Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Navalnı, “Krım sendviç deyil”, Ukrayna və MARAQLI FAKTLAR

 

Bir tərəfdə Ukrayna siyasətçiləri Rusiyanın cəzalandırılmasını tələb edir, digər tərəfdə Kiyevlə Moskva arasında aktiv ticarət gedir 

Yenixeber.org: Rus müxalifət lideri Aleksey Navalnı, ölkədən çıxmasından dörd ay sonra Almaniyadan Rusiyaya döndü. Onun olduğu təyyarənin əvvəlcə saat 18:20-də Vnukovo Hava Limanına çatması gözlənilirdi (cədvələ görə), lakin gəliş təxirə salındı və daha sonra reys Şeremetyevoya göndərildi və Navalnı da orada saxlanıldı. Və yalnız o deyil. OVD.info-ya görə, cəmi 53 nəfər saxlanıldı. Bunlar arasında “Moskva işi”nin keçmiş müttəhimləri Samariddin Rəcəbov və Valeri Kostenok, habelə aktivist Səid Ənvər Süleymanov da var.

 

Aleksey Navalnını 1 milyon rubla qədər cərimə ilə, 10 ilə qədər həbs cəzası gözləyə bilər - bu, Rusiya Cinayət Məcəlləsinin ona qarşı irəli sürülən cinayət maddəsindən irəli gəlir. İstintaqa görə, bir sıra qeyri-kommersiya təşkilatlarının ehtiyacları üçün fərdlərdən 588 milyon rubl məbləğində ianə toplanıb. Bu siyahıya FBK, Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu “Beşinci Mövsüm”, “Vətəndaşların Hüquqlarının Müdafiəsi Təşkilatı və Koordinasiyası Fondu”, “Vətəndaşların Hüquqi Dəstəyi Fondu”, “Ştab” Vətəndaşların Hüquqlarını Müdafiə Fondu daxildir.

 

İstintaq hesab edir ki, pullar bu təşkilatların məqsədləri üçün “müstəsna olaraq” nəzərdə tutulmasına baxmayaraq, Navalnı onların həqiqi sahibi olaraq, “bu məbləğin 356 milyon rubldan çoxunu şəxsi məqsədlər üçün xərcləyib”, o cümlədən şəxsi əmlak, maddi dəyərlər və xaricdəki tətillər də daxil olmaqla, xərclərini bu məbləğdən ödəyib.

Rusiyada zəhərlənən Aleksey Navalnıy kimdir? - DOSYE

Aleksey Navalnı ilə bütün bu əhvalatın necə bitəcəyini zaman göstərəcək. Ancaq rusiyalı müxalifətçinin sərbəst buraxılmasını tələb edən ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən ciddi təzyiqlərə məruz qalacağı onsuz da aydındır. Və çox güman ki, sonunda, Moskva əlavə yeni sanksiyalar “qazanaraq”, müxalifətçini sərbəst buraxacaq. Əslində, Rusiya hökuməti Navalnı ilə problemi həll etmək üçün mümkün olan ən səhv yolu seçdi. Onu həbs edərək, yalnız Rusiya Federasiyası vətəndaşlarının çox dar bir dairəsinin dəstəyini qazanan siyasətçini süni şəkildə qəhrəmanlaşdırır.

 

Ancaq bu konkret vəziyyətdə Navalnının özü haqqında deyil, onun həbs olunmasına Ukraynanın reaksiyası haqqında danışmaq istəyirəm. Ukraynada, Krımı ilhaq edən və Donbasdakı müharibəni başladan dövlətlə əlaqəli hər şeyi diqqətlə izlədikləri aydındır. Ukraynanın hər zaman Rusiyaya qarşı təzyiqlərin artırılmasının tərəfdarı olacağı da aydındır. Ancaq Ukrayna tərəfinin davranışında bəzi qəribəliklər var.

 

Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Ukrayna nümayəndə heyəti, Aleksey Navalnının tutulması səbəbi ilə rusların bu qurumdakı səlahiyyətləri məsələsi ilə bağlı AŞPA-ya müraciət edəcək. Ukrayna nümayəndə heyətinin yeni rəhbəri, “Sluqa naroda” partiyasından olan deputat Maria Mezentseva bu barədə öz “Facebook” səhifəsində məlumat verib. Onun sözlərinə görə, 19 yanvarda AŞPA-nın Hüquq Məsələləri Komitəsinin iclasında Navalnının onlayn çıxışı planlaşdırılıb: “Son hadisələri nəzərə alaraq, onun iştirak edə biləcəyi ehtimalı azdır”.

 

Mezentseva Ukrayna nümayəndə heyətinin mövzu ilə əlaqədar təcili debatlar və Rusiya Federasiyasının səlahiyyətlərinə qarşı apellyasiya şikayəti üçün “qaydalarla təmin olunan bütün mümkün vasitələrdən” istifadə edəcəyini yazır. O, Avropa İnsan Hüquqları Məhkəməsinin Rusiya Federasiyasına rus müxalifətçisinə 22.000 avrodan çox pul ödəməsi barədə qərar çıxarmasını xatırlatdı. Görünür, məntiqli bir açıqlamadır. Ancaq yalnız ilk baxışdan.

 

Məsələ burasındadır ki, xanım Mezentsevanın vətəndaş nigahlı əri Anton Danilov “DF STOR” MMC-nin ortaq sahibidir, Moskva və Sankt-Peterburqda rahat şəkildə mağazalar açır. Bu mağazaların açılışlarından fotoları sosial şəbəkələrdə yerləşdirir və xanım Mezentseva bu fotoları bəyənir. Vəziyyət belədir...

 

Daha irəli gedək. Rusiya əyləncəli televiziya kanalı STS yeni bir komediya şousunda iştirak etmək üçün kastinq elan etdi. “Sizi 25, 26, 27 yanvar tarixlərində “Gülüş Liqası” açıq kastinq festivalında gözləyirik. Komandanız hər hansı bir yumor janrında çıxış edə bilər: miniatür, musiqi, parodiya, stəndap, KVN, və s.”, - deyə elanda bildirilir.

 

Layihənin Ukrayna eyni adlı layihəsinin bir franşizası olduğu rəsmi olaraq bildirilmir. Ancaq şounun formatının və adının tam uyğunluğuna əsaslanaraq, media bu hüquqların sahibindən əldə edilməli olduğu qənaətinə gəlir. Bundan əlavə, keçən ilin noyabrında AMİK yaradıcılıq birliyinin nümayəndələri Sergey Svetlakov və Aleksandır Nezlobinin Ukrayna Liqasının rəhbərləri  ilə görüşmək üçün Ukraynaya gəldikləri məlumdur.

 

Xatırladaq ki, “Gülüş Liqası” (Ukrayna yumor çempionatı) şousu 2015-ci ildə “Kvartal 95” studiyası tərəfindən yaradılıb. Təsisçisi və bədii rəhbəri Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenskidir. Yəni, bütövlükdə “95-ci kvartal” şəxsən Rusiya tərəfi ilə əməkdaşlıqdan maliyyə mənfəəti əldə edəcək. Əlbəttə ki, eyni zamanda, Zelenski və Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin yeni rəhbəri daxil olmaqla, “Sluqa naroda” partiyasının bütün nümayəndələri Rusiya Federasiyasını qınayacaqlar.

Zelenski Ukrayna prezidenti elan olundu — Rəsmi

Ancaq bu da hamısı deyil. Enerji naziri vəzifəsini icra edən Yuriy Vitrenko özünün “Facebook” səhifəsində, Ukraynanın qaz bazarındakı böhranı həll etmək üçün alınması lazım olan tədbirlərin siyahısını paylaşdır. Bunların arasında Rusiyadan müstəqil şirkətlər tərəfindən qaz ixracına dair bir bənd var. Belə bir gözlənilməz salto... Amma, bu da hamısı deyil.

 

Kiyevdə, Darnitsa stansiyasında, Rusiya kömürlü onlarla “Rusiya Dəmir Yolları” vaqonu var. Qatarlar uzun illərdir ki, mütəmadi olaraq birbaşa paytaxta gəlir. Bundan əlavə, kömür yalnız Rusiyadan gəlmiş deyil, həm də ORDLO-dan (Donetsk və Luqanskın bəzi əyalətləri birgə belə adlandırılır) oğurlana bilər.

 

Qalmaqallı istintaqın təfərrüatı və təcavüzkarla “kömür trafiki” miqyasının videosu bloger Denis Kazanski tərəfindən “Facebook”-da yerləşdirilib. “Dünən Sergey Briqadir ilə birlikdə Darnitsa üzərində Rusiya kömürlü onlarla “Rusiya Dəmir Yolları” vaqonunu gördük. Rusiya Federasiyasından gələn qatarlar sakitcə birbaşa Ukraynanın paytaxtına gəlir. Və bu, illərdir davam edir. Dayanmadan. Sergey bu vəziyyəti 2016-cı ildən bəri izləyir. Və bu 5 il ərzində Rusiya Federasiyasından gələn kömür trafiki dayanmadı. Kömürü Darnitskaya İES alır”, - deyə bloger yazır.

 

Ortaya çıxan mənzərə belədir. Ukrayna siyasətçilərinin Navalnının həbsi üçün Rusiya Federasiyasının cəzalandırılmasının vacibliyi barədə çıxışları, Ukraynanın özünün Rusiya ilə aktiv ticarət etdiyi bir vaxtda eşidilir. Bu ölkələr arasındakı ticarət dövriyyəsi hələ də ildə milyardlarla dollar olaraq qiymətləndirilir. Bütün bunlar bir şəkildə məntiqsizdir. Və istər-istəməz, ya xaçı çıxarması, ya da şalvarını geyinməsi tələb olunan keşiş haqqında lətifəni xatırladır.

 

Və son detal. Aleksey Navalnı, Ukrayna Krımının ilhaqı ilə bağlı Rusiya rəhbərliyi ilə eyni mövqedədir. Krımı Rusiyanın ərazisi hesab edir. Navalnının “Krım kolbasalı bir sendviç deyil ki, o əldən-bu ələ verəsən” ifadəsi məhşurdur. Mövqeyini dəyişdirmədi və çətin ki, əksər rusların mentalitetini nəzərə alaraq dəyişsin.

 

“Krımın Ukrayna olduğunu xatırladıqdan sonra Navalnının taleyi məni maraqlandıracaq. Onun Putin rejimini laxlatması müsbət faktordur. Ancaq Putindən daha yaxşı olmaması və eyni imperiya təfəkkürlü olması bir həqiqətdir. Qoy, onun taleyini Ukraynanın AŞPA-dakı nümayəndələri deyil, böyük oyunda Navalnını oynadanlar həll etsin”, - deyə ukraynalı siyasətçi, AŞPA-dakı Ukrayna nümayəndə heyətinin keçmiş üzvü Borislav Bereza öz “Facebook” səhifəsində yazır. Və bu, mənim fikrimcə, ən düzgün mövqedir.(ayna)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam