Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Gülməmmədovanın çəmbəri daralır: bacıoğlunu da qurban verən başçıdan şok -Faktlar

 
Yenixeber.org: Azərbaycan oxucusu U Çityanı az tanıyar. O, Çin tarixinin yeganə qadın imperatoru olub. Çityan rəqiblərinə baxmadan,  hətta ailəsindən olan şəxslərə işgəncə verib, sürgün edib. 
Yetər ki, öz hökmranlığını və taxt-tacını qoruyub, saxlaya bilsin. Bu yolda qurban verməyə hazır bir imperatriça imiş. Onu niyə xatırladıq?
Ona görə ki, Azərbaycanın da yeganə qadın icra başçısı olan İradə Gülməmmədovanı dolayısı ilə xatırladır. İradə xanım Abşeron rayonuna rəhbərlik edir və xeyli zamandır ki, başı qalmaqallardan, cəncəl işlərdən açılmır.
Bunun gerçək səbəblərini özü dərindən daha yaxşı izah edə bilərdi, əgər mətbuata açıq məmur olsaydı. Ümumiyyətlə, belə aşkarlıq zamanında, internetin sürətlə inkişafda olduğu dönəmdə sıradan məmurun mediaya qapalı olması da bir başqa absurd və dərddir. Axı sizin işiniz nədir, əlçatmazlığınız nədədir ki, belə jurnalistlərdən qaçırsınız.
Azərbaycanın Prezidenti, nazirləri, ayrı-ayrı deputatları, partiya sədrləri müsahibələr verir, ictimaiyyəti maraqlandıran sualları cavablandırır, amma bizim yanan barmağa su tökməyən icra başçıları özlərini dağ başına qaldırıblar.
Çox uzatmağa və haşiyədən kənara çıxmağa hacət də görmürük, onsuz da İH başçılarının KİV-ə nifrətini və fobiyasını yaxşı bilirik. Sadəcə, bunu deməkdə məqsədimiz budur ki, özləri haqda ittihamlara, fəaliyyətlərindəki nöqsanlara, ətraflarında baş verənlərə görə cavab vermək onların həm vəzifə, həm mənəvi borcudur. Xalq bilməlidir!
O ki, qaldı Azərbaycanın yeganə İH rəhbəri, Abşeronun “fironu” adını qazanmış İradə Gülməmmədovaya, onun çevrəsində cərəyan edən hadisələr yaxşı perspektiv vəd etmir. Hətta məlumatlı qaynaqların bildirməsinə görə, İ.Gülməmmədovanın ətrafında həlqə daralır, onu xoş gələcək gözləmir.
Amma bütün bunlara baxmayaraq, xanım icra başçısı Çin imperatoru kimi yaxınındakıları qurban verməkdədir.
Elə fevralın 24-də onun bacısı oğlunun məhkəmə zalında qandallanıb həbsə göndərilməsi göstərdi ki, bir yandan Abşeron icra başçısının vəziyyəti ürəkaçan deyil, çəmbər daralır, bir yandan isə yaxınlarının çirkin işlərinə susmaqdadır.
Onun narahatlığı başadüşüləndir, özünü xilas etməyə can atır. Bu yolda xala kimi bacıoğlunun həbsinə belə göz yuma bilir.
Amma bacıoğlu tək deyil, İ.Gülməmmədovanın rəhbərliyi altında işləmiş, onun təlimatlarını icra etmiş Abşeron İH-nin sabiq baş memarının tutulmasına da razılıq verib, təki özünə dəyməsinlər. 
Məlum olduğu kimi, fevralın 24-də Abşeron RİH-nin həbsdə olan Memarlıq və tikinti şöbəsinin sabiq müdiri Akif Əliyev, MKTB-nin Xırdalan şəhəri 3 saylı mənzil təsərrüfat istehsalat istismar-təmir sahəsinin sabiq rəisi Murad Əhmədov və daha 5 nəfərin cinayət işi üzrə məhkəmə iclası baş tutub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda məlum olub ki, iş üzrə daha iki nəfər təqsirləndirilən şəxs var və onlar barəsində istintaq orqanı tərəfindən polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. 
Həmin şəxslər Alıyev Babək Hacı oğlu və Ağaməmmədov Tural İrzəbəy oğludur. Hər iki şəxs məhkəmə zalında qandallanaraq həbsə alınıb. Məlumata görə, Babək Alıyev İradə Gülməmmədovanın bacısı oğludur.
Görün İH-də baş verən qanunsuz əməllər, rüşvətxorluq nə dərəcədə xirtəyə çatıbmış ki, icra başçısı bacısı oğlunu da buna alət edib, sonra həbsinə mane ola bilməyib. Yəni, onu qorumayıb. Görəsən İ.Gülməmmədova öz bacısına bu haqda hansı izahatı verib?!
Şübhəsiz ki, B.Alıyev əsla xalasının - icra başçısının icazəsi və xəbəri olmadan hər hansı qeyri-qanuni işə qol qoymazdı. Eləcə də baş memar Akif Əliyev İ.Gülməmmədovadan gizli işlər görməzdi. 
Bildiririk ki, əksinə, onun tapşırıqları icra edilib. Deməli, Abşeronun “imperatoru” ətrafındakıları qurban verməklə “sudan quru” çıxmağa cəhd edib. 
Hətta bir müddət əvvəl mətbuatda belə iddialar səslənmişdi ki, İradə Gülməmmədovanın qardaşı Rövşən, bacısı oğlu Babək, yaxın qohumları Şamil, Cəfər rayonda baş alıb gedən rüşvətxorluğa, talançılığa rəvac verir, başçının pul yığanları kimi tanınırlar. Artıq biri - Babək həbsdədir.
Belə məlumatlar da dolaşır ki, A.Əliyev İ.Gülməmmədova ilə sövdələşərək həbsə razılaşıb, hər hansı faktın üstünü istintaqa açmayıb.
Əvəzində icra başçısı onu tezliklə azadlığa çıxarmağa müvəffəq olacağına söz verib. Halbuki, baş memarın ifadəsi icra başçısını istintaqa cəlb etməyə və vəzifəsindən azad olunmağa kifayət edir.
Bundan başqa, A.Əliyevin ciddi səlahiyyət sahibi olmadığını vəkil Aslan İsmayılov da açıqlamışdı. Onun sözlərinə görə, Əliyev baş memar olsa da sənədləşmə işində səlahiyyətlər başçının pul yığanı Emildən asılıdır.
Ümumiyyətlə, Abşeronda tikinti işləri üçün rüşvətsiz daşı daş üstə qoymağın mümkün olmadığını hər kəs bilir. 
Bu, nə Akif Əliyev, nə hansısa müavin səviyyəsində olan məsələdir, birbaşa Gülməmmədovanın qurduğu şəbəkədir. 
Ona görə bu hadisələrdən, yayılan faktlardan, reputasiyasının bərbad olmasından, rayonda əlini ağdan qaraya vurmamasından, xüsusən bacısı oğlunun həbsindən sonra onun Abşeron İH başçısı postunda saxlanması çox çəkməz. Hər halda Prezident də adı bu qədər hallanan məmurla işləmək istəməz. 
Üstəlik, onun Abşeron ərazisində biznesin müxtəlif sahələrinə aid çoxlu obyektləri var. Əgər vəzifəsindən azad ediləcəksə, mal-mülkünün də müsadirəsi zəruridir. 
Çünki ortada onun adamlarının rüşvətə görə həbs edilməsi faktı varsa, deməli, həmin biznesin qurulması üçün vəsaiti necə əldə etməsinə dair şübhələr də mövcud olmalıdır. 
Belə ki, rayonun Saray, Mehdiabad, Qobu, Hökməli, Güzdək, Ceyranbatan, Digah, Aşağı Güzdək qəsəbələrində və Masazır, Məmmədli, Fatmayı, Görədil kəndlərində tələb edilən vəsaiti İH-nə ödədikdən sonra istədiyin evi tikə bilərsən. Bu, korrupsiya deyilmi?
İ.Gülməmmədovanın kadrları, pul yığanları həbsə göndərilirsə, onun işində saxlanması hansı qüvvələrin himayəsi hesabınadır? - Maraqlıdır.(anaxeber.info)
Turan

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam