Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

BAYDENİN ANDİÇMƏ GÜNÜNDƏ YAŞANAN TERROR QORXUSU:Trampın "basdırdığı minalar" qarşıdakı illərdə hər an partlaya bilər - TƏHLİL

 

Sərdar Turqut

“Habertürk”, Türkiyə, 25 yanvar 2021-ci il

 

Yenixeber.org: Əgər Baydenin andiçmə mərasimini bir televiziya kanalından izləmisinizsə, o zaman yeni prezidentin fövqəladə mühafizə tədbirləri altında aparıldığı Ağ Evin önündə öz avtomobilindən uzun müddət enmədiyini də, yəqin ki, görmüsünüz.

Ənənəyə görə, yeni prezidentlər o nöqtədə mütləq avtomobildən enər və ailələrilə birlikdə Ağ Evə piyada yürüyərlər. Bu dəfə Bayden həyat yoldaşı ilə avtomobildən çıxmaq üçün o qədər uzun müddət gözlədildi ki, bir çox adam “Görəsən, bir problemmi var?” deyərək, düşünməyə başladı.

                                   Pərdə arxasında ciddi problem var

İşin pərdə arxasında son dərəcə ciddi bir problem yatmaqda idi. Nə baş verdiyini tam anlaya bilmək üçün 14 yanvarda Vaşinqtonda keçirilən bir toplantıya getməli və orada nələrin müzakirə edildiyinə baxmalı olacağıq.

Sabiq vitse-prezident Mayk Pensin rəhbərlik etdiyi bu toplantıya ABŞ-ın ən həssas milli təhlükəsizlik qurumlarının rəhbərləri və komandirləri qatıldı. Toplantı Federal Fövqəladə Hallar Agentliyinin Vaşinqtondakı mərkəzində baş tutdu. Bu toplantıda əsas çıxışçı FTB-nin direktoru Kristofer Rey idiÇünki gündəliyin əsas məsələsi ABŞ-ın yeni terror qavrayışı və anlayışını formalaşdıran 3 terror təhlükəsi idi.

                                Terror qavrayışında strateji “sürüşmə”

Anlayacağınız odur ki, 11 sentyabr hücumundan etibarən ABŞ administrasiyalarının dünyaya baxışını müəyyən etmiş olan xaricdən gələ biləcək, yəni xarici terror təhdidi qavrayışı dəyişirdi. Artıq əsil təhdidin xarici terrorçulardan deyil, daxildən, yəni yerli terrorçulardan gələcəyi gözlənilirdi.

İllərdir nəhəng miqyaslı milli təhlükəsizlik sistemini xaricdən gələ biləcək təhdidlərə qarşı yönləndirmiş olan ABŞ dövləti indi xeyli sarsıdıcı ola biləcək bir təhdid qavrayışı və sistem dəyişikliyi ilə qarşı-qarşıya idi. Bugünədək özünü fiziki görünüşü, geyimi və mədəniyyətilə özündən fərqli olan terrorçulara qarşı hazırlamış olan bir sistem, ciddi mədəni, ideoloji dəyişiklik yaşayaraq, indi özünü amerikalı “ağ terrorçu”ya qarşı yenidən nizamlamağa məcbur qalmışdı.

                                            “Hər an hər şey ola bilər”                             

FTB-nin ABŞ-ın bütün ştatlarına yayılmış olan 56 sahə ofisindən gələn son kəşfiyyat məlumatlarına görə, durum son dərəcə ağır idi və terrorla mübarizə mütəxəssisləri tərəfindən, terror aktı baxımından, “hər an hər şey ola bilər” fikri ifadə edilirdi.

Bəhs etdiyim toplantıda bütün milli təhlükəsizlik qurumlarının birgə çalışaraq, 11 sentyabrda ortaya çıxmış olan təhdiddən də son dərəcə təhlükəli ola biləcək bu yeni, daxili terror təhdidinə qarşı görə biləcəkləri tədbirlərin ilk addımları müzakirə edilirdi.

O toplantıda yeni prezident Baydenin andiçmə mərasimi gününün hər hansı bir hadisə olmadan keçməsi üçün görüləcək tədbirlər müzakirə olunsa da, bu cür toplantıların Baydenin işlədiyi dövrdə də davam etməsi gözlənilir.

                                          Bayden bu üzdən gözlədildi

Milli təhlükəsizlik icmasının təcrübəli nümayəndələri Baydenin Ağ Ev qarşısında öz avtomobilindən çıxmaq üçün bu qədər uzun müddət ərzində gözlədilməsinin həmin toplantıda ortaya qoyulmuş olan kəşfiyyat məlumatı ilə əlaqədar təhlükəsizlik icmasında yaranmış qayğı və təhdid qavrayışının nəticəsi olduğuna işarət edirlər.

Çünki ölkənin hər yerindən gələn dəyərləndirmələrdə, qulaq asılan danışıqlarda və aparılan Chatter adlı qeydlərdə “sui-qəsd” və “aksiya” söhbətlərinin tez-tez rast gəlindiyi anlaşıldı. Bütün bu baş verənlərə Baydenin ölkənin 2-ci katolik prezidenti olması və ilk katolik prezident olan Kennedinin sui-qəsdə qurban getməsi də əlavə edilincə, dövlətdə qayğılar daha da artdı.

Məsələdən məlumatlı olanlar mənə o gün Baydenin avtomobildən çıxmasından öncə bütün ətrafın təhlükəsizlik baxımından təkrar yoxlanılmalı olduğunu, bunun üçün də prezidentin avtomobildən çıxışının gecikdiyini söylədilər.

                                            Terrorun başlanğıcı

ABŞ ilk yerli terror aktı ilə 1995-ci ildə sarsılmışdı. O gün Oklahoma şəhərində federal bürolar olan Alfred P. Murrah binası havaya uçurulmuşdu. Bu hadisə nəticəsində həyatını itirən 168 şəxs arasında binanın ilk mərtəbəsindəki bağçada olan 19 uşaq da vardı. Dövlət qurumlarında aparılan dəyərləndirmələrə görə, yerli terrorçu Oklahomada bomba partlatmaqla dövlətə qarşı müharibə elan etmişdi və bunun harayadək gedəcəyi çox da bəlli deyildi.

Tramp prezident olanadək yerli terror nəzarət altına alındı11 sentyabr hücumundan sonra isə xaricdən gələ biləcək terror təhdidi qavrayışı hər şeyi müəyyən etməyə başladı. Trampın ritorikası və dəstəyilə yerli terrorun gücləndiyi zəmin hazırlandı. Və indi gəlinən nöqtədə nəyin nə zaman olacağı bəlli olmayan bir durum yaranmış oldu.

                           Oklahomanın sabiq prokuroru Ədliyyə naziri olacaq

O gün Oklahomada baş verən bomba partlayışı ilə bağlı istintaqı aparmaq üçün hadisə yerinə gələn Ədliyyə Nazirliyinin prokuroru Merrik Qarland, bu gün Bayden tərəfindən Ədliyyə naziri postuna namizəd olaraq irəli sürülən şəxsdir. Bu seçimin özü belə, ABŞ dövlətinin öncəlikli təhdid qavrayışının dəyişdiyini, əsas təhdidin daxildən gələ biləcəyini düşündüyünü və bu durumun ölkədə yaxın gələcəyi müəyyən edəcəyini göstərmək üçün yetərli olmalıdır.

Bu arada, yazının əvvəlində bəhs etdiyim terror brifinqini verən, Trampın təyin etdiyi FTB direktoru olan Kristofer Rey, öz vəzifəsini Bayden administrasiyasında da davam etdirəcək.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam