Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ermənilərə DƏMİR YUMRUQ xatırlatması...

 

 

Ermənilər başa düşməlidirlər ki, türk düşmənləri, xüsusilə də Rusiya üçün, nə onların özlərinin, nə də istəklərinin bir qəpiklik belə əhəmiyyəti yoxdur!

Yenixeber.org: Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimiz torpaqlarımızı mənfur düşməndən azad etdikdən sonra qarşımızda iki əsas vəzifə durur: a) erməni vandalları tərəfindən talan edilmiş, dağıdılaraq yerlə-yeksan edilmiş şəhər və kəndlərimizin bərpası; b) 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmaya uyğun olaraq qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması və onların normal yaşayışının təmin edilməsi.

Birinci vəzifə ilə əlaqədar Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirdiyi müşavirədə bildirmişdir ki,”...bütün ərazilərin, şəhərlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır. Hər şəhər üzrə vahid konsepsiya olmalıdır... Biz özümüz hədəf qoymalıyıq, hansı şəhəri hansı formada görmək istəyirik. Əlbəttə ki, işlər əsaslı getməlidir. Minalardan təmizləmə, şəhərsalma qaydaları, infrastruktur layihələri və tikinti işləri ən müasir standartlara cavab verməlidir... Eyni zamanda, kəndlərin bərpası ilə bağlı vahid yanaşma olmalıdır…”. Prezident xüsusi olaraq qeyd etmişdir ki: “…bu tarixi yaşayış məntəqələrinin mövcudluğu, torpaq sahələri nəzərə alınmalıdır ki, orada məskunlaşacaq insanlar öz ailə büdcələrini orada işləyərək təmin etsinlər. Yəni, onlar daha dövlət dəstəyinə möhtac qalmasınlar. Onlar üçün elə torpaq sahələri ayrılmalıdır ki, orada rahat əkib-becərə bilsinlər və yaxşı da gəlir götürsünlər.” Göründüyü kimi, əsas vəzifə təkcə dağıdılmış ərazilərin bərpası deyil, eyni zamanda, bu ərazilərdə məskunlaşacaq vətəndaşlarımız üçün münasib iş yerlərinin yaradılması, məşğulluğun təmin edilməsidir. Dağıdılmış ərazilərin miqyası nəzərə alınarsa, qeyd edilən işlərin reallaşmasının müəyyən zamana ehtiyacı olacağı başa düşüləndir. Təqdirə layiqdir ki, artıq bu işlərə start verilmiş, bu məqsədlə ilkin olaraq, 2,2 milyard manat vəsait ayrılmışdır. Hesab edirk ki, ölkədə fəaliyyət göstərən sahibkarlıq strukturları da, bu vacib vəzifələrin reallaşmasından kənarda qalmayacaq, öz töhfələrini verəcəklər. Qəti əminik ki, Azərbaycan dövləti bütün mövcud resursları səfərbər edərək tez bir zamanda dağıdılmış ərazilərimizin bərpa edilməsinə, vətəndaşlarımızın dogma yurdlarına qayıdışına nail olacaqdır.

İkinci vəzifənin reallaşmasına gəldikdə, aydındır ki, köçkün vətəndaşlarımızın hələ də Rusiya“sülhməramlılarının” nəzarətindən kənarda olan ərazilərimizə, mərhələlərlə, onlar bərpa edildikcə, qayıdışında heç bir problem yaşanmayacaqdır. Problem Rusiya “sülhməramlılarının” nəzarətində olan ərazilərə azərbaycanlı vətəndaşlarımızın qayıdışı ilə bağlıdır. Məlumdur ki, “sülhməramlılar” öz mandatlarının həddini aşaraq, Ermənistandan vətəndaşlığı bəlli olmayan erməniləri, zorla, kütləvi şəkildə nəzarət etdiyi ərazilərə daşıyırlar. Ancaq, azərbaycanlı köçkünlərin, eləcə də, dövlətimizin müvafik idarəetmə strukturlarının, bu ərazilərə qayıdışına ciddi-cəhdlə mane olurlar. Görünən odur ki, Rusiya“sülhməramlı” pərdəsi altında Azərbaycan ərazisində möhkəmlənməyə cəhd edir. Buna nail olmaq, ermənilərin Dağlıq Qarabağda mövcudluğunu təmin etmək üçün Rusiya bu ərazilərdə bərpa işlərini həyata keçirir, onlar üçün evlər tikmək istəyir, onlara hərtərəfli hümanitar yardımlar göstərir, məktəblərdə tədris prosesinin bərpasına yardım edir və s.. Bu azmış kimi, ermənilərə bu ərazilərdə hansısa statusun veriləcəyini vəd edir. Bunu açıqca nümayiş etdirmək üçün qondarma “arsax respublikası”nın de-fakto mövcud olduğunu gözə söxmaq istəyir, oz “fəaliyyətlərini” bu qondarma qurumun cinayətkar “rəhbərləri” ilə koordinasiya edir, Ermənistan nazirlərinin, silahlı qüvvələrinin Laçın dəhlizindən Azərbaycan ərazisinə maneəsiz daxil olmalarını təşkil edir. Rusiya yaxşı bilir ki, ermənilər olmasa onun Azərbaycan ərazisində qalması mümkün olmayacaqdır. Ona görə də, fürsətdən istifadə edib Dağıq Qarabağda mövcudluğunu əbədi qorumaq istəyir.

Qeyd edilən müşavirədə bu məsələlərə toxunan Prezident İlham Əliyev qeyd etmişdir ki: “Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan

ermənilər üçün problem yaratmasın. …Əlbəttə, biz imkan verməyə də bilərdik”. Fikrinə davam edən Prezident qeyd edib ki: “İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq”. Hesab edirk ki, Rusiya, onun “sülhməramlıları”, eləcə də ermənilər Prezidentin bu xəbərdarlığından nəticə çıxaracaqlar.

Ermənilər 44 günlük müharibənin nəticələrindən ibrət dərsi götürməlidirlər. Onlar nəhayət başa düşməlidirlər ki, öz məkirli məqsədlərinə nail olmaq üçün türk düşmənləri, xüsusilə Rusiya üçün, nə onların özlərinin, nə də istəklərinin bir qəpiklik belə əhəmiyyəti yoxdur! Ermənilər nəhayət ki, başa düşməlidirlər ki, onlar son iki yüz il ərzində Rusiyanın, eləcə də bəzi Qərb dairələrinin əlində türklərə qarşı mübarizədə alət rolunu oynamışlar və yenə də oynayırlar. Ermənilər bu imperialist, işğalçı qüvvələrin onları Türkiyəyə, Azərbaycana qarşı heç vaxt reallaşması mümkün olmayacaq ərazi iddialarına sürükləməklə, “Böyük Ermənistan” vədi verməklə əslində erməni toplumunu məhvə sürüklədiklərini başa düşmürlərmi? 44 günlük müharibə “Böyük Ermənistan” xülyasının çürük qoz qədər əhəmiyyəti olmadığını əyani şəkildə sübut etmədimi? Ermənilərin qəflət yuxusundan ayılmaları üçün daha nə lazımdır, nəinki Dağlıq Qarabağdan, Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarından birdəfəlik və həmişəlik qovulmalarımı? Ermənilər nəhayət başa düşməlidirlər ki, onların gələcəyi Azərbaycanla, Türkiyə ilə normal qonşuluq münasibətlərinin qurulmasından, qarşılıqlı şəkildə hər bir dövlətin ərazi bütövlüyünün tanınmasından, onlara heç bir vaxt, heç bir dvident gətirməyəcək qondarma “erməni soyqrımı” iddiasından əl çəkilməsindən keçir. Ermənilər bunu başa düşərsə nəhayət ki, Qərbin, Rusiyanın əlində alət olmaq girdabından qurtular, Azərbaycanın onlara lütfükarlıqla bəxş etdiyi ərazilərdə firavan yaşaya bilrələr. Əks təqdirdə onları yeni fəlakətlər gözləyir! Gec də olsa ayılın ermənilər!

Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam