Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rövşən Məmmədov kimlər üçün unikal tapıntı idi?-TƏFƏRRÜAT

Yenixeber.org: Vladimir Lenin deyirdi ki: “Mətbuat ən yaxşı təbliğatçı, təşviqatçı və ən yaxşı təşkilarçıdır”. Ona görə də marksizm-leninizm nəzəriyyəsinə yaxşı bələd olan Ramiz Mehdiyev- Əli Həsənov cütlüyü hakimiyyərdə olduqları 25 il müddətində mətbatın gücündən və imkanlarından maksimum dərəcədə yararlandılar. Aparıcı kütləvi informasiya vasitələrini, xüsusilə televiziyaları nəzarətlərinə keçirtmək üçün bu adamlar gərgin və davamlı iş apardılar. Bu istiqamətdə ilk hədəfləri Prezident Adminstrasiyasında bu sahənin Əli Həsənovun nəzarətinə keçirilməsi oldu. Yada salaq ki, 2004-cü ilə qədər mətbuat və televiziya ilə Adminstrasiyanın şöbə müdiri Fatma Abdullazadə işıəyirdi. Lakin 2004-cü ildən sonra bu vəzifə Əli Həsənovun səlahiyyətinə keçdi. Artıq 2005-ci ildən başlayaraq Əli Həsənov aparıcı qəzetlərə və televiziyalara öz adamlarını yerləşdirməyə başladı. Bu işdə ən böyük hədəf isə AzTV idi. Çünki, o vaxt bu quruma Nizami Xudiyev başçılıq edirdi.

Qatı Əliyevçi olan Xudiyev isə nəinki, Əli Həsənovu, heç Ramiz Mehdiyevi “priznavat” etmirdi. Ona görə də Ramiz Mehdiyev Əli Həsənov cütlüyünün ilk işi Nizami Xudiyevi zərərsizləşdirmək oldu. Bunun üçün AzTV daxilində təxribatçı quruplar yaradıldı. Onun başına isə o vaxtki sədr müavini Arif Alışanov keçirildi. Arif Alışanovun təxribatçı qurupları cəmi bir ilə Nizami Xudiyevin “torba”sını tikdilər.Bu “torba tikmə” əməliyyatı çox uzun və əhatəli olduğu üçün bu barədə növbəti yazılarımızda söhbət açacağıq. Ona görə də məqsəddən yayınmayaq. Qayıdaq söhbətimizin əvvəlinə. Beləcə, 2006-cı ilin iyun ayında “torba tikənlər”in başçısı və gələcəkdə Əli Həsənovun pul daşıyanı Arif Alışanov AzTV-yə rəhbər gətirildi.Arif Alışanovun bu quruma rəhbər gəlməsi ilə Azərbaycanın ana televiziyasının qara günləri başladı.Onun rəhbərliyi dövründə televiziya öz ənənələrindən və vəzifələrindən sapdırıldı.Ölkənin ali ideoloji qurumu nüfuzsuz və bəlkədə lazımsız bir quruma çevrildi. Bu da təsadüfi deyildi. Çünki, Arif Alışanovun telejurnalistikaya qətiyyən dəxli yox idi.Doğrudur onun 60 illik həyatının 40 ili AzTV-də keçib. Amma jurnalistikadan tamam uzaq olub. O AzTV-yə işıqçı sifətində gəlib. Sonra maliyyə sektoruna keçib. Və kriativ biznes keyfiyyətlərinə görə çoxlu sərvət toplayıb. Bunu bilən və qiymətləndirən Əli Həsənov da Alışanovun rəhbərliyə gətirilməsi üçün dəridən qabıqdan çıxdı. Və Ramiz Ənvəroviçin dəstəyi ilə nəhayət Arif Alışanov bəh-bəhlə AzTV rəhbərliyinə gətirildi. Onların mənəvi-siyasi dəstəyi ilə Alışanov düz 13 il bu quruma rəhbərlik etdi. Qeyd eliyim ki,Alışanov AzTV-nin 65 illik tarixində ən uzunömürlü sədr kimi “tarixə düşdü”.Bu uzunömürlülük onun peşəkarlığından yox, “peşəkar yanaşma” üsullarından qaynaqlanır. Yada salaq ki. onun fəaliyyəti dövründə AzTV-nin nəzdində Mədəniyyət və İdaman kanalları da açıldı. Bu azmış kimi İctimai Televiziya da 2013 –cü ildə onun “kurasiyasına” verildi. 4 televiziyanın eyni vaxtda bir adama həvalə edilməsininsə tək səbəbi vardı. Arıf Alışanov “işini bilən” adam idi. O bu televiziyalara yaradıcılıq və ideolji mərkəz kimi deyil, pul “çap eliyən” sex kimi baxırdı. Təsadüfi deyil ki, bir zamanlar bu televiziyalar üst-üstə ildə 75 milyon büdcədən pul qoparırdı. Hələ reklamdan və digər mənbəllərdən gələn milyonları demirəm.Və bu pulların böyük qismi sonradan nağdılaşdırılaraq Alışanova çatırdı. O isə hər ay öz “krışasını saqret” eliyirdi.

Təbii ki, Arif Alışanov kimi təsadüfi adamın hökmranlığı əbədi ola bilməzdi. 2018-ci ildə İctimai Televiziya onun əlindən alındı. Cəmi 6 ay sonra isə AzTV-dən uzaqlaşdırıldı. Arif Alışanov “işıqlı” fəaliyyəti dövründə AzTV –ni imicinə və zəngin ənənələrinə çox böyük zərbələr vurdu. Peşəkarları kollektivdən didərgin saldı. 2500 nəfərlik kollektivin ən azı 70 faizini “yenilədi”.Təsadüfi və üzüyola adamları bu 4 televiziyalara dolduraraq onların əli ilə yüz milyonlarla vəsait qazandı.

Ədalət naminə deyim ki, Alışanov “arif” idi. Kimdən hansı cür istifadə etməyi çox gözəl bilirdi. Onun kadr siyasətinin ana xəttini qeyri-insani münasibət təşkil edirdi. Ona görə də onun gedişinə heç kim təəssüflənmədi. Hətta öz yaxınları da. Çünki, o işlədiyi kadrları alçaltmağı.təhqir etməyi çox sevirdi. Ona görə də öz adamları belə Alışanovun gedişinə üzülmədi.

Yenə deyirəm Alışanov arif adam idi. O bilirdi ki,nə vaxtsa vəzifədən gedəcək. Və onun yerinə gələn adamsa dinc dayanmayacaq. Onun yeyib dağıtdığı yüz milyonların hesabını soruşacaq. Çünki, Alışanov 13 illik rəhbərliyi dövründə televiziyanın maddi-texniki bazasını nəinki, gücləndirdi, əksinə tamamilə dağıtdı. Təsəvvür edin ki, bu gün AzTV yeganə kanaldır ki,HD formatında işləmir. Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Alışanov bu biabırçılığının üstünü örtüb. Teleötürücülərə və peyklərə ötürülən siqnallar Nazirliyin köməkliyi ilə HD formatına salınır. Və onun “layiqli” xələfi Rövşən Məmmədov da 2 ildən artıqdır ki, bu “priyomdan” istifadə edir.Halbuki, bütün digər televiziyalar o cümlədən, ölkədəki çoxsayl internet kanalları çoxdan HD sistemi ilə işləyir.Bu zibillərin üstünü örtmək üçün Arif Alışanov şəriki Əli Həsənovla separat danışığa getdi. Və öz yerinə varis hazırlamaq planına başladı. Alışanova elə varis lazım idi ki, onun sosial dayağı, güclü əlaqələri və böyük biznes iddiaları olmasın. Və aparılan axtarışlar öz nəticəsin verdi. Arif Alışanov axtardığını tapdı. Bu bir zamanlar Lider televiziyasında idman jurnalisti işləyən, həm də elm dalınca qaçan Rövşən Raqif oğlu Məmmədov idi.

Bu yerdə bir məsələni də qeyd edim. İTV hər zaman Alışanov üçün sınaq labarotoriyası olub. Xoşuna gələn kadırları bir müddət orda “test”dən keçirib,sonra AzTV-yə yüksək vəzifələrə gətirib. Eləcə də xoşu gəlməyən kadrları İTV-yə sürgün edib. Beləcə,Əli Həsənovun məsləhəti ilə 2014-cü ildə Rövşən Məmmədov İTV-yə transver olunur. Burda qısa zaman kəsiyində Məmmədov özünü “təqsiqləyir”. Və 2015-ci ilin sentyabrında Rövşən Məmmədov AzTV-nin İctimai Siyasi proqramlar redaksiyasına baş redaktor gətirilir. O öz xələfinin üstündə xüsusi qayğı göstərirdi. Rövşən Məmmədovu “bəd nəzərdən”, pis əməllərdən ustalıqla qoruyurdu. Alışanov rəhbərlik etdiyi kollektivdə bütün rəhbər işçiləri öz çirkin biznes oyununa alət eləmişdi. Təkcə Rövşən Məmmədovu bu çirkabdan qoruyurdu. Rövşən Məmmədov və onun rəhbərlik etdiyi redaksiya jurnalist dilənçiliyindən (jurnalistə rüşvətxor deməyin özü ağılsızlıqdır) uzaqda saxladı. Onlara yüksək qonorar ödəyirdi. Burda Alışanovun iki hədəfi vardı.

Birincisi, gələcək xələfi-Rövşən Məmmədovun sicilini təmiz saxlamaq.

İkincisi isə bu redaksiyanın hazırladığı ictimai siyasi verilişlərə dəvət olunan məmurların, deputatların və hətta politoloqların yanında özünü təmənnasız və təmiz rəhbər kimi görmək.

Və buna da az çox nail olurdu. Təbii ki, əsas hədəf varis planını uğurla başa vurmaq idi. Bu işdə isə Alışanovun ən yaxın köməkçisi Əli Həsənov idi. Bu cütlüyün iş birliyinin 20 ilə yaxın tarixcəsi var.Onlar əslində biznes ortağı idilər. Ona görə də Əli Həsənov da istəyirdi ki, Alışanovun yerinə dişsiz və asan idarə edilən və yuxarılara çıxışı olmayan şəxs olsun. Ona görə də Alışanovun maliyyə dəstəyi ilə Əli Həsənov Rövşən Məmmədovun əsl imicmeykeri kimi çıxış edirdi. Bir dəfə Teleradio Şurasının sabiq sədri Nuşirəvan Məhərrəmov etiraf etdi ki, “biz 4 ildir ki, Rövşən Məmmədovun üzərində işləyirdik. Onu hər şeydən qoruduq. Qoymadıq ki, AzTV-dəki bəzi çirkin məsələlərdə onun adı keçsin. Sonunda da istəyimiz baş tutdu”.

Beləcə, bir neçə ilin gərgin çalışmalarından sonra Rövşən Məmmədov Arif Alışanovu əvəz etdi. Və Alışanov rahatçılqla gedib yüz milyonlarının üstündə oturdu. Çünki, onun yeganə qorxusu AzTV-nin yeni sədrindən idi. Alışanovun sonsuz sayda maliyyə maxinasiyalarını və mənimsədikləri yüz milyonları ancaq yeni sədr qurdalaya bilərdi. Digər qurumlardan isə qorxusu yox idi. Çünki, AzTV-dəki yeyintini aşkar edə biləcək digər iki qurumla Alışanovun çox isti münasibətləri vardı. Hesablama Palatasındakı 5 auditdən biri onun xanımı Mehriban Alışanova idi. Maliyyə Nazirliyində isə ən ranqlı məmurlarla Arif Alışanovun şəxsi münasibətləri vardı. Ona görə də sosial dayağı, hansısa klana bağlılığı olmayan Rövşən Məmmədov həm Arif Alışanov, həm də Əli Həsənov üçün ideal tapıntı idi…

BakuExo.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam