Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Bakıdan Ermənistandakı böhrana baxış-ŞƏRH

 

 Yenixeber.org:  Dünən, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatından sonra ölkədə siyasi vəziyyət gərginləşdi. Baş Qərargah Ermənistan baş naziri Nikol Paşinyanı və hökuməti hazırki taleyüklü böhran dövründə artıq adekvat qərarlar qəbul etmək iqtidarında olmadığını bildirərək onun istefasını tələb etdi. Bəyanatı Baş Qərargah rəisi Onik Qasparyanın, onun bütün müavinləri, bütün idarə rəisləri və böyük hərbi birliklərin komandirləri imzalayıb.

Öz növbədə Nikol Paşinyan bu bəyanatını hərbi çevriliş cəhdi adlandıraraq öz tərəfdarlarını meydana səslədi. O, xalqa müraciətində bildirdi ki, vəzifədən getmək niyyətində deyil. Ermənistan baş naziri O.Qasparyanı istefaya göndərilməsi ilə bağlı ölkənin prezidentinə müraciət edib, Qasparyan isə bundan imtina edərək Paşinyanı vəziyyətin daha da gərginləşəcəklə hədələdi.

Ölkənin parlamenti isə Paşinyan barəsində impiçment prosedurunu başlamaqdan imtina etdi. Müdafiə Nazirliyi də N.Paşinyanın yanında olduğunu bildirdi.

Axşam saatlarında Ermənistan müxalifəti parlamentin qarşısında çadırları quraraq orada gecələdi. Onlar N.Paşinyanın istefasını tələb edirlər.

Ermənistandakı proseslərin gərginləşməsi Paşinyanın istefasına səbəb ola bilərmi? Hakimiyyət dəyişəcək təqdirdə Qarabağda yenidən müharibə alovlana və Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr bəyanatı qüvvədən düşə bilərmi?

Fevralın 26-da yerli və xarici jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransında Prezident İlham Əliyev bildirib ki, hazırda Ermənistanda gedən proseslər onun daxili işidir və Azərbaycan heç bir ölkənin daxili işinə qarışmır. «Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq və noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir. O bəyanatın müddəaların böyük hissəsi artıq icra edilib, ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq noyabrın 10-da imzalanmış bəyanat icra ediləcəkdir. Əks təqdirdə Ermənistan daha da ağır duruma düşəcək».

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Turana bildirib ki, Ermənistandakı vəziyyətin gündən günə gərginləşməsi və onun mümkün nəticəsi ilə bağlı müxtəlif proqnozlar var idi. Proqnozların birinə görə, Ermənistanda istisna deyil ki, yeni inqilab baş versin və bu inqilab artıq məxməri olmaya, qan su yerinə axa bilər. «İkinci versiya o idi ki, Ermənistanda hərbçilər hakimiyyəti zəbt edə bilərlər, dövlət çevrilişi baş verə bilər. Üçüncü proqnoz onunla bağlı idi ki, Paşinyan vəziyyəti qiymətləndirib başa düşəcək ki, o artıq məğlub vəziyyətindədir və öz toxunulmazlığını təmin edəndən sonra könüllü şəkildə istefa verə bilər. Dördüncüsü isə - Paşinyan müqavimət göstərib, polisin, ordunun gücünə arxalanıb sona qədər mübarizə aparacaq, çünki Rusiyadan dəstək var və Rusiyanın prezidenti Vladimir Putin söyləmişdi ki, Paşinyan xəyanətkar deyil, o mövcud şəraitdə ən düzgün qərar qəbul edib».

E.Nəsirov bildirib ki, bütün bu proqnozlardan biri reallaşmaq üzrədir. «Yəni hərbçilər hakimiyyəti zəbt etmək istəyirlər, ordunun bir hissəsi Paşinyana ultimatum göndərib, onun istefasını tələb edir».

Deputat qeyd edib ki, Ermənistan vətəndaş müharibəsinin astanasına gəlib çıxır. «Paşinyanın da xeyli tərəfdarları var, onlar Respublika Meydanına toplaşıb və Ermənistanda proseslər ən mürəkkəb və ən qara ssenari üzrə inkişaf edə bilər və vətəndaş müharibəsi qaçılmaz ola bilər».

Komitə üzvü vurğulayıb ki, Paşinyanın Rusiya tərəfindən dəstəyini zəyiflədən amillər ortaya çıxıb. «Paşinyanın Rusiyadan aldığı «İsgəndər» raketləri haqqında partlamaması və ya 10 faizin partlaması haqqında tənqidli fikirləri Rusiyanın nəhəng hərbi-sənaye kompleksini çox qəzəbləndirib».

Deputatın fikrincə, Ermənistanda hakimiyyətə revanşist qüvvələr gəldiyi halda Qarabağla bağlı vəziyyət dəyişəcək. «Bunlar özünün kompomissiz və güzəştsiz siyasi obrazı yaratmaq üçün müəyyən hərbi ritorikaya üstünlük verə bilərlər. Yalnız hərbi ritorikaya. Çünki Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Ermənistan silahlı qüvvələri 44 günlük müharibədə darmadağın edilib, orada faktiki olaraq ordu yoxdur. Belə olan vəziyyətdə hansı revanşist qüvvə hansı hərbi qüvvəyə arxalanıb Azərbaycana qarşı əməliyyata başlaya bilər? Bu mümkünsüzdür».

Lakin deputat qeyd edib ki, revanşistlər özünü barışmaz göstərmək üçün terror əməliyyatlarını keçirməyə cəhd göstərəcəkləri istisna deyil. «Bu isə təbii ki, antiterror əməliyyatlarını zəruri edir. Azərbaycanın bu sahədə təcrübəsi var. Keçən ilin noyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri və xüsusi xidmət orqanları məhz antiterror əməliyyatının nəticəsində 62 nəfər erməni terrorçunu həbs ediblər».

E.Nəsirov əlavə edib ki, belə olan halda regionda hadisələr ən arzuolunmaz ssenari üzrə inkişaf edə bilər və böyük dövlətlər, xüsusilə Rusiya bu məsələyə olduqca həssas yanaşmalı və mümkün olan ağır nəticələri indidən hesablamalıdır.

Politoloq Ərəstun Oruclu AzadlıqRadiosuna bildirib ki, Ermənistanda vəziyyətin gərginləşməsi gözlənilən idi. «Çünki hazırda Paşinyana qarşı iki qrup mübarizə aparır. Bunlardan biri Putinə söykənən Koçaryan və onun klanıdır. Digəri isə prosesə bir qədər gec qoşulmuş və Rusiyanın hərbi dairələrinə bağlı Serj Sarkisyanın klanıdır».

Ekspert hesab edir ki, Ermənistanda müxalifətin təşkil etdiyi mitinqlərə az adamların gəlməsi göstərdi ki, Paşinyanı xalq gücü ilə devirmək mümkün olmayacaq. «Ona görə də Serj Sarkisyan «İsgəndər» raketləri ilə bağlı provikativ sualı ortaya atdı və bununla Paşinyanı hərbçiləri ilə konfliktə çəkdilər. Belə görünür ki, Ermənistan Baş Qərargahı Rusiyanın hərbi dairələrdən tapşırıq alıb və onlar indi Paşinyanı silah gücünə devirmək istəyirlər. Devirə biləcəklərmi bu, çox böyük sual altındadır».

Ə.Oruclunun fikrincə, revanşist qüvvələrin hakimiyyətə gələcəyi halda Ermənistan 10 noyabr sazişindən çıxmayacaq. «Onlar sadəcə olaraq həmin bəyanatı məğlubiyyət kimi qiymətləndirib günahı Paşinyanın üzərinə qoyacaqlar».

Politoloq vurğulayıb ki, Qarabağda müharibənin alovlanması təhlükəsi qalmaqdadır. «Nəzərə alsaq ki, Qarabağ problemi hələ bitməyib, Rusiya Qarabağ müharibəsində özünün istədiyi hədəflərə tam çatmayıb, yəni Qarabağ üzərindən Yaxın Şərqə çıxışını tam əldə edə bilməyib Qarabağda müharibə təhlükəsi var. Üstəlik də ki, revanşist qüvvələrini hakimiyyətə gətirənlər, onlara müəyyən uğurları qazandırmağa çalışacaqlar. Bu baxımdan da müharibə təhlükəsi qalmaqdadır».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam