Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Sevindik Hətəmovun lampalara 47872 manat xərcləməsi...-Niyə çıxmır qaranlıqlar aydınlığa?

 

Yenixeber.org: Salyan Rayon İcra Hakimiyyətinin büdcə vəsaitini xərcləməsində müşahidə olunan qanunazidd faktlarla bağlı mediada yazılıb və yazılmaqdadır... "İlkin-N” MMC və"Sabirbad İnşaat” MMC Salyan Rayon İcra Hakimiyyətinin “sevimli tərəfdşları” kimi tanınır. Bu haqda bir müddət əvvəl mediada geniş yazılmışdır.( Bu linkdə: https://yenisabah.az/sevindik-ki-sevindik-gelir)

İndi isə Salyan Rayon İcra Hakimiyyəti ilə bağlı yenixeber.org-a fərqli məlumatlar daxil olub. Fərqli dedikdə... söhbət büdcə vəsaitinin bəlli qanunların tələblərindən fərqli xərclənməsindən gedir. “Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender elan edilmədən, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə, eləcə də alınan malların miqdarı və sayı haqqında məlumat verilmədən...

Salyan Rayon İcra Hakimiyyətinin başçısının Salyan Şəhəri Üzrə Nümayəndəliyi "AZƏRİELEKTROMAŞ" MMC ilə küçələrin işıqlanması üçün lampaların və digər materialların alınması ilə bağlı 08.12.2020-ci il tarixdə 47872 manatlıq müqavilə imzalayıb.

Bu malların alınması barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... Salyan Rayon İcra Hakimiyyətinin başçısının Salyan Şəhəri Üzrə Nümayəndəliyi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

Salyan Rayon İcra Hakimiyyətinin başçısının Salyan Şəhəri Üzrə Nümayəndəliyi həm də alınan malların sayı və miqdarını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu dövlət strukturunun da vəzifə borclarından biridir...

                                                     

 

Ekspertlərin, millət vəkillərinin və müxtəlif iş adamlarının bu mövzudakı tənqidi yanaşmalarına mediada tez-tez rast gəlinir. Büdcə vəsaitinin xərclənməsi ilə bağlı cənab prezidentin iradları və tövsiyələri də unudulası deyil... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur, Salyan Rayon İcra Hakimiyyətinin başçısının Salyan Şəhəri Üzrə Nümayəndəliyi nədən bu qanunu “unudub”? Salyan şəhərində küçə işıqları üçün lampaların alınması nə dərəcədə təcili və əhəmiyyətlidir ki, kotirovka sorğusu elan olunmadan hansısa şirkətlə birbaşa müqavilə bağlansın? Burada hansı bir istisna mümkündür ki?

 Bildiyimiz qədəri ilə bütün dövlət strukturlarında olduğu kimi Salyan Rayon İcra Hakimiyyətinin başçısının Salyan Şəhəri Üzrə Nümayəndəliyidə hər il növbəti ilin proqnozunu hazırlamalıdır və güman ki, belə də, var. Yəni bu kimi istismar olunan invertar və avadanlıqların sıradan çıxması gözləniləndir. Və bir il əvvəldən proqnozlaşdırılmalıdır. Başqa sözlə Salyan Rayon İcra Hakimiyyətinin başçısının Salyan Şəhəri Üzrə Nümayəndəliyinin "AZƏRİELEKTROMAŞ" MMC ilə işıqlanma üçün lampaların və digər materialların alınması ilə bağlı “qaçaraq” müqavilə bağlanmasına bir zərurət görünmür...  

Biz belə bir görünməz zərurətin hansı səbəbdən doğması və digər faktorlara aydınlıq gətirilməsi məqsədi ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmova bu ayın 9-da online sorğu ünvanladıq. Təəssüf ki, sorğumuz hələ də cavabsız qalmaqdadır(?) Digər tərəf-"AZƏRİELEKTROMAŞ" MMC ilə isə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz oldu. Səbəb isə bu qədər dövlət vəsaitinə iddialı bir şirkətin inernet üzərindən heç bir əlaqə kordinatının olmamasıdır(?) Ümüd edək ki, qarşıdakı günlərdə hər iki tərəf Salyan küçələrini qaranlıqdan işıqlığa çıxarmalarının detallarına aydınlıq gətirəcəklər.(yenixeber.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam