Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sahil Babayev qəsdən vətəndaşları dövlətdən narazı salır-Partiya sədri yazır

      Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan kadr dəyişikliyi özünü doğrultmayıb

Yenixeber.org: Dövlətin bir çox funksiyaları vardır. Onlardan biri vətəndaşlarının normal güzəranının təmin edilməsi üçün münasib şəraitin yaradılması (qanunçuluğa riayət edilməsinin, məşğulluğun təmin edilməsi, işsizlik səviyyəsinin aşağı salınması və s.), ehtiyacı olanların, xüsusilə də müxtəlif səbəblərdən (anadangəlmə şikəstlik, müxtəlif səbəblərdən əlillik) iş qabilyyətini ya tam, ya da qismən itirənlərin sosial problemlərinin həllində onlara yardım göstərilməsi, sosial müdafiələrinin təmin edilməsidir. Qeyd edilən sahələrdə dövlət siyasətinin həyata keçirilməsi üçün ölkəmizdə kiyayət qədər qanunlar və normativ bazalar qəbul edilsə də, onların bir qismində, xüsusilə də, “Məşğulluq haqqında” “Pensiya haqqında” qanunlarda, dəyişikliklərə və onların yerinə yetirlməsinə nəzarətin qücləndirilməsinə ehtiyac vardır. Ancaq təəssüf ki, vətəndaşların yaşayış səviyyəsinə əsaslı şəkildə təsir edən qanunların tələblərinin yerinə yetirilməsində ciddi problemlər var və bu vətəndaşlar arasında ciddi narahatlıq doğurmaqdadır. Əhalinin sosial müdafiəsi sahələrinə məsul olan məmurlar unudurlar (bəlkə də bilərəkdən edirlər!) ki, kim tərəfindən törədilməsindən asılı olmayaraq vətəndaş günahı dövlətdə görür. Vətəndaşların, xüsusilə də aztəminatlı əhalinin, şəhidlərin, qazilərin, əlillərin sosial müdafiəsinin gücləndirlməsi sahəsində hər il dövlət səviyyəsində müəyyən tədbirlə həyata keçirilməsinə baxmayaraq bu sahələrdə ciddi qüsurlar var və bunun əsas səbəblərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “fəaliyyəti” ilə bağlıdır. Bununla əlaqədar mən bir məsələ üzərində dayanmaq istəyirəm. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində dövlət siyasətinin həyata keçirilməsinə məsul olan bu dövlət qurumunun naziri Sahil Babayevin “fəaliyyəti” isə əks istiqamətə köklənib! Bu günlərdə o fəxrlə bəyan edib ki: ”Əlillik müddətinin uzadılması ilə bağlı kifayət qədər saxtakarlıqlar aşkarlanıb və ləğv edilib. Araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əllilik, 90 minə yaxın pensiya işi ləğv edilib”. S.Babayev bu ilin əvvəlində görülən tədbirlər nəticəsində dövlət büdcəsinə 750 milyon manat qənaət edildiyini (?) açıqlamışdı. Belə getsə “qənaət edilən” vəsaitin həcmi 2021-ci ildə daha da artacaqdır. Heç kim korrupsiyanın və rüşvətin baş alıb getdiyi bu sahədə qeyri-qanuni əlillik dərəcəsinin və pensiyaların verildiyini və müvafiq yoxlamaların aparılmasının zəruriliyinin inkar etmir. Ancaq bunun üçün yoxlama prosesini normal təşkil etmək lazımdır. Bu günlərdə gözdən əlil olanlara verilən əlillik dərəcəsinin yoxlanılması ilə bağlı KİV-də heyrətamiz bir yazıya rast gəldim. Məlumdur ki, əvvəllər əlilliyə dair tibbi rəyi yerli həkim-ekspert komissiyaları verirdisə, bu ildən hamını-“yuxarıların” göstərişi ilə- yoxlamadan keçmək üçün yalnız Bakıda yerləşən Milli Oftalmologiya Mərkəzindəki Həkim Ekspertiza Komissiyasına göndərirlər! Belə çıxır ki, bu Mərkəzdən başqa digər tibb ocaqlarında fəaliyyət göstərən həkmilərin hamısı rüşvətxordur? Axı indiki pandemiya şəraitində ölkənin müxtəlif rayonlarında Bakıya gəlmək o qədər də asan deyildir. Bundan əlavə, hamının qeyd edilən Mərkəzdə yoxlamada keçməsi üçün aylarla vaxt lazımdır və bu müddət ərzində onların pensiyaları verilmir. Hətta, tutaq ki, biri əlilliyinin təsdiq edilməsi üçün 5 ay növbədə durub və yoxlama zamanı onun əlilliyi təsdiq olunub. Ancaq bu halda da onun ötən 5 ay ərzində kəsilən pensiyası qaytarılmır! Bu hansı qanuna və məntiqə sığır cənablar? Göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan kadr dəyişikliyi özünü doğrultmayıb və “yenilərin” fəaliyyəti vətəndaşı dövlətdən narazı salmağa istiqamətlənib. Bu “fəaliyyətin” qəsdən edilmədiyi şübhə doğurur...

Teyyub Qənioğlu: xüsusi olaraq yenixeber.org üçün


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam