"20000 manat verim hakimə, kimi istəsəm döyüm"-Göyçaydan yazırlar
Yenixeber.org: Göyçay rayonu Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlunun şikayət məktubu daxil olub. Müəllif məktubunda hüquq-mühafizə orqanlarında qarşılaşdığı haqsızlıqlardan bəhs edir:
"Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun və dövlət ittihamçısı Rauf Qasımovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yol verdikləri qanunsuzluğa görə dövlət qanunları açıq-aşkar pozulmuşdur.
Belə ki, 03 aprel 2020-ci il tarixdə bir qrup şəxs tərəfindən mənim həyat və sağlamlığıma qarşı sui -qəsd hadisəsi törədilmişdir. Həmin şəxslər qabaqcadan əlbir olaraq məni avtomobil ilə öldürmək niyyətilə vurmuş ölmədiyimi gördükdən sonra isə qrup şəklində məni döyərək az ağır bədən xəsarətləri yetirmişdilər. Nəticə etibarı ilə kənar şəxlərin köməyindən sonra iradələrindən asılı olmayan səbəblərə görə məni hadisə yerində yaralayıb köməksiz vəziyyətdə qoyub qaçıb getmişlər. Cinayət işini araşdıran Göyçay Rayon Polis Şöbəsinin istintaq müstəntiqi Elnur Tağıyev məni döyən 6 nəfər cinayətkarın 5 nəfərindən şahid düzəldərək bir nəfəri təqsirləndirilən şəxs kimi cinayətə cəlb etmiş, digər cinayət iştirakçılarını isə cinayət məhsuliyyətindən yayındırmışdır. Çoxsaylı şikayət ərizələrimdən çox sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə cinayət işi açılmış və baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir. Göyçay rayon məhkəməsinin hakimi İbrahim Fətathov və dövlət ittihamçısı Rauf Qasımov külli miqdarda rüşvət qarşılığında cinayət işini yügülləşdirərək məhkəmənin iclas protokollarını, məhkəməyə təqdim etdiyim sübutları saxtalaşdıraraq təqsirləndirilən şəxsin ittiham olunduğu maddəni yüngülləşdirib həmən maddənin 1-ci bəndinə keçirərək azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin etmişdilər.18 iyun 2020-ci il tarixdə mən çörək yeyərkən təqsirləndirilən şəxsin satıcısı və yaxın qohumları tərəfindən şərlənərək hakim İbrahim Fəttahovun qərarı ilə həbs olunmuşam.
Belə ki, təqsirləndirilən şəxsin qohumu olan öyrədilmiş şəxs mən yemək yediyim vaxt yaxınlaşıb məni söyüb təhqir etmişdir. Buna görə məni inzibati qaydada qanunsuz olaraq 8 gün müddətində həbs etdilər.
Məndə belə bir təssürat yaranır ki, 15.000 və ya 20.000 manat düzəldim verim hakimə kimi istəsəm döyüm və heç bir məsuliyyətə cəlb olunmayım.
Mənim əlehimə öyrədilib şahid kimi yalan ifadəsi alınan şahidin video çıxışını sizə təqdim edirəm. Həmin şahid şəxsən söyləyir ki, «Səbuhi Quliyevin orda günahı olmayıb .Təqsirləndirilən şəxsin qohumu Teyyub bizə pul təklif edib hər şahidə 500 manat pul verib.
İntiqam, Nazim, Cabir, Polad əlavə bir iki adamlarda var idi. Onlarda Səbuhini vurdu. İntiqam onu vuranda mən gördüm. Bizi Əsas olaraq yalan ifadə verməyə Teyyub sonra da Polad başa saldı. Amma ərizəni yazıb hamıya qol çəkdirən Teyyub olub.
Faktiki budur ki, bir qrup iş adamı Quliyev Səbuhi Faxrət oğlunu maşınla vurub ona xəsarət yetiriblər, sonra isə onu vəhşicəsinə döyüblər».
Hörmətli Prezident, Hörmətli Mehriban xanım Sizdən xahiş edirəm küllü miqdarda rüşvət alaraq qanunsuz hökm çıxarmış Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun barəsində ciddi tədbirlər görəsiniz."
Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.
https://youtu.be/4IT38bsejbI