifrət qazanmış ikinci vəzifəli şəxs yoxdur.
Zaman-zaman səhiyyə, fövqəladə hallar, ekologiya, kənd təsərrüfatı və s. nazirlərdən narazılıqlara rast gəlmək olur. Amma elə gün yoxdur ki, mətbuatda və sosial şəbəkələrdə Sahil Babayev “yad olunmasın”.
Onun real islahatlar həyata keçirməməsi, rüşvətxor kadrların yerlərdə hələ də vəzifələrdə qalması ucbatından ən gənc nazirin barəsində yaradılmış islahatçı məmur imici qısa zamanda sabun köpüyünə çevrildi.
Onun nazir təyin olunması ilə bu üç il ərzində sosial müavinətlərin, əlillik dərəcələrinin təyin edilməsi, pensiya və digər problemlər daha da ağırlaşdı.
Faktiki, sosial təminat əhali üçün əlçatan olmadı, elektronlaşmaya gedilməklə guya şəffaflıq yaradılacağı adı altında yoxsul, işsiz vətəndaşlar bu dəstəkdən kənarda qaldı, pensiya və əlillik dərəcələrinin təyinatı prosesi insanlar üçün əsəb, işgəncəyə çevrildi.
Misal üçün, əvvəllər əlilliyə dair tibbi rəyi yerli həkim-ekspert komissiyaları verirdisə, bu ildən, yoxlamadan keçmək istəyənləri Bakıda yerləşən Milli Oftolmologiya Mərkəzindəki Həkim Ekspertiza Komissiyasına göndərirlər. Sanki bu Mərkəzdən başqa digər tibb ocaqlarında fəaliyyət göstərən həkimlərin hamısı rüşvətxor imiş.
Pandemiya şəraitində rayonlardan Bakıya gəlmək əzablı bir işdir, xərcdir, hamının həmin Mərkəzdə yoxlamadan keçməsi üçün aylar lazımdır və bu müddətdə pensiyalar da ödənilmir.
Tutaq ki, biri əlilliyinin təsdiq edilməsi üçün 5 ay növbədə dayanır və nəhayət, yoxlama zamanı onun əlilliyi təsdiqlənir.
Ancaq gözlədiyi 5 ay ərzində kəsilən pensiyası ona qaytarılmır. Bu, hansı qanuna uyğundur? ƏƏSMN vətəndaşların hüquqlarını tapdalamaqla prosesin adını islahatlar qoyursa, belə islahata nə deyəsən.
Ona görə də əksəriyyətin qəzəbinə tuş gəlmiş, sosial mediada barəsində saysız-hesabsız tənqidlər yazılan S.Babayev, sadəcə, bu sahəyə bəla nazir gəlib.
Bəs S.Babayevin bəh-bəhlə təqdim etdiyi 90 min saxta əlilliyin ləğvinə görə neçə məmur məsuliyyətə cəlb edilib? 90 min nəfərə indiyədək nə qədər qeyri-qanuni ödəniş edilib?
Bu ödənişin aqibəti necə olacaq: büdcəyə qaytarılma mexanizmi varmı? Kimin cibindən bu vəsaitləi çıxarıb büdcəyə qaytaracaqlar?
Həmçinin əlillik dərəcələrinin təyinatında nazirlik absurd bir yanaşma ortaya qoyub. Gah bir ayağı amputasiya edilən şəxsi əmək qabiliyyətli vətəndaş kimi qiymətləndirir, gah Qarabağ qazilərinə dərəcələrin verilməsində haqsızlığa yol verir, məsələn, 1-ci dərəcəli qaziyə 2-ci dərəcə təyin edir, gah şəhid ailələrini narazı salır.
Bu, Ordusu müharibədən qalib çıxan, neçə-neçə qəhrəman qazini dövlətdən küsdürən ölkənin nazirinin fəaliyyətidir. S.Babayev islahat buna deyirdi? Bu yöndə onlarla əsgər atasının, qazinin, şəhid ailəsinin video çıxışlarını təqdim edə bilərik.
Nazir kütləvi şəkildə narazılıq yaratmaqla, az qala bir batalyonluq ehtiyacı olan təbəqəni hakimiyyətin üstünə qaldırmaqla, yanlış qərarlarla, ƏSSMN sistemini korrupsiyadan təmizləyə bilməməklə həm də özü üçün böyük bir tələ qurur - Səlim Müslümovun düşdüyü qəza kimi...
Bu narazılıqlarla bağlı ən yaxşı fikirləri ekspert Cümşüd Nuriyev nazirin menyusuna ünvanlamışdı. Onun sözlərinə görə, Sahil Babayev nazirliyi özünün qardaşı, bacanaqları, qohum-əqrəbası və dostları ilə doldurub.
“Başda nazir olmaqla, burada oturanlar təcrübəsi olmayan qeyri-peşəkarlardan ibarətdir. Nazirlikdə həddən çox özbaşınalığa yol verirlər. Ağıllarına nə gəldi, onu da edirlər. Əliliyi kəsilənlərdən biri Ağsuda yaşayan qohumumdur. Anadangəlmə raxid olan Zülfüqarova Məleykə Ağaməmməd qızı 37 ildir ki, pensiya alırdı. Ancaq 37 ildən sonra ƏƏSMN-nin işçiləri onun guya sağlam olduğunu kəşf ediblər”.
C.Nuriyev bildirib ki, dünyanın əksər ölkələrində belə bir nazirlik fəaliyyət göstərmir. Pensiya yığımı Dövlət Sosial Müdafiə Fondunda cəmləşməlidir. Onun fikrincə, qalan işlər isə Səhiyyə Nazirliyinə verilməlidir, ƏƏSMN-nin yaratdığı “Dost mərkəzləri” də başdan ayağa qanunları tapdalayan quruma çevrilib.
“15 ildən çox dövlət qulluğunda çalışsam da, 263 manat təqaüd alıram. Biabırçılıqdır. Mənimlə bərabər seçilən başqa deputata isə tamam fərqli münasibət göstərilib. İnsanlara münasibətdə yaradılan bu özbaşınalıq qurumda diskriminasiyanın mövcud olmasından xəbər verir.
ƏƏSMN hazırda Azərbaycan xalqını dövlətin əleyhinə qaldırmaqla məşğuldur. 90 min adam 90 min taledir. Nə ixtiyarınız var ki, həkimlərin verdiyi sənədləri qeyri-qanuni hesab edirsiniz?
Sahil Babayev nazirliyi özünün qardaşı, bacanaqları, qohum-əqrəbası və dostları ilə doldurub. Baş verən olayla bağlı olaraq ona cinayət işi qaldırılmalıdır. Sənin nə ixtiyarın var ki, insanların pensiyasını, yardımını kəsirsən? Bu nazirlikdəki özbaşınalığa son qoyulmalıdır”.
C.Nuriyevin bu kəskin mövqeyi, eləcə də başqa ölkələrdə belə bir nazirlik olmadığını deməsi lap əvvəldə söylədiklərimizi təsdiqləyir – ƏƏSMN demontaj olunmalıdır. Ona görə izləyicilərə çoxsaylı video şikayətlərdən yalnız bir neçəsini təqdim etməklə göstərə bilərik ki, S.Babayevin fəaliyyəti əvvəlki nazirlərdən nə ilə seçilir.
anaxeber.info








шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam

{sape_links}{sape_article}